Yatma Formanıza Görə Xarakterinizin Psixoloji Analizi - TEST
Yuxu Elmi Mərkəzinin professoru Chris Idzikowski insanlar arasında geniş yayılmış yuxu pozalarını təhlil edib və yuxu formalarının yalnız insan sağlamlığına təsir etməklə qalmadığını eyni zamanda insanların şəxsiyyət xüsusiyyətləri ilə də əlaqəli olduğunu bildirib. Öz şəxsi keyfiyyətlərinizlə tanış olun. =)

Başlayaq. ;)

Başlayaq. ;)

Yatma Formanıza Görə Xarakterinizin Psixoloji Analizi - TEST

  1. Nəticən: Rüşeym Pozası

    1000 nəfər üzərində aparılan sorğuda 41% ən geniş yayılmış olan yatma şəklidir. Belə yatan insanlar ekstravert bir imic yaratsalar da, çox həssas və utancaqdırlar. İnsanlara öyrəşmələri bir az vaxt ala bilər, amma alışdıqdan sonra istiqanlı davranırlar. Sola bükülərək yatmaq bəzi  problemlərə yol aça bilir, xüsusilə həyati orqanlar olan ağciyər, mədə, ya da qaraciyərdə. Rüşeym şəklində yatanlar üçün mütəxəssislərin tövsiyəsi - sağa doğru bükülərək yatmaqdır.

  2. Nəticən: Kötük Pozası

    Hər iki qolun da aşağı doğru mövqe aldığı yatma şəklidir. Bu mövqedə yatmağı üstün tutan insanların xaricə doğru və üzüyola olduğu müəyyən edilib. Bu insanların ən zəif nöqtələri hər kəsə çox asan etimad göstərmələridir.

  3. Nəticən: Həsrət Pozası

    Bu yuxu şəkli də yana doğru mövqedir, amma digərlərindən fərqi iki qolun da irəliyə doğru uzadılmış olmasıdır. Bu şəkildə yatan insanlar adətən yeni şeylərə açıq olmaqla yanaşı bir o qədər skeptik və tənqidi də ola bilirlər. Qərar almaları uzun çəkir, amma bir dəfə də qərar verdilərsə, heç bir şey onları fikirlərindən daşındıra bilməz.

  4. Nəticən: Əsgər Pozası

    Əsgəri forma da deyirlər buna və bu vəziyyətdə yatan insanlar səssiz və içinə qapalı bir şəxsiyyətə sahibdirlər. İstər özləri, istərsə də yaxınları üçün yüksək həyat standartları yaratmağa çalışırlar. Amma həyatda nə qədər səssiz olsanız da belə yatmaq nəfəs problemlərinə və xoruldamağa səbəb ola, xüsusilə də yanınızda yatan adamların iyrənc bir gecə keçirməsinə yol aça bilər. Üzü üstə yatmağınız həm sizin üçün, həm də yanınızda yatan insan üçün daha rahat olacaq.

  5. Nəticən: Sərbəst Uçuş Pozası

    Mədənin üzərində, əllər başın üstündə və yastığın ətrafında, başınız da sağ, ya da sol yana dönük yatma mövqeyi. Sərbəst uçuş mövqeyinə üstünlük verən insanlar xarici mühitlə maraqlanan və cəsur olurlar. Hər nə qədər vecsiz görünsələr də, əslində özlərinə yönəldilən tənqidləri nəzərə alırlar. Sərbəst uçuş vəziyyətində olduğu kimi yuxu əsnasında alınan digər üzü üstə mövqelər də həzm üçün müsbət təsir göstərir.

  6. Nəticən: Dəniz Ulduzu Pozası

    Arxası üstə və qollar başın üstündə yuxu mövqeyi. Dəniz ulduzu şəklində yatanlar yaxşı bir dinləyici olub bu səbəbdən də etibarlı dostdurlar. Bundan başqa, başqalarına yardım etməkdən xoşları gəlir, amma diqqət mərkəzində olmağı sevmirlər. Əsgər mövqeyində yatanlar kimi dəniz ulduzu mövqeyində yatanlar da nəfəs problemi yaşayırlar və yuxu əsnasında xoruldayırlar. Bu formada yatmaq həm  də  belə yatan insanların daha narahat oyanmasına səbəb olur.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri