Daha əvvəl toxunma elmi (haptics) deyə bir şey eşitmişdinizmi? Bu sosial psixoloqlar tərəfindən araşdırılan bir növ danışıq olmadan, toxunaraq qurulan bir ünsiyyət formasıdır. Mütəxəssislər, yalnız yoldan keçən bir cütlüyün gəzişməyini izləyərək belə haqlarında bir çox şey deyə bilirlər.
Münasibətiniz haqqında həqiqəti öyrənəcəyiniz qeyri-adi bir test ilə qarşınızdayıq. Tək etməniz lazım olan ən xoşbəxt cütlüyü seçməkdir.

Başlayaq. ;)

Başlayaq. ;)

Seçdiyiniz Cütlüyə Görə Münasibətinizi Analiz Edək - TEST

  1. Nəticən: Cəsarətli

    Birlikdə milyonlarla mükəmməl selfieniz var. Cəmiyyət içində romantik jestlər etməkdən və sevginizi göstərməkdən çəkinmirsiniz. Bütün dostlarınıza görə çox gözəl cütlüksünüz. Birgə zövqləriniz sayəsində bir-birinizin yanında heç bir halda sıxılmırsınız.

  2. Nəticən: Kontrkulturist

    Cəmiyyət içində hisslərinizi paylaşmaqdan xoşlanan bir cüt deyilsiniz. Bir-birinizin düşüncələrinə, maraq dairələrinə  və istəklərinə hörmət edirsiniz. Sosial mediada hər kəs görsün deyə deyil, öz içinizdə əbədi olaraq bir-birini sevgiylə bəsləyən iki  romantik ruhsunuz.

  3. Nəticən: Minimalist

    Harmoniya içində yaşayırsınız, sadəsiniz və hər şəraitdə bir-birinizi dəstəkləyirsiniz. Nə etdiyinizi hiss etmədən birlikdə keçirdiyiniz hər anın dadını çıxarırsınız. Bu çox həyəcanlı bir şey də ola bilər, divanda serial izləyərkən sarılmaq da. Hər vaxt bir-birinizin yanında olmaqdan sadəcə zövq alırsınız.

  4. Nəticən: Diqqətli

    Bu səmimi və güvən verən sarılmağa baxacaq olsaq, kişi qadınını hər cür bəladan uzaq tutmaq istəyir və hər zaman onu dəstəkləməyə hazırdır. Münasibətinizin əsasında qarşılıqlı hörmət və şərtsiz inam olduğu üçün digərləri sizə sadəcə heyranlıq duyur.

  5. Nəticən: Patriarxal

    Münasibətinizdə rəhbər olan, sözü keçən şəxs kişi tərəfidir. Kişi məsuliyyəti üzərinə götürür və bir az tez hirslənir, ancaq qadın sakitliyi və tarazlığı təmin edir. Sizin deviziniz: "Kişi hər şeyi qoruyur, qadın tarazlığı".

  6. Nəticən: Perfektionist

    "Hər bir mükəmməl kişinin arxasında mükəmməl bir qadın vardır". Bu söz tamamilə sizin əlaqənizin xülasəsidir. Bu münasibətdə qadın əhəmiyyətli heç bir detalı nəzərdən qaçırmır və kişini qaranlıqda işıqsız qoymur. Mühüm məsələlərdə diqqətini toplamasına yardımçı olur. Həyat yoldaşının dəstəyi ilə birlikdə birlikdə çoxlu uğurlar əldə edə bilərlər.

  7. Nəticən: Həqiqətpərəst

    Qadın sevgisindən son dərəcə məmnundur və bunu bütün dünyaya anlatmaq istəyir. Başqalarının nə düşündüyündən çox öz istəklərini diqqətdə saxlayan müstəqil bir qadındır. Kişi özünü münasibətinə həsr edən tipdə biridir. Sevgilisinə çox dəyər verir və onun üçün etməyəcəyi şey yoxdur. Münasibətinizin devizi bir-birinizə qarşı dürüst olmaqdır.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri