Luis Allen Vaughtun "Vaughts Practical Character Reader" adlı kitabındakı araşdırmalara görə, burun formamız xarakterimiz haqqında nələrsə deyir.. Öyrənək. =)

Başlayaq.

Başlayaq.

Burun Formana Görə Necə Biri Olduğunu Öyrən! - TEST

  1. Nəticən: Sən özünə düşkün birisən!

    Həyatınla bağlı aldığın qərarlarda ilk başda öz vəziyyətini düşünür və ona görə qərar verirsən. Əlbəttə, ətrafın da sənin üçün əhəmiyyətlidir, amma birinci sənsən. Daha çox məntiqinə görə hərəkət edirsən. Əsasən insanları üzməməyə çalışırsan,  amma sevmədiyin birinə qarşı da amansız ola bilirsən.

  2. Nəticən: Açığı, hamımıza sənin kimi bir dost lazımdır.

    Ətrafındakı çox insanın həyatında önəmli bir yerə sahibsən. Hətta, belə ki, həyatlarının mərkəzindəsən demək olar. Həyatındakı insanlar sənin fikirlərinə hörmətlə yanaşır və təkliflərinə diqqətlə qulaq asır. Bu səbəblə insanlarla əlaqən olduqca qüvvətli və dəyərlidir. Sizlə məsləhətləşən insanlara etdiyin təkliflər ilə məşhursan. Açığı, hamımıza sənin kimi bir dost lazımdır.

  3. Nəticən: Güvənilən adamsan!

    Həyatınla bağlı alacağın qərarlarda məntiqin ön plandadır. Ciddi bir şəxsiyyətin var və bu ətrafındakı insanlara güvən verir. Belə ki, kimsəni yarı yolda buraxmayacaq birisən və ətrafındakı insanlar bunu çox aydın dərk edirlər.

  4. Nəticən: Sanki bir günəş kimisən!

    Pessimizmdən tamamilə uzaq, yaşama sevinci ilə dolu və ümidsizliyə qapılmayan biri kimi stressdən kənarda yaşayırsan. Belə ki, bu yaşamın üzünə işıq kimi vurur. İnsanlar sənin yanında olmaqdan xoşbəxtlik duyurlar. Bu işıq təkcə sənin deyil, ətrafındakıları də isidir. Sanki bir günəş kimisən!

  5. Nəticən: Çox tez yorulursan!

    Həyatında qarşılaşdığın problemlərə qarşı özünü müdafiəsiz hiss edə bilərsən. Hər zaman ən pis ssenarini düşünməkdən yorulur və pessimizmə qapılırsınız. Etməli olduğunuz şey bəlkə də bütün bunlar boş verməkdir. 

  6. Nəticən: Tam bir qapalı qutu olduğunu deyə bilərik!

    Hisslərini kənara vurmaq məsələsində o qədər də yaxşı deyilsən və bundan xoşlanmırsan. Hisslərini müəyyən etməsən də çox sıx-sıx hisslər keçirirsən. Əsasən, tənhalığa üstünlük verir, tək qalmaqdan zövq alırsan. Tam bir qapalı qutu olduğunu deyə bilərik!

  7. Nəticən: Mübarizsən!

    Ətrafında hər zaman motivasiya və qərarlı duruşun ilə tanınırsan. Belə ki, görəcəyin ən çətin vəziyyətlərdə belə əl çəkməyən, sanki bir döyüşçü kimi mübarizə aparan birisən. Bu səni daha da cəlbedici edir digər insanlara. Onlara cəsarət verirsən. Bu motivasiyanı heç vaxt itirməyəcəksən deyə ümid edirik!

  8. Nəticən: Anı yaşayırsan!

     Əsasən hisslərinə qulaq asaraq hərəkət edirsən. Qarşılaşdığın problemlərə qarşı belə əyləncəli və enerji dolu yanaşırsan. Heç vaxt peşmanlıq çəkmirsən, yaşadığın pis təcrübələrdən dərs çıxarmağı yaxşı bilirsən. Ətrafındakı insanların nə düşündüyünə fikir vermədən necə hiss edirsənsə elə yaşayırsan. Əmin ol, ən gözəlini edirsən!

  9. Nəticən: Soyuq, amma səmimi!

    Səni kifayət qədər tanımayan insanlar, sənin səmimiyyətini ilk başlarda başa düşmür. İnsanlara qarşı bir buz kütləsi kimi görünürsən.  Ancaq nə vaxt ki səni daha yaxından tanıyırlar, məhz o zaman sənin nə qədər səmimi bir şəxsiyyətin olduğunu dərk edirlər. Bundan zövq al. 

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri