Bürcünə Görə Hansı Ölkədə Yaşamalı Olduğunu Deyirik!
Bürcünüzün özəlliklərinə görə hansı ölkənin sizi daha xoşbəxt edə biləcəyini düşündük və ortaya belə bir siyahı çıxardıq. Bəlkə bir gün xaricdə yaşamaq fürsəti əldə etsəniz bu siyahı sizə yardımçı ola bilər..

Əvvəlcə bürcünüzü seçin:

Əvvəlcə bürcünüzü seçin:

Bürcünə Görə Hansı Ölkədə Yaşamalı Olduğunu Deyirik!

  1. Nəticən: Qoç-Tailand

    Qoç bürclərinin özünə inamları xeyli yüksəkdir. Bu səbəbdən, əyləncənin  fasiləsiz davam etdiyi Tailand ideal bir ölkə ola bilər.

  2. Nəticən: Buğa-Danimarka

    Çünki hər zaman özlərini təhlükəsiz və rahat hiss etmək istəyirlər. Ona görə ki, oturaq həyat onlar üçün birinci yerdədir. Buna görə sizə ən uyğun ölkə Danimarkadır.

  3. Nəticən: Əkizlər-Almaniya

    Əkizlər bürcünün daim dəyişən bir ruh halı vardır. Bu ruh hallarının dəyişikliyi uzun müddət eyni yerdə qalmağa imkan vermir. Hətta eyni vaxtda bir neçə yerdə olmağı arzulayırlar. Bu səbəblə nəqliyyat imkanlarının yüksək olduğu bir yer seçim etmək istəyirlər. Bu ölkələrdən biri də əlbəttə ki, Almaniyadır! 

  4. Nəticən: Xərçəng-İsveç

    Xərçəng bürcləri işgüzarlıqları ilə tanınırlar. Pul qazanmaq və təcrübə əldə etmək onlar üçün əhəmiyyətlidir. Eyni zamanda Xərçənglər ailələrinə bağlıdırlar. Özünüzə istədiyiniz şəraiti qurmaq üçün ideal ölkə İsveçdir!

  5. Nəticən: Şir – İtaliya

    Şir bürcləri alış-veriş və dəbdəbə sevirlər. Ehtiraslı, səmimi və romantik olurlar. Olduqları hər bir şəraitdə  göz qabağında olmaq istəyirlər. Bu səbəblə İtaliya sizə dərman kimi gələcək.

  6. Nəticən: Qız-İsveçrə

    Qızlar işgüzar və səliqəlidir. Dəqiqlik onlar üçün çox əhəmiyyətlidir. Dünyanın ən dəqiq insanlarının olduğu, eyni zamanda ən təmiz ölkələrindən biri olan İsveçrənin bu xüsusiyyətləri tam Qızlar üçündür!

  7. Nəticən: Tərəzi- Sinqapur

    Tərəzilər tənhalığı sevmirlər, yeni insanlarla tanış olmağı və sosial olmağı sevirlər. Çox ədalətlidirlər. Sinqapur da insan hüquqlarının ən yaxşı olduğu ölkələrdən biridir.

  8. Nəticən: Əqrəb-Yaponiya

    Əqrəblər əgər nəzarət onlarda deyilsə heç nəyi sevmirlər. Həyata  bağlıdırlar, həyatdan keyf almağı bilirlər. Bundan başqa, intizama də əhəmiyyət verirlər. Buna görə Yaponiyada yaşamaları ən yaxşı variantdır.

  9. Nəticən: Oxatan-ABŞ

    Oxatan bürcləri azadlıqlarına olduqca bağlıdırlar. Ənənəvi fikri qətiyyən qəbul etmirlər, innovativ, öyrənmə və sevgi doludurlar. Bu səbəbdən, ABŞ ən ideal ölkələrdən biri ola bilər sizin üçün.

  10. Nəticən: Oğlaq- Finlandiya

    Oğlaq bürcləri təbiəti sevirlər. Təbiətlə iç-içə yaşamaq onlar üçün dünyanın ən gözəl şeyi ola bilər.  Çalışqandırlar. Bundan başqa, ailələrinə çox bağlıdırlar. Bu xüsusiyyətlər bildiyimiz kimi  Finlandiyada mövcuddur.

  11. Nəticən: Dolça- Cənubi Koreya

    Dolça bürcləri zəkasını texnologiyayla birləşdirib həyat standartlarını inkişaf etdirmək üçün çalışır. Belə ki, idealistdirlər. Cənubi Koreya bildiyiniz kimi texnologiyaya əhəmiyyət verən və beyin gücü olduqca yüksək bir ölkədir. Buna görə seçimləriniz arasında mütləq bu ölkəni saxlamalısınız =)

  12. Nəticən: Balıq - Avstraliya

    Balıqlar çox romantikdir, olduqca həssasdır. Dəniz yoxdursa yaşadıqları yerdə, çətinliklə xoşbəxt olurlar.. Avstraliya bu səbəbdən də ideal bir ölkədir! Bəlkə Yeni Zellandiya da ola bilər, düşünün hər yol okeana çıxır..

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri