İnsanın xarici aləmlə daxilinin təzadlı şəkildə harmoniyasını yaradan mövzularla yoğrulmuş fəlsəfi kitablardan fərqli olaraq bu cür əsərlər tam olaraq sizin hisslərinizə xitab edəcək. Bunların da içində bəşəri problemlərin olmadığını demirik, amma məsələ orasındadır ki, bu tipli əsərlər həyatı romantiklərin gözündən yox, birbaşa realist çalarlarla təsvir edir. Qarşınızda oxumaqla bir çox şeyə baxış bucağınızı dəyişəcək romanlar. =)

Vladmir Nabokov - Lolita

Vladmir Nabokov - Lolita

Nobakovun az tanınmış adıyla "Ağ irqin gözəl qadınları" adlı kitabı 1962-ci ildə yenə eyni adla Stanley Kubrick tərəfindən filmə çəkildi. Gözəl yazı üslubu ilə tanış olacağınız bu kitab Nobakovun ədəbiyyat dünyasına cinsi məzmunlu qazandırdığı ən yaxşı tragikomik əsərlərdəndir. 

Kitabdan: "Heç bir dilin sehirbazı əlində dodaq dişlədən bir güzgü, qara atlas pərdələr və örtüklü ənənələr olmadan bir dilin sərhədlərini geyindiyi frakın quyruğunu sallayaraq keçməyi bacara bilməz..." 

Catherine Millet - Catherine M'in Seks Həyatı

Catherine Millet - Catherine M'in  Seks Həyatı

Yazılarında və seçimlərindəki cəsarətiylə haqqında çox danışılan Catherine Milletin öz hekayəsini danışıdığı Catherine M-in Seks Həyatı hələ də dilimizə tərcümə edilməsə də, elektron formada internetdən tapıb oxuya bilərsiniz.

Arxa qapaqdan: "Cinsi məsələlərin hər tərəfini böyük bacarıq və incəliklə təsvir edən sənət tənqidçisinin xatirələri..."

Eve Ensler - Vagina Monoloqları

Eve Ensler - Vagina Monoloqları

Eve Ensler həm erotizm həm də sevgi haqqında yazdığı bu əsər Almula Merterin teatrda səhnələşdirdiyi bir kitab kimi tanınır. Kitabın əsas mövzusu qadınların vagina inqilabı ilə əlaqəlidir.

Sylvia Day - Sənin Üçün Soyundum

Sylvia Day - Sənin Üçün Soyundum

Bütün dünyada bestseller olaraq satılmış bu roman tam mənasıyla Sylvia Day klassikidir deyə bilərik. Crossfire seriyasının ilk kitabı olan bu əsər 380 səhifədir.

Tanıtım şüarı: Alovla Oyna!

Kitabdan: "Sənə ehtiyacım var, Gideon"- dedim üzbəüz dayananda və yaxınlaşdığı üçün daha da yaxşı hiss etdiyim ətrini içimə çəkdim. Sırf dərisinin məni dəliyə çevirəcəyi qoxusu səbəbindən xəfif bir sərxoşluq hiss edirdim...

Calia Read - Unravel

Calia Read  - Unravel

Calia Read-in Unravel romanı böyük yazıçılar tərəfindən çox tərifləndi. Dəlixanaya aparılan birinin təsirli və olduqca erotik hekayəsini mövzu etmiş roman dünyada bestseller olmasa da, böyük satış rəqəmlərinə çata bildi.

Tanıtım bülletenindən: "Bir ay əvvəl dəlixanaya yatırıldım. Dünən Lachlan ziyarətimə gəldi. Məni öpdü və dəli olmağa başladığımı dedi. Bir neçə saat sonra Max düşüncələrimi işğal etdi - dəli olmadığımı və mənə ehtiyacı olduğunu xatırlatdı. Bir neçə dəqiqə əvvəl keçmişimi aydınlatmağa çalışaraq həqiqətdən daha da uzaqlaşdım... İndi hər kəs mənim dəli olduğumu düşünür amma mən onun həqiqi olduğunu və nə gördüyümü bilirəm. Mənə inanırsan?"

Qabriel Qarsia Markes - Hüzünlü Fahişələrim

Qabriel Qarsia Markes - Hüzünlü Fahişələrim

Yazıçının sonuncu yayımlanan kitabıdır. 90-ıncı ad günündə özünə hədiyyə etmək üçün fahişəxana axtaran birinin yaşlı qadınla başlayan bir eşq  hekayəsidir. Bundan əlavə Yüz İllik Tənahlıq, Vəba Günlərində Eşq kimi kkitablarını da oxumağa dəyər. 

Kitabdan sitat: Delgadina, ruhum mənim - deyə yalvardım ona həsrətlə. Degadina... Qız təlaşla ayaqlarımdan çıxa bildi, mənə arxasını çevirirək qabığının içindəki bir ilbiz kimi qıvrıldı. 

Erica Jong - Uçuş qorxusu

Erica Jong - Uçuş qorxusu

Fear of Flying original adıyla 1973-cü ildə çap olunmuş bir kitab - tam mənasıyla bir Erica Jong klassikidir. Ümumilikdə kitablarında Musəvilərə yer verən Jongun bu kitabı öz mövzusuna görə uzun müddət qızğın müzakirə olundu.

EL James - Bozun Əlli Çaları

EL James - Bozun Əlli Çaları

Filmi  çox səs-küylü qarşılasa da, bir çox müasir yazıçılar kitabının daha gözəl olduğunu vurğulayırlar.

Emmanuelle Arsan - Emmanuelle

Emmanuelle Arsan - Emmanuelle

Tailandlı yazıçı Emmanuelle Arsanın ədəbiyyat dünyasına bəxş etdiyi ən böyük əsər olan Emmanuelle 60 ildir bir çox hadisədə dilə gətirilir. Mövzusundakı çılpaqlıq baımından bir zamanlar bir çox ölkədə qadağan edilsə də, bir neçə dəfə filmi çəkilmişdir. 

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri