Milyonları Öz Səsinə Aşiq Edən Həmyerlimiz: Əli Türkoğlu
Son dönəmlərdə bir çox gəncimizin xarici ölkələrdə-Ukrayna, Fransa, Rusiya, Türkiyədə bir anda çox məşhurlaşdığını bilirik. Bu gün isə onlardan biri - Əli Türkoğlu ilə tanış edəcəyik sizləri.

Əli 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Əli 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Düzdür, sadəcə 17 yaşı var. Bəziləriniz heç bunu gözləmirdiniz içi mən qarışıq.

Ailə daxilində musiqi ilə çox iç-içə yaşayırlar. Anası da, atası da musiqiçidirlər

Ailə daxilində musiqi ilə çox iç-içə yaşayırlar. Anası da, atası da musiqiçidirlər

Atasının güclü müğənni olduğunu deyən Əlinin anası isə ingilis dili müəlliməsidir və yüksək dərəcədə pianino ifaçısıdır.

İntervyusunda türk dilini seriallardan öyrəndiyini, bundan sonra vətəninin Türkiyə olacağını demişdir.

İntervyusunda türk dilini seriallardan öyrəndiyini, bundan sonra vətəninin Türkiyə olacağını demişdir.

"Azərbaycan da türk yurdudur, bura da. Türkiyəni artıq mənimsəmişəm. Burda yaşamaq çətin olmayacaq."

Klipi çıxana qədər Azərbaycan Dövlət İncəsənət Universitetində oxuyan Əli məşhur olduqdan sonra universiteti yarıda buraxdı.

Klipi çıxana qədər Azərbaycan Dövlət İncəsənət Universitetində oxuyan Əli məşhur olduqdan sonra universiteti yarıda buraxdı.

Bu hissəsi isə nədənsə mənim könlümə yatmadı. Nə qədər məşhur olursa olsun ,təhsil hər şeydən vacibdir. Ümid edirəm ki, bu boşluğu İstanbulda dolduracaq və təhsilini davam etdirəcək.

19 apreldə türkiyəli gənc ifaçı Tuğçe Kandemir ilə "Bu benim Öyküm" adlı duet işlərini paylaşdılar

19 apreldə türkiyəli gənc ifaçı Tuğçe Kandemir ilə "Bu benim Öyküm" adlı duet işlərini paylaşdılar

Duet gözlənilməz şəkildə populyar oldu və qısa zaman içində milyonlarla izlənmə aldı.

Duet gözlənilməz şəkildə populyar oldu və qısa zaman içində milyonlarla izlənmə aldı.

Artıq 99 milyon izlənməsi olan həmyerlimizin klipinin 100 200 300 milyon olmasını arzulayırıq. UĞURLAR!!!

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri