İnsanın bədən quruluşu milyon illər boyunca yaşadığı mühitə görə formalaşmışdır. Bəs əgər belə bir proses gedirsə, gələcəkdə insanların başına nə gələ bilər? - Suallarınızın cavabı bu məqaləmizdə. =)

Vəhşi təbiət, ağır iqlim şəraiti...

İnsanların vücudundakı bir çox qisim ağır həyat şərtlərinə uyğunlaşmaq üçün ortaya çıxmışdı. Ancaq bu şərtlər getdikcə azalmağa başladı. İnsanlar artıq rahat evlərdə, bir çox şeydən əziyyət çəkmədən yaşayırlar. Bəs indi nə baş verəcək? O zamankı mühit şərtləriylə qazandığımız özəllklər yerindəmi qalacaq? Bu heç də belə deyil. Oxuyaq!

1. "Arrector Pili" əzələlərimiz yoxa çıxacaq.

1. "Arrector Pili" əzələlərimiz yoxa çıxacaq.

"Bu nədir?" - kimi fikirlərinizi oxuyuruq elə bil. Belə izah edək;  bu kiçik əzələlər heyvanlarda hücum altında olarkən gərginlik, böyümə vəziyyətidir. Bir canlını küncə qısdığınızı düşünün, bu əzələlər onun bədənini şişirdəcək və böyük göstərəcəkdir. Məsələn, xoruzları, yaxud pişikləri düşünün. Bizim isə bu özəlliyimiz keçmişdə var idi, indi isə yox olmaq üzərədir. 

2. Onurğa sütunu ağrısı olmayacaq, çünki keçmişdən qalan kiçik quyruq sümüyü də yoxa çıxacaq.

2. Onurğa sütunu ağrısı olmayacaq, çünki keçmişdən qalan kiçik quyruq sümüyü də yoxa çıxacaq.

Bir çox məməlinin quyruğunun olması müdafiə, vücudda temperaturu nizamlama, sıçrama, üzmə və dırmaşmaq kimi bir çox şeyə kömək edir.  Bu üzv indi olduğu kimi insanlarda yavaş-yavaş tamamilə yoxa çıxacaq və gələcəkdə olmayacaq.

3. Tük problemi yaşayanlar, sevinə bilərsiniz. Bu da yoxa çıxacaq, amma təəssüf siz görməyəcəksiniz.

3. Tük problemi yaşayanlar, sevinə bilərsiniz. Bu da yoxa çıxacaq, amma təəssüf siz görməyəcəksiniz.

Qaşlarmız gözlərimizə tər damcılarının düşməyinin qarşısını alır, üzümuzdəki tüklər isə qarşı cinsə təsir edə bilmək üçündür. Vücuddakı tüklər isə zamanla mənasını itirəcək və yoxa çıxacaq. Çünki insanlar artıq uzun müddətdir lüt gəzməyib paltarlardan istifadə edirlər və bədəndəki tüklərə artıq ehtiyac qalmır. Sizə hətta belə bir misal da çəkə bilərik ki, 60-70-ci illərdəki 11-ci sinif şagirdlərinin fotoşəkillərinə, sonra da 2017-ci ildəkilərə baxasınız. Fərqi hiss edəcəksiniz.

4. Boyun Sümüklərimiz

4. Boyun Sümüklərimiz


Bu rentgendə boynumuzun iki tərəfindəki sümükləri görürsünüz. Çox-çox keçmiş dövrlərdən qalan bu sümüklər insanlara böyük və ağır başlarının rahat şəkildə koordinasiya edilməsi üçün  həddindən artıq kömək olmuşdu. Gələcəkdə isə bunlar da yavaş-yavaş yoxa çıxacaq.

5. Diş Ağrısına Da Son!

5. Diş Ağrısına Da Son!


Azı dişlərinə bənzəyən ağıl dişləri çoxumuz üçün tamamilə bir bəladır. Çünki azı dişlərimizə mane olaraq çıxır, böyüyürlər və bu da həddindən artıq ağrı yaradır. Gələcəkdə bu dişlər də yox olacaq. Zamanla ortaya çıxmağı daha da çətinləşən bu dişlər gələcəkdə heç çıxmayacaq.

6. Kişilərin döşləri də deyilənə görə tarixə qovuşacaq.

6. Kişilərin döşləri də deyilənə görə tarixə qovuşacaq.

Qadın və kişilərdə olan döş ucları fərqli xüsusiyyətlərə görə ayrılırlar. Hormonlar səbəbindən qadında süd əmələ gəlsə də, kişidə mümkün deyil. Bu xüsusiyyətə görə onların kişilərdə tarixə qovuşacağı deyilir, ancaq bu fikrin əsassız olduğunu da qeyd etmək lazımdır. Çünki, qadınlarda süd vəzilərinin olmasına baxmayaraq, embrionun ilk yaranma mərhələsində qadın və kişi olaraq inkişafımız eyni formada başlayır. 6 həftəlik olana qədər embrion qadın bədəni kimi formalaşır, o zamana kimi ki, kişi cinsiyyəti xromosomu aktivlik dövrünə girir. Ancaq artıq olan olmuşdur - kişi cinsiyyəti xromosomu fəaliyyətində gecikdiyinə görə kişilərin döşləri artıq yaranmışdır. Və bunun asanlıqla yoxa çıxa biləcəyi sual altındadır.

7. Var olduğunu indi öyrənəcəyiniz Palmaris Əzələsi də gələcəkdə yox olanlar arasındadır.

7. Var olduğunu indi öyrənəcəyiniz Palmaris Əzələsi də gələcəkdə yox olanlar arasındadır.


Bu əzələ insanların 11%-ində var. Keçmişdə daha bərk yapışmağı asanlaşdıran bu əzələ də günü-gündən çoxalan rahat həyat şəraitli insanlarda da gücsüzləşib yoxa çıxacaq.

8. Üçüncü göz qapağı gələcəkdə bizimlə olmayacaq.

8. Üçüncü göz qapağı gələcəkdə bizimlə olmayacaq.

Quşların və məməlilərin ortaq özəlliyi olan göz səthini təmizləyən və yana doğru açılan bu qapaq insanlarda da var. Ancaq zamanla daha da kiçilir. Bu səbəbdən də gələcəkdə yoxa çıxacaq.

9. Və ən qəribəsi...

9. Və ən qəribəsi...

Ayaq barmaqları təbii şərtlər daxilində yer səthinə daha yaxşı yapışmaq üçün zamanla ortaya çıxmışdı. Bundan əlavə bu barmaqlar bədəndə tarazlığı da qoruyurdu. Artıq insanlar buna heç ehtiyac duymurlar. Hətta boyumuz çatmayan bir şeyə əlimizi uzatmağa çalışıb ayaqlarımızı qaldırsaq da, bu barmaqların üzərində yox, pəncəmiz üzərində dayanırıq. Ona görə bunlar da yoxa çıxacaq.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri