Banqladeşdə İnsanlar Niyə Gülümsəmirlər?
Rəsmi adı Banqladeş Xalq Cumhuriyyəti olan və Cənubi Asiyada yerləşən dünyanın yüksək nüfuzlu ölkələrindən biridir. Xalq müsəlmandır. Dövlət olaraq yoxsuldur. Rəsmi dil isə Benqalcadır.
Banqladeşə getmək üçün viza lazımdır. Tropikal iqlimi olan ölkəyə səyahət üçün ən idel vaxt Aprel-May aylarıdır.

1. Banqladeş nə deməkdir?

1. Banqladeş nə deməkdir?

Banqladeş - "Benqalın Ölkəsi" mənasına gəlir. 

2. Banqladeşdə Hər İl Sel

2. Banqladeşdə Hər İl Sel

Banqladeşdə çayların çoxu düzənliklərdə birləşir və bəzi bölgələrdə göllər yaradırlar. Çayların çoxluğu Banqladeşdə əkinçiliyin inkişafına təsir etsə də, hər il sel basmalarına səbəb olur. Bununla bərabər dəniz qabarmaları da ölkədə eyni vəziyyəti yaradır.

3. Banqladeşdə Təhsil

3. Banqladeşdə Təhsil

Dünyada oxuma-yazma faizi ən aşağı ölkələrdəndir. Xalqın 33.1%-i oxuma-yazma bilir. Banqladeş kəndlərində normalda məktəblər yoxdur. 3 əsas universitet var ki, bunlar qərbsayağı təhsil verir. Xalqın iqtisadi vəziyyəti və mədəniyyətində inkişaf olduqca aşağı səviyyədədir.

4. Əkinçilik

4. Əkinçilik

İqtisadiyyat əkinçilikdən asılıdır. Cəmiyyətin çox hissəsi əkinçilərdən ibarətdir.  Düyü daha çox istehsal olunur və bu məsələdə Çin Xalq Cumhuriyyəti və Hindistandan sonra üçüncü yerdədir.

5. Geyim Sektoru

5. Geyim Sektoru

Əkinçiliklə bərabər hazır geyim sektoru da genişlənib. Ancaq işçi maaşları çox aşağıdır. Bir çox inkişaf etmiş ölkələrdən buralara biznesmenlər ucuz işçi qüvvəsi əldə etmək məqsədiylə gəlirlər.

6. Sahilləri

6. Sahilləri

120 km uzunluğu ilə Banqladeş dəniz sahili dünyanın ən uzun sahili siyahısındadır.

7. Paytaxt Dakka

7. Paytaxt Dakka

15 milyonluq əhalisi olan paytaxt Məscidlər Şəhəri olaraq da tanınır.

8. Benqal Pələngi

8. Benqal Pələngi

Banqladeşin milli heyvanı olaraq bilinir.

9. Dövlət Bayrağı

9. Dövlət Bayrağı

17 Yanvar 1972-ci ildə qəbul edilmiş bayrağın üzərindəki dairə Banqladeş torpaqlarında doğan Günəşi və onun qırmızı olması, Banqladeşin müstəqilliyi uğrunda canlarından keçmiş insanların qanını simvolizə edir.

10. Fahişəlik

10. Fahişəlik

Banqladeş fahişəliyin leqal olduğu azsaylı ölkələrdən biridir. Əsasən, 10-12 yaşlarından fahişəxanalarda istifadə edilən qızlar daha cəzbedici və canlı görünsün deyə sonsuzluq və diabetə səbəb olan steroidləri qəbul etməyə məcbur edilirlər.

11. Uşaq Gəlinlər

11. Uşaq Gəlinlər

UNICEF'in araşdırmalarına görə ən çox uşaq gəlinlərin olduğu ölkələr arasında Banqladeş birinci yerdədir. Ölkədə aparılan statistik araşdırmalarda qız uşqların 29 faizinin 16 yaşına çatmadan, 65 faizinin isə 18 yaşından əvvəl evləndirilməsi ortaya çıxıb.

12. Sellofan Qadağası

12. Sellofan Qadağası

Banqladeşdə 2002-ci ildən bəri sellofanlardan istifadə qadağandır. Sellofanlar kanalizasiya sistemini tıxayıb sellərə yol açdığı üçün istifadəsi əngəllənib.

13. Burada İnsanlar Niyə Gülümsəmir?

13. Burada İnsanlar Niyə Gülümsəmir?

Banqladeşli insanlar nadir hallarda gülürlər. Çünki çox gülümsəmək, onların düşüncəsində bir insanın hələ formalaşmadığı, qeyri-ciddi biri olduğu anlamına gəlir.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri