9 Maddədə Beyninizin Sağlamlığına Zərər Verəcək Şeylər
Bir çox şeyin bizə xeyirli olduğunu düşünməyimiz ətrafımızdakı bütün insanlar tərəfindən çox istifadə olunması, yaxud tez-tez məsləhət görülməsinin nəticəsidir. Amma aşırı istifadə o demək deyil ki, həmin şeylər xeyirlidir. Oxuyacağınız 9 maddədə nə demək istədiyimizi daha yaxşı anlayacaqsınız. Buyurun! =)

1. Ünsiyyət Əskikliyi, Asosiallıq.

1. Ünsiyyət Əskikliyi, Asosiallıq.

Şəkildə kitab oxumağı pisləyəcək bir vəziyyət görünsə də, əslində o tablo hamıdan uzaqlaşmağı ifadə etmək üçündür.  Çünki kitab oxumağın zehni aktivliyi artırdığı hamıya məlumdur. Michigan Universitetində aparılan bir araşdırma gündə 10 dəqiqəlik bir ünsiyyətin belə zehni bacarıqları artırdığını göstərib. Çölə çıxıb gördüyünüz ilk adamla danışmağa gərək yoxdur - telefonda bir dostunuzla və ya qohumunuzla danışmaq da beyini inkişaf etdirə bilər. 

2. Həddindən Artıq Şəkər

2. Həddindən Artıq Şəkər


Çox miqdarda şəkər neyronların yaranmasına səbəb olan beyin və ya BDNF-nin (Brain Derived Neurotrophic Factor / Beyin Törəməli Nevrotik Faktor) nevrotik faktoruna ciddi şəkildə təsir edir. Xüsusilə də, BDNF uzun müddətli yaddaş və öyrənmənin təməl elementlərindədir.  

3. Qəlyanaltılar

3. Qəlyanaltılar

Qəlyanaltı edən uşaqlar davamlı olaraq məktəbdə, xüsusilə də məktəb fənlərində daha yaxşı nəticə göstərirlər. Qəlyanaltı etməmək qan şəkərinin aşağı düşməsinə səbəb olur və bu da beyin fəaliyyətinə mənfi təsir göstərir. 

4. Fastfood

4. Fastfood

Həddindən artıq fastfood istifadəçisi olmaq beyin hüceyrələri arasındakı bağlantılara mənfi təsir göstərir. Bundan əlavə çoxlu fastfood istifadəsi depressiyaya səbəb olur. 

5. Dondurma

5. Dondurma

Dondurma daxil soyuq yeməklər, içkilər ani bir baş ağrısına səbəb ola bilər. Bundan əlavə soyuq şeylərin qan damarlarını daraltdığı da elmə məlumdur.

6. Smartfonlar

6. Smartfonlar


Siçanlar üzərində aparılan bir araşdırmada beyin xərçəngi ilə mobil telefon istifadəsi arasında əlaqə olduğu ortaya çıxdı. Həkimlər danışmaq üçün adı xalq arasında geniş yayılmış "diktofon"-a qoymaqla və ya bir qulaqcıqdan istifadə etməyinizi və yatarkən də telefonu yastığınızın ətrafına qoymamağınızı tövsiyyə dedirlər.
Bu arada yuxarıda yazdığımız "diktofon" əvəzinə "dinamik", yaxud da "hoparlör" deyə bilərsiniz, çünki diktofon səsi yazmaq üçündür.

7. Alkoqol

7. Alkoqol

Araşdırmaçılar alkoqolun beyin hüceyrələri arasındakı əlaqəni yox etdiyini çoxdan deyiblər. Bununla birlikdə yaxşı xəbərlər də var: alkoqol istifadəsini dayandıranların beyni sonda normal halına qayıda bilir.

8. Lazımı Qədər İdman Etməmək

8. Lazımı Qədər İdman Etməmək

Beyinin davamlı olaraq həm zehni, həm də fiziki məşqlərə ehtiyacı var. Bir araşdırmada fiziki məşqlərin BDNF sintezində dolayısıyla uzun müddətli yaddaşa yararlı təsirlərinin olduğu ortaya çıxıb.

9. Dieta

9. Dieta

Ciddi dieta saxlamaqla sadəcə və sadəcə çəki itirmirsiniz, eyni zamanda qidalanmada ciddi bir problem yaşayan beyin lazımi miqdarda zülal qəbul edə bilmədikdə özünü yox etməyə başlayır.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri