Tarixi Dəyişdirən 5 Yuxu
Tarix boyu yuxular insanlara ilham vermiş, elmi kəşflərin, ixtiraların ilham mənbəyi olmuşdur. Xüsusən elm insanları arasında hər nə qədər bunu etiraf etmək istəməyənlər olsa da, kəşflərinin mənbəyini əvvəlki gecə gördüyü yuxudan götürənlər olduqca çox saydadır… Əslində bu batil bir inanc deyil, olduqca təbii bir prosesdir.

1. 1816-ci ildə Mari Shelley, Frankenstein romanının əsas hissəsini yuxuda görüb

1816-ci ildə Mari Shelley, Frankenstein romanının əsas hissəsini yuxuda görüb

Yuxu deyil  kabus deyək, ancaq əsas fikir eynidir: 1816-ci ildə Mari Shelley, Frankenstein romanının əsas fikrini yuxuda gördü. Cenevrə Gölü sahilində Lord Bayronu səfər edən Shelley, əvvəlki il Tambora yanardağıın partlamış olması səbəbindən yaz mövsümünə heç bənzəməyən bir dövrü bu evdə, soyuqdan çölə çıxmadan, odun ətrafında keçirdi. Bu arada Lord Bayron hər kəsin bir kabus hekayəsini yazmasını təklif edib, Shelley isə heç bir şey düşünmürdü, ta ki «bir cəsədə yenidən həyat verilməsi» fikri ağlına gələnə qədər! Yuxuya gedəndə, sonradan romanda yer verəcəyi, Frankenstein-in canlanması anını gördü və beləcə ilk elmi fantastika romanının əsasları bir kabus zamanı atılmış oldu. 

2. Pol Mccartney Yesterday mahnısını gördüyü yuxu əsasında bəstələyib

Pol Mccartney Yesterday mahnısını  gördüyü yuxu əsasında bəstələyib

''The Beatles'' qrupunun dünya şöhrətli və köhnəlməyən mahnısı ''Yesterday''in bəstəsi əvvəldən axıra, Paul Mccartneynin bir yuxusuna aiddir. Mccartney 1965-ci ildə bir səhər ağlında bir bəstə ilə oyandı və dərhal pianonun başına keçib ailəsinə və dostlarına bu mahnını daha əvvəl eşidib-eşitmədiklərini soruşdu. Daha əvvəl eşitdiyi bir melodiyanı da eşitmiş ola bilərdi. Bu həqiqətən bir neçə həftə ərzində davam edib, sonda Mccartney mahnının özünün olduğuna əmin olub və Con Lennon ilə birlikdə sözlərini yazıblar. Nəticə isə ortadadır.

3. Niels Bohr, atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları gördü

Niels Bohr, atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları gördü

Kvant mexanikanın atası sayılan Niels Bohr, atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları gördü. O ana qədər atomun quruluşu ilə bağlı proqnozları tutmayan Bohr, planetlərin ətrafında fırlandığı Günəş misalı atom nüvəsini görəndə, artıq nəyin arxasınca getməsi lazım olduğunu bilirdi. Beləliklə, həqiqət olduğunu hiss etdiyi bu fərziyyə dəstəkləyən dəlilləri tapmaq kimi, hədəfə doğru işləməyə davam edib. Fizika üzrə Nobel Mükafatına da beləcə qovuşmuş oldu. 

4. Otto Loewi, sinir hüceyrələrində siqnal çatdırılmasının elektrik deyil, kimyəvi olduğunu yuxusunda görüb

Otto Loewi, sinir hüceyrələrində siqnal çatdırılmasının elektrik deyil, kimyəvi olduğunu yuxusunda görüb

Alman əsilli farmakoloq Otto Loewi isə, sinir hüceyrələrində siqnal çatdırılması elektrik deyil, kimyəvi olduğunu yuxusunda görmüşdür. Yuxusunun arasında bu kəşfi bir kənara qeyd edib təkrar yuxuya gedən Loewinin, səhər durub öz yazdıqlarını oxuya bilmədikdə hiss etdiyi panikanı təxmin etmək çətin deyil. Yuxunu xatırlamağa çalışaraq keçirdiyi ertəsi günün onun həyatının ən uzun günü olduğunu deyən Loewi, buna nail ola bilmədi amma, ertəsi gün də eyni yuxu gördü. Bu dəfə işi şansa buraxmayan elm adamı, özünü Nobelə çatdıracaq yuxunu bu dəfə düzgün bir şəkildə kağıza tökdü.

5. Dağdan işıq sürətilə sürüşən Eynşteyn

Dağdan işıq sürətilə sürüşən Eynşteyn

Albert Eynşteyn, bir gecə yuxusunda özünü bir dağdan aşağıya demək olar ki, işıq sürətilə sürüşdüyünü bildirmişdir. Elə sürətli sürüşmək ki, ətrafındakı ulduzlar haradasa görünüş dəyişdirirdi. Oyandıqdan sonra bu yuxu üzərində xeyli baş sındıran Eynşteyn, bu sayədə relyativistik mexanika nəzəriyyəni inkişaf etdirdiyini etiraf etməkdən də çəkinməmişdir.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri