Tam 221 İldir Çözülməyən Böyük Sirr: Kanadadakı Oak Adası və Adanın Dibsiz Çuxuru
Dünyada hələ açılmamış bir çox sirr var. Bunların ən məşhur və şok edici biri isə Kanadadakı Oak Adası və adanın dibsiz çuxurudur.

1. Kanadanın Quebec ştatının şərqində, Nova Scotia Adası yaxınlığında yerləşən kiçik bir ada Oak Adası. Oak, palıd mənasına gəlir və bu ada adını üstünü örtən qırmızı palıd meşəsindən alır. Bu sıradan adanın sirri, 1795-ci ildə təsadüfən kəşf edildi.

Kanadanın Quebec ştatının şərqində, Nova Scotia Adası yaxınlığında yerləşən kiçik bir ada Oak Adası. Oak, palıd mənasına gəlir və bu ada adını üstünü örtən qırmızı palıd meşəsindən alır. Bu sıradan adanın sirri, 1795-ci ildə təsadüfən kəşf edildi.

O ilin yay aylarında adanın yaxınlarından kano ilə keçən 16 yaşlı Daniel Mcginnis adaya çıxır və yeriməyə başlayır. Köhnə cığırdan meşənin dərinliklərinə irəliləyən gənc, ağacsız bir bölgəyə çatır. Bu açıq sahədə tək bir böyük palıd ağacı vardı. Ağacın budaqlarından biri budanmışdı və budanan hissələr, ərazidəki bir uçqunun 5 metr yaxınlığında idi. Bu uçqun Daniel Mcginnisin diqqətini çəkdi. Bunun bir xəzinə ola biləcəyi fikrinə qapılaraq, dərhal adaya 6 km uzaqlıqdakı evinə, Chestera getdi. Ertəsi gün yanında 20 yaşlı Con Smit və 13 yaşlı Entoni Vaughnla Oak Adasına qayıtdı. Çuxuru qazmağa başlayan bu üçlü daha ilk iş saatlarında çaşqınlığa düşdü, çünki səthin 60 sm qədər altında daşlarla örtülü bir oyuq yerləşirdi. 3 metr aşağıda isə giriş, palıd kötükləri boydan boya  örtülmüşdü. Gənclər işləməyə davam etdilər, amma 6 m ilə 9 m arasında eyni kötüklərlə qarşılaşan yoldaşlar dərhal bu işdən əl çəkmək məcburiyyətində qaldılar və geri qayıtdılar. Baş verən bu maraqlı hadisə, əfsanələrin canlanmasına səbəb oldu.

2. Chestera gedib olduqlarına inandıqları xəzinəni gün üzünə çıxarmaq üçün kömək axtarmağa başlayan gənclər...

Chestera gedib olduqlarına inandıqları xəzinəni gün üzünə çıxarmaq üçün  kömək axtarmağa başlayan gənclər...

...təəssüf ki, insanlardan axtardığı dəstəyi ala bilmədilər. Chesterlı bir qadının anası regiona ilk məskunlaşan adamlardandır. Qadın bir xatirəsini danışdı. Vaxtilə adada alovlar və qəribə işıqlar görünmüşdü. Bir gəmi dolusu adam nə baş verdiyini araşdırmağa getmiş, lakin sonra arxalarında iz qoymadan yox olmuşdular! Qadına görə, ağıllı bir insan bu adanın yaxınından belə keçməməliydi. İllər sonra bir daha sınadılar.

3. Üçlük, gözlədikləri dəstəyi ancaq 9 il sonra 30 yaşında biri olan Simeon Lyndsden aldılar.

Üçlük, gözlədikləri dəstəyi ancaq 9 il sonra 30 yaşında biri olan Simeon Lyndsden aldılar.

Lynds, Antoni Vaughnın ona danışdığı hekayədən çox təsirlənmişdi. Üç gənclə, araşdırmalarına yardımçı olmaq məqsədilə bir ortaqlıq qurdu. Digər tərəfdən, Con Smit də qazdıqları yeri əhatə edən ərazinin bir hissəsini satın almışdı. Daha sonrakı 30 il müddətində qalan hissəsi də hissə-hissə satın almağı bacardı. Və ən nəhayət, adanın bütün Şərq tərəfi onun mülkiyyətinə keçəcəkdi. Qrup 1804-cü ildə əsrarəngiz Oak Adasına belə çıxdılar. Çuxurun sonu heç cür gəlib çatmırdı.

4. Aradan keçən illər ərzində heç kim buraya əl vurmamışdı.

Aradan keçən illər ərzində heç kim buraya əl vurmamışdı.

İlk mərhələdə 27 metrə çatıb və hər üç metrdə bir eyni meşə kötüklərinin olduğu müəyyən edildi. 12 metrdən sonra kötüklərin üstündə bir kömür təbəqəsi vardı, 15 metrdə bir qat şüşə pasta, 18 metrdə isə bir qat kakos lifi tapıldı. Və 27 metrə gəldikdə ən qəribə şey kəşf edildi, burada üzərində bilinməyən əsrarəngiz bir yazının yerləşdiyi bir daş vardı. Daş çıxardılar, amma quyuya intensiv şəkildə su dolanda işlər yenə yarımçıq qaldı. Müəmmalı daşın sirri təəssüf ki, tapıla bilmədi.

5. Bu daş başqa bir yerdən gətirilməmişdi, adanın daşıydı.

Bu daş başqa bir yerdən gətirilməmişdi, adanın daşıydı.

 Üzərindəki maraqlı işarələrlə bu daş, şübhəsiz, çox dəyərli bir ip ucu idi. Con Smit daşı adada tikdiyi evin buxarısının arxasına qoydu. Bu düşüncəsiz davranış, onsuz da silinməyə üz tutan rəmzlərin qorunmasına mane oldu. Təxminən 50 il sonra daş, Halifax'da nümayiş etdirildi. Məqsəd, çökəklikdə araşdırma apara bilmək üçün daha çox maddi dəstəyin təmin olunması. O vaxt bir xarici dillər professoru, şifrələri oxuya bildiyini dedi: "On addım aşağıda 2 milyon funt-sterlinq". Bu əsrin əvvəllərində isə daşı görən biri, sonra 1935-də başqa bir şey xatırladı. Son bir söz daha da vardı. Lakin o, daşı yenidən görəndə üstündəki yazı tamamilə silinib getmişdi. O gündən bu yana başqa kimsə daşı görmədi. 

6. Bir il sonra qaldıqları yerdən davam etmək istəyən qrup, bu dəfə çuxura paralel yeni quyular qazmağı yoxladı.

Bir il sonra qaldıqları yerdən davam etmək istəyən qrup, bu dəfə çuxura paralel yeni quyular qazmağı yoxladı.

Çuxura bu arada "The Money Pit" yəni "Pul Çuxuru" adı qoyulmuşdu. Bu yeni tuneldən Pul Çuxurundakı suyun çıxarılması planlaşdırılırdı, amma olmadı; Su gəlib bu quyunu da dolduraraq işləri 45 il ərzində dayandırdı. Bu çatışmazlığın bir Bubi Tələsi olduğu düşünüldü. Eyni zamanda təxminən 150 metrlik bir su yolu kəşf edildi və bu kanal Pul Çökəkliyindən başlayıb Smit Cove adlanan yerə bağlanmışdı; Su nə qədər tez çıxarılsa da, dəniz suyu gəlib yenə boşluğu doldururdu. Kəşf daha mürəkkəb və qüsursuz planlar tələb edirdi, çünki Pul Çuxurunun məlum olmayan memarları o qədər mahirdilər ki, onların planlarını aşmaq mümkün olmurdu. Bu mürəkkəb, amma mükəmməl nizam, ancaq usta bir mühəndisliyin əsəri ola bilərdi.

7. Konspirasiyalar

Konspirasiyalar

Əvvəldən bəri çuxurun məşhur dəniz qulduru Kapitan Uilyam Kiddin gizli xəzinəsi, Şekspirin Bekon tərəfindən gizlədilən əlyazması həqiqət oyunları, İngilislərlə vuruşan Fransızların və İngilislərin Amerikadan gizlətdiyi xəzinələr, Vikinqlərin gizli bazası, piratların bankı, Avropalılardan qaçan İnka və Mayalıların qızıl ehtiyatlarını saxlamaq məqsədilə qazıldığı kimi bir çox maraqlı iddialar vardı. Hətta Məbəd Cəngavərlərinin irsinin bu çuxurda gizləndiyi belə deyilirdi. Lakin ən güclü iddia piratlar haqqındaydı. Çuxurdakı suyu boşaltmaq üçün sınanan bütün yolların uğursuzluqla nəticələnməsi, çuxurun üstün bir mühəndislik əsəri olduğunu göstərirdi. Bir mütəxəssisə görə, açılan tunel, intizamlı 100 adamla gündə üç növbə halında ancaq 6 ayda başa çatardı. Onları belə yorucu bir işdə idarə edən isə, çox yaxşı təhsil görmüş, təcrübəli mühəndis olmalı idi. Quruluş, zənn ediləndən çox daha geniş və mürəkkəb idi.

1849-da yeni bir şirkət meydana çıxdı və çuxur yenə yada düşdü. The Truro Company adlı şirkət bu məqsədlə qurulmuşdu. Şirkət yeni texnologiyalar istifadə edərək suyu yan kanallara verməyi bacardı və bunun üçün də xüsusi burğulardan istifadə edildi. 30 metr aşdıqda çox mükəmməl bir platformayla qarşılaşdılar. Burada üstündə 10 sm qalınlığında meşə qatı, altında da 55 sm qalınlığında metal hissəciklərindən əmələ gəlmiş digər bir təbəqə var idi. Bunları 20 sm yeni bir palıd təbəqəsi, ardından yenə 55 sm yeni bir metal təbəqə və ən altda da 10 sm yeni bir palıd təbəqəsi bir arada tuturdu. Ardından bütün bunların təkrarlandığı yeni qatlar qrupu gəlirdi. Məhz burada içi pul dolu olan iki çəllək və sandıq tapıldı. Burğu geri çəkilərkən başında palıd tilişkələri və kokosdan hazırlanmış kəndir qırıntılarına rast gəlindi. Daha da maraqlısı bu mərhələdə üç kiçik qızıl zəncirə da rast gəlinməsi idi. Bu qızıl halqalar ortadan qeyb oldular və kimsə nə olduqlarını bilmədi. Hər tədqiqatda sistemin daha dərin və mürəkkəb olduğu ortaya çıxdı.

9. Hər qat aşıldıqca çuxurun daha da dərinə getdiyi anlaşılırdı.

Hər qat aşıldıqca çuxurun daha  da dərinə getdiyi anlaşılırdı.

 Şirkət 1850-də yeni bir paralel tunel açdı, amma yenə su basqını başlamışdı. Bütün nasoslama səyləri boşa çıxırdı ki, su axınının qabarmaya bağlı olduğu müşahidə edildi.. Və o zaman fərq edildi ki, çuxurun ətrafındakı qumsal da xüsusi hazırlanmışdı; yəni süniydi. Çuxuru hazırlayanlar 45 metr uzunluğundakı çimərliyi aşan bir kanal sistemi yaratmışdılar, sistem bir əlin barmaqlarını xatırladırdı. Hər barmaq bir vasitə idi; Altı gil olan çimərliyin altına qazılmış və qayalarla formalaşdırılmışdı. Üzərilərinə sahillərdə yerləşən qayalar qoyulmuş, ilan otları əkilmiş və metrlərlə kokos lifi örtülmüşdü. Eyni liflər eyni zamanda filtr vəzifəsini görürdülər və suyun gətirdiyi maddələrin kanalları qapamasının qarşısı alınırdı. Bu kanallar daxildə dəniz suyu ilə dolu olaraq maili başqa bir kanala bağlanır və yerin altından gedərək 150 m qədər uzaqda Pul Çuxuru ilə birləşirdilər. Sonrakı tədqiqatlarda yeraltı kanalının 120 sm enində, 60 sm hündürlüyündə olduğu müəyyənləşdirildi. Kanal daşlarla dəstəklənmişdi və Pul Çuxuru ilə 29 ilə 35 m arasında dayanırdı. Truro Şirkəti artıq cavabı bilirdi, ediləcək tək şey kanalı bağlamaqdan ibarət idi. İlk olaraq bir bənd inşa edildi, su axıdıldı və kanallar söküldü, amma o mərhələdə çıxan bir fırtınadan bənd dağılanda işlər yenə dayandırıldı. Hər dəfə su daşqını ilə ən başa qayıdırdılar.

10. Hər geri çəkildikdə çuxur təkrar suyla doldu və işə başdan başlamaq lazım idi.

Hər geri çəkildikdə  çuxur təkrar suyla doldu və işə başdan başlamaq lazım idi.

1861, 1893 və və 1897-də aparılan detallı araşdırmalar da oxşar su basqınları ilə başa çatdı. Artıq bu çuxurda çox böyük bir xəzinə olduğuna inam tam idi.

  Yavaş-yavaş dərinə gedən şirkətlər, 52-ci m-ə qədər qazmağı bacardı. Burada qarşılaşdıqları şeylə şoka düşdülər, bu bir sement qatı idii. İki metr qalınlığında, ətrafında 17 sm hündürlüyündə incə divarlar mövcud idi. Bir qismi ağacdı, sonra boşluqlar var idi və arada da nə olduğu anlaşılmaz başqa bir maddə yerləşmişdi. Bundan sonra burğu yumşaq bir metal qata çatıb, altında 90 sm qalınlığında metal hissəcikləri və sonra yenə yumşaq metal təbəqəni kəşf etdi.. Burğunun hər geri dönüşündə sirrə yeniləri əlavə olunurdu. Bir dəfə burğunun başında qoyun dərisindən yaranma perqament parçalarına rast gəlindi; Üzərində "vi", "ui" və "wi" hərfləri görünürdü ki, bunun nə olduğu hələ də bilinmir. Bu qeyri-adi tapıntılar, bu çuxurda çox böyük və çox dəyərli bir şey olduğu inancını dəstəkləyirdi. Yaxın tarixdə də faciələr davam etdi.

11. 1959-a gəldikdə çuxurun başında bu dəfə Bob Restall və ailəsi vardı.

1959-a gəldikdə çuxurun başında bu dəfə Bob Restall və ailəsi vardı.

 Restall, çimərlikdəki kanal sistemini dayandırmağa qərar vermişdi, bu arada üzərində 1704 yazan bir qaya parçası tapdı. Dostları bunun əvvəlki qruplar tərəfindən qoyulmuş pis bir zarafat olduğunu söylədilər, amma Restall inanmadı, qayanın çuxuru inşa edənlər tərəfindən oyulduğuna inanırdı. 1965-də Restall bir tuneli qazmağa çalışarkən tunel çökdü və içəri su doldu; Oğlu və iki fəhlə onu xilas etmək üçün tunelə getdilər, amma dördü də oradan sağ çıxmadı. Boğularaq öldülər. Araşdırmalar günümüzə qədər heç dayanmadı.

12. Texnologiyanın də köməyi ilə nəhəng iş maşınları gətirildi və işlər daim davam etdi.

Texnologiyanın də köməyi ilə nəhəng iş maşınları gətirildi və işlər daim davam etdi.

 Daniel Blankenship, 1966-dA işə 14 metrlik yeni bir tunel açaraq başladı və əl istehsalı döymə dəmirdən düzəldilmiş bir mismar və rondela tapdı. 1967-də yenə əl istehsalı bir cüt qayçı ortaya çıxdı. Qayçıların İspan-Amerika istehsalı olduqları, böyük bir ehtimalla Meksikada hazırlandıqları və 300 illik olduqları müəyyənləşdirildi. Eyni yerdə ürək formasında bir də daş vardı. 60 sm qalınlığında, 19 m uzunluğunda kötüklər kəşf etdilər, üstlərində Roma rəqəmləri vardı və bəzilərində mismarlar var idi. Kötüklərdə radiokarbon araşdırması aparıldıqda 250 illik olduqları aydınlaşdı, adanın qərb tərəfində iki taxta tikili və çimərlikdə 2 m dərinlikdə heç istifadə olunmamış bir cüt dəri ayaqqabı tapıldı. Çuxurun dibi günümüzdə də görülə bilmədi.

13. 1976-da Borehole 10-X adlı cihazla kəşf edildi. Bu qurğu 70 metr dərinə endirildi və burada da süni boşluqların olduğu müəyyənləşdirildi.

1976-da Borehole 10-X adlı cihazla kəşf edildi. Bu qurğu 70 metr dərinə endirildi və burada da süni boşluqların olduğu müəyyənləşdirildi.

Eyni dərinliyə gedən bir kamera parlaq obrazlarla geri qayıtdı. Fon qaya idi, üç sandıq görünürdü ki, ətrafda müxtəlif alətlər vardı və ən inanılmazı isə yerdə yatan bir insan bədəni. Bu görüntülər üzərində aşağıya adamların endirilməsi qərara alındı, amma güclü axıntı və görmə sahəsinin sıfır olması səbəbləri ilə bunu da bacara bilmədilər. Bu zaman kameranın gedib gəldiyi yerin dağıldığı aydın oldu və bir daha eyni görüntülərə çatmaq mümkün olmadı. Son tapıntılar hər şeyi yenə qarışdırır.

14. Ötən Yanvar ayında adada tapılan Roma dövrünə aid qılınc, düşünülən hər bir nəzəriyyəni dağıdacaq gücdə bir dəlildir.

Ötən Yanvar ayında adada tapılan Roma dövrünə aid qılınc, düşünülən hər bir nəzəriyyəni dağıdacaq gücdə bir dəlildir.

2-ci əsrə və daha əvvələ aid olduğu düşünülən qılınc, Romalıların güman edildiyindən xeyli əvvəl Kanadaya gəldiyi və burada yerli xalqla bir savaşa girmiş ola biləcəyini göstərir. Rejissorlar o zamanlar "Oak Adası Lənəti" adında bir sıra sənədli film çəkir. Romalılar, Vikinqlər, Asteklər, yadplanetlilər, piratlar, Məbəd Cəngavərləri, ya da sirli bir mədəniyyət. Çuxuru kimin düzəltdiyi hələ də müəmmalıdır. Adadakı araşdırmalar hələ də davam edir ancaq ilk araşdırmanın üzərindən keçən 221 ilə baxmayaraq Oak Adası sirri davam etməkdədir...

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri