Sosial Medianın Bir Gündə Məhv Etdiyi Azərbaycanlılar 10 Maddədə
Bu insanlar yaxın keçmişdə ciddi müzakirə obyektinə çevrilmiş və ünvanları ciddi tənqid atəşinə tutulmuşdur. Onların bu cür problemlər yaşamağının səbəbləriylə tanış olaq.

1. Hüseyn Azizoğlu

Hüseyn Azizoğlu

Çəkdiyi vine'lar səbəbindən sosial media istifadəçilərinin ciddi müzakirə obyektidir. Belə ki, insanlar onun videolarının həddindən artıq bərbad olduğunu düşünürlər.

2. Zaur Kamal

Zaur Kamal

Sosial media istifadəçiləri tərəfindən tənqid olunmağının səbəbi efirdə jurnalist etikasından kənar hərəkətlər etməyi, yersiz ifadələr işlətməyidir.

3. Mətanət Əliverdiyeva

Mətanət Əliverdiyeva

Azadlıqda yanan binada ölənlərlə bağlı "Bir külək idi, əsdi getdi." deməyi sosial mediada ciddi müzakirə mövzusu olmuş, onun  jurnalist reputasiyasını aşağı salmışdı.

4. Kənan MM

Tez-tez sosial medianın gündəminə gələn rejissor və aktyor Kənan MM çəkildiyi reklam çarxı ilə ciddi müzakirə obyekti olmuş, sosial media istifadəçiləri tərəfindən uzun müddət danışılmışdı.

5. Maral Tahirqızı

Maral Tahirqızı

Gündəmə öz "yüksək" oktavalı səsi ilə gələn Tahirqızının son vaxtlar yayıldığı intim videosu da sosial mediada əks-səda doğurdu.

6. Vüsal Rzasoy

Vüsal Rzasoy

Oxuduğu bir mahnı (Ayə harya gedirsən) ilə gündəmə bomba kimi düşmüş, bütün Azərbaycanda bir anda məşhurlaşmış, həmçinin sosial media istifadəçiləri tərəfindən ciddi tənqid olunmuşdur.

7. Şəhriyar Del Gerani

Şəhriyar Del Gerani

Favorit Marketdəki işçini qovdurduğunu iddia edən gənc şairin məsələ araşdırılıb ortaya faktlar qoyulunca yalan məlumat yaydığı aşkarlandı və bu məsələ indi Azərbaycanın gündəmidir. 

Ağlayacağıq. =(

8. Anar Nağılbaz

Anar Nağılbaz

Məsələni dilirsiz.

9. Tolik

Tolik

Son günlər mediyada haqqında çox danışılan şəxslərdən biri də Tolikdir. Belə ki, onun nalayiq ifadələr işlətdiyi video yayılandan sonra insanlar onu ciddi tənqid etməyə başlayıblar.

10. Orduxan Teymurxan

Orduxan Teymurxan

Sosial mediyada xaricdən müxalif videolar paylaşmaqla tanınır. Orduxan Teymurxanın bu siyahıda olmasının səbəbi bir çoxları tərəfindən ciddi şəkildə tənqid olunmasıdır. Amma onu sevənlər də az deyil. Çox qəribə olsa da,  xüsusilə Hüseyn Əzizoğlu ilə mübahisəsindən sonra iki cəbhə formalaşıb - Hüseynçilər və Orduxançılar. Onlar bir-birilərinə qarşı döyüşürlər. =D

11. Bonus: Kamil Zeynallı

Bonus: Kamil Zeynallı

Bu gəncə isə sosial media heç bir şəkildə mənfi təsir göstərə, onu məhv edə bilməz. O yenə öz ampluasındadır. ;)

12. Bonus 2: Xəzər TV

Bonus 2: Xəzər TV Karikatura: Gündüz Ağayev

Özü insan yox, telekanal olduğu üçün insanlarla işi olmayıb heyvan fetişizmindən əziyyət çəkən bu kanalı da bura əlavə etməyimizin səbəbi təbii olaraq insanlar tərəfindən ciddi tənqid edilməsidir. 

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri