Siyasi və İqtisadi Cəhətdən Tarixi Liderlərin Etdikləri Ən Böyük 10 Səhv
Böyüklərimizin də dilə gətirdiyi kimi xətasız qulun olmayacağı hamımızın bildiyi acı bir həqiqətdir. İş dünyasında, ailə həyatımızda, özəl həyatımızda almış olduğumuz qərarların hamısı bizi hər zaman düzgün nəticələrə aparmır..
Bunlar isə, siyasi liderlər tərəfindən edilmiş ən böyük 10 səhvdir:

1. Gerard Schröder Soyqırım Abidəsində Yanan Alovu Söndürüb

Gerard Schröder Soyqırım Abidəsində Yanan Alovu Söndürüb

Etmiş olduğu səhv: Baş nazir Gerard Schröder, Qüdsdə yerləşən Yad Vashem Muzeyindəki əbədi alovu çoxaltmaq istəyərkən səhvən düyməni tərs tərəfə çevirərək bu odu söndürüb. Sonra isə yüngül bir qazdan bu odu yenidən alovlandırmaq üçün istifadə edilib.

Hadisənin hekayəsi: Schröder, 2000-ci ildə Baş Nazirliyinin ikinci ilində Orta Şərqə bir tur təşkil etdi. Gedəcəyi nöqtələrdən biri olan İsrailə çatanda, soyqırım zamanı ölən 6 milyon Yəhudiyə hörmətlərini bildirmək üçün Qüdsdəki Yad Vashem Muzeyinə baş çəkdi. Keçmişdə də İsrailə yolu düşən bir çox xarici dövlət xadimi eyni muzeyi ziyarət etmişdilər. Schröderlə də bu muzeyə səfər edəndə, ona o vaxtın İsrail Baş Naziri olan Ehud Barak müşayiət etdi.

 Schröder, soyqırım zamanı qurban gedən insanların küllərinin yerləşdiyi yerdə onları anmaq üçün davamlı olaraq yanan alovu necə yüksəldə biləcəyini soruşdu. Mərasim zamanı Schröder, düyməni yanlış tərəfə çevirdi və orada yanan alovu söndürdü. Barak ona kömək etməyə çalışsa da siqaret çaxmağı sayəsində yenidən alovun yanmasını təmin edən texno-usta olmadan alovu yenidən canlandıra bilmədilər. Bu səhv birbaşa olaraq böyük nəticələr verməmiş olsa da Almaniya ilə İsrail arasında pis münasibətlərin əbədi  qalmasında pay sahibi olub.

2. Gordon Brown – Brown’s Bottom

Gordon Brown – Brown’s Bottom

Etmiş olduğu səhv: Böyük Britaniyanın Maliyyə Naziri Gordon Braun, Britaniyanın qızıl ehtiyatının təxminən yarısını yüksəlişdə olub qızıl qiymətlərinin qalxmasına baxmayaraq, tarixin ən aşağı qiymətinə satmışdı və bu hadisə tarixdə Browns Bottom kimi tanınır.

Hadisənin hekayəsi: 1999 ildə qızılın qiyməti sabit idi, bu səbəblə Braun əllərindəki altının təxminən yarısı qədər, yəni 395 ton qızılı açıq artırmada satıb, oradan gələn pul ilə yenidən yatırım etməyin yaxşı bir ideya olduğunu düşündü. O vaxtlar məlumat verən bəzi ekspertlər, hazırda da Braunun ağlının səsinə qulaq asdığını, deyirlər. Bu şəkildə meydana gəlmiş olsun və ya olmasın, əvvəlcədən hərracı çatdırmağı seçməklə böyük bir səhv etdiyi inkar edilə bilməz. Qızıl qiymətlərinin tender səbəbindən düşməyə başlaması sürpriz olmamışdı və İngiltərə unsiya başına orta hesabla 275 dollara qızıl ehtiyatının yarısını satmış oldu. İndi qızıl qiymətlərini nəzərə alsaq dəyəri 1000 dollar həcmindədir. Bu, həqiqətən Böyük Britaniya üçün dəhşətli bir razılaşma olmuşdur.

Həmçinin gəlir ilə yenidən sərmayə qoymaq planı da uğursuz oldu. Qızıl satılmadan öncə Braun, investisiya məqsədli 3.5 milyard funt-sterlinqini avroya çevirdi. Qızıl bazarındakı dalğalanma Avronun dəyərini yüksəltmiş olsa da, bu sərmayə uğurlu olmadı. Əgər İngiltərə bir az gözləyib, sonra qızılı satmış olsaydı təxminən 2 milyard funt-sterlinqlik xeyir əldə edəcəkdi.

Beləliklə, 1999-ci ildən 2002-ci ilə qədər onun dövründə aparılan bu ehtiyatsız hərəkətlər, siyasi analitiklər tərəfindən "Browns Bottom" olaraq adlandırıldı.

3. Dean Acheson Koreya Müharibəsinin Önünü Açdı

Dean Acheson Koreya Müharibəsinin Önünü Açdı

Etmiş olduğu səhv: Sakit okeanda ABŞ-ın xarici siyasətini açıqlayarkən, Müdafiə Naziri Dean Acheson 1950-ci ildə Mətbuat Şurasında verdiyi müsahibədə sahə müdafiəsində Koreyanın üstündən keçdiyini açıqlamışdı. Bu açıqlama Rusiyanın və Kim Il-Sungun, Koreyada çıxan daxili müharibəyə ABŞ-ın müdaxilə etməyəcəyi ideyasına inandırdı.

Hadisənin hekayəsi: Acheson, "Müdafiə sahəsi Ryukyustan Filippin Adalarına qədər aparılacaq" cümləsini işlətmişdir. Ryukyu Adaları isə Yaponiyanın cənubundadır. Bu bəyanatda Koreyada hər hansı bir münaqişə olduğunda  ABŞ-ın müdaxiləsinin məhdud olacağı bildirilir. Bəzi ekspertlərə görə, bu açıqlama, qarşıdurma mühitinin ortaya çıxmasının səbəblərindən biridir.

4. Böyük İsgəndər Varis Seçməyi Rədd Etmişdi

Böyük İsgəndər Varis Seçməyi Rədd Etmişdi

Etmiş olduğu səhv: Ölüm döşəyində uğurunu kimin davam etdirməsi soruşanda, Böyük İsgəndər üstüörtülü bir şəkildə "ən güclü olan" cavabını vermişdir. Nə demək istədiyi başa düşülməmiş, ailəsi və müşavirləri onun ölümündən sonra bir-birini hədəf almış və nəticədə, Makedoniya İmperiyası dağılmışdır.

Hadisənin hekayəsi: Bəziləri Böyük İsgəndərin zəhərləndiyini bildirsələr də, o, Babilistanda olan məkanında iki həftə ərzində ölüm döşəyində qalmışdır. İmperatorun son günlərində, ölümündən sonra işləri asanlaşdırmaq üçün müşavirləri davamlı olaraq ona varisinin adını vermişlər. Ancaq İsgəndər bu məsələdə cavabsız olmağa üstünlük vermiş və birbaşa olaraq bir ad verməmişdir. Ölümündən sonra, bütün imperiya yeni hökmdarının kim olduğuna əmin ola bilməmişdir. Sonra, Filip və IV İsgəndər adlı iki oğlunun da kral olmağa haqqları olduqları bəyan edilmişdir. Amma ikisi də hələ balaca olduğu üçün məsələ həllini tapmamışdır.

Qısa bir müddət sonra Makedoniya tərkibindəki bağlı bir çox bölgə müstəqilliyini elan etdi və Böyük İsgəndərin imperiyasına son qoyuldu.

5. Almaniya Vladimir Leninin Rusiyaya Qayıdışına Kömək Edib

Almaniya Vladimir Leninin Rusiyaya Qayıdışına Kömək Edib

Etmiş olduqları səhv: Almaniya, Rusiyadakı stabilliyi pozmaq niyyətilə Vladimir Leninə kömək etdi və digər rus qaçqınlar İsveçrədəki sürgündən qaçıb ana vətənlərinə geri döndülər.

Hadisənin hekayəsi: Almaniya, Birinci Dünya Müharibəsi zamanı mübarizə apardığı müvəqqəti Rus hökumətini zəiflətməyə çalışaraq İsveçrədə sürgün edilən bir qrup inqilabçı ruhlu insanı geri göndərmə qərarı aldı. Lenin və yoldaşlarını bir qatar içərisinə gizlətdikdən sonra yenidən Rusiyaya qaçırdılar. Lenin, vətəninə gəldikdən sonra da Almaniyadan pul dəstəyi almağa davam etdi. Bolşevik Partiyası, Rusiyanın nəzarətini ələ keçirdikdən sonra Lenin başa keçdi və Almaniya ilə sülh üçün vasitəçilik etdi. Ancaq, ölkədəki sənayelərin ümumiləşdirilməsinə və Çarı məğlub edib nəzarəti ələ keçirdikdən sonra, 1922-ci ildə sosialist rejim SSRİ hakimiyyətə gəldi və İkinci Dünya Müharibəsində Almaniyaya qarşı mübarizə apardı.

6. Atahualpa Sərxoş Bir Şəkildə İnk İmperatorluğunu İtirib

Atahualpa Sərxoş Bir Şəkildə İnk İmperatorluğunu İtirib

Etmiş olduğu səhv: İspan fatehi Fransisko Pizarroyu qarşılamaq üçün Cajamarca şəhərinə dəvət etdikdən sonra Atahualpa sərxoş olub indiyə qədər hazırlanan ən ağıllı pusqulardan birində 6000 adamını itirdi.

Hadisənin hekayəsi: Pizarro, 1513-ci ildə bir neçə yüz adamı ilə İnk İmperiyasına doğru irəlilədi. Atahualpa bu vəziyyəti öyrəndi və şəhərin xaricində 80 min əsgərinin düşərgəsi olan Cajamarca şəhərinə onları dəvət etdi. Pizarro, 1532 ildə cəmi 168 adamı ilə şəhərə daxil oldu və bölgənin boş olduğunu gördü. Atahualpa, o gecə çox sərxoş olmuşdu. Beləliklə, Pizarronun əmri ilə əsgərləri gizləndikləri yerdən çıxdı.

Atahualpa yüzlərlə adamını itirdi, Pizarro isə itki vermədi. Həbsə atılanda Atahualpa, əgər onu sərbəst buraxsalar onlara qızıl dolu bir otaq verəcəyini söylədi. Pizarro qızılları aldı və onu da edam etdi.

7. Napoleon Qışda Rusiyanı İstila Etməyə Çalışdı

Napoleon Qışda Rusiyanı İstila Etməyə Çalışdı

Etmiş olduğu səhv: 1812-ci ilin qış fəslində Napoleon, yarım milyon əsgər ilə Moskvaya Rusiyanın kral ailələrini Fransaya qarşı yürüdülən iqtisadi müharibəni dayandırmasına razı salmaq üçün hərəkət etdi. Ancaq şərtlər üçün kifayət qədər hazırlıqlı olmaması səbəbilə buna nail ola bilmədi.

Hadisənin hekayəsi: Müharibəni başlamaq üçün avadanlıq gətirilməsi lazım idi, xüsusilə də qışda Napoleonun bu avadanlıqları aparması çox çətin idi. Qatarı və atları buz və qar ucbatından ləngiyirdi. Bu səbəblə tamamlama xətləri mütəmadi olaraq fasiləyə məruz qalırdı və Rus Çarı ərzaqları və ərazi yandıraraq "yer yandırma" planını həyata keçirdi. Beləliklə, Fransızlar əllərində olan silahlardan istifadə edə bilmədilər.

Dekabr ayında başlayan yürüş, əslində riyazi olaraq Fransanın üstünlüyünü göstərirdi. 250 minə yaxın Fransız əsgəri Rusiyanınkından daha çox idi. Aleksandr Moskvanı qorumaq əvəzinə, şəhərin bir hissəsini yandırıb fransızları oradan geri çəkilməyə məcbur etdi. Napoleonun qüvvələri az  avadanlıqları ilə Rus ordusunun ardınca düşdü, alovlar səbəbilə şəhərin ətrafını gəzmək məcburiyyətində qaldı. Napoleon da bu istiqamətdə bir əmr verdi. Edilən böyük səhv nəticəsində Napoleon çox keçmədən sürgün edildi.

8. Kral II Filip İspaniya Armadasını Yanlış Adama Əmanət Etdi

Kral II Filip İspaniya Armadasını Yanlış Adama Əmanət Etdi

Etmiş olduğu səhv: Kral II. Filip, gəmi donanmasını əmrlərini hərfi hərfinə yerinə yetirəcək biri kimi düşündüyü  Alonso Perez de Guzmana əmanət etdi.

Hadisənin hekayəsi: İronik adı ilə "Məğlubedilməz Armada" ingilislər ilə keçiriləcək döyüşə hazırlanırdı. Kral II Filipin ehtiyacı olan isə bu orduya liderlik edə biləcək bir komandir idi. Daha istedadlı  çox insan olmasına baxmayaraq, Filip quruda çox az, dənizdə daha da az təcrübə sahibi olan Guzmanı seçdi. Yaxşı bir xristian kimi şöhrətə malik olan Guzman, Filipin xoşuna gəlmişdi. Guzman, kralın əmrlərini hərfi hərfinə yerinə yetirəcəyi üçün onun qabiliyyətləri haqqındakı şübhələrə qulaq asmadan orduya uğurlu bir şəkildə liderlik edəcəyini düşündü. İlk səfərində Guzmanın gəmiləri İngilis kütləvi gəmiləri tərəfindən Kanaldan geri məkilməyə məcbur edildi. Guzman evə qayıtdı və yenidən yelkən açdı.

 İkinci dəfə İngiltərəyə doğru yelkən açan Guzmanın gəmiləri, bu proses boyunca dalğalı dəniz tərəfindən hissələrinə bölündü. Sonunda cənub tərəfinə çatmağa müvəffəq oldu. İngiltərə isə onun üçün artıqlaması ilə hazır idi və "Məğlubedilməz Armada", məğlub edilmişdi...

9. Çinin Özünü Təcrid Etməsi

Çinin Özünü Təcrid Etməsi

Etmiş olduğu səhv: 1525-ci ildə Çin xanədanı Ming, okean üçün hazırlanan gəmilərin hamısının yox edilməsini əmr etdi. Bu və digər təcrid aktları, Çinin xarici dünya ilə əlaqəsini kəsdi. İqtisadi, texnoloji və siyasi baxımdan geriləməsinə səbəb oldu.

 Hadisənin hekayəsi: Çin, dəniz kəşfiyyatı və ticarət baxımından zəngin bir mədəniyyətə malik idi. Ancaq 1400 və 1500-cü illərdə hər şey dəyişdi. Konfusyu dəyərləri mədəniyyət üçün olduqca əhəmiyyətli hala gəldi. Bu da öz-özlüyündə üstünlük anlamına gəlirdi. Yəni Çin İmperiyası artıq lazım olan hər şeyin evlərində, Çində olduğuna inanmağa başladı. Beləliklə, dünya kəşflərini, digər mədəniyyətlər ilə mübadiləsini dayandırma qərarı aldı.

Bu mədəniyyət sürüşməsi Çinin maraqları üçün heç də yaxşı olmadı. Çünki digər ölkələr yalnız dünya ticarətinə qoşularaq Çinlə müqayisədə iqtisadi və texnoloji baxımdan daha üstün oldular. Əgər Çin kəşflərə və digər ölkələr ilə mübadiləyə davam etsəydi, hazırda mövcud olan iqtisadi, siyasi və texnoloji baxımdan çox daha yaxşı yerlərə gələ bilərdi.

10. Neville Chamberlianın Münhen Sazişini İmzalaması

Neville Chamberlianın Münhen Sazişini İmzalaması

Etmiş olduğu səhv: İngiltərə Baş Naziri olaraq xidmət edən Neville Chamberlanın, Almaniyanın Çexoslovakiya torpaqlarından bir qismini aldığını elan etdiyi müqavilənin keçirildiyi Münhendə konfransda iştirak edib. İkinci Dünya Müharibəsinin qısa bir müddət sonra baş verməsi səbəbilə bu altdan almaq siyasəti açıq bir şəkildə uğursuzluqla nəticələndi.

 Hadisənin hekayəsi: Chamberlain xaricilərlə münasibətlərə gəldikdə, milyonlarla insanın həyatını xilas etmək anlamına gəlməsə də heç vaxt müharibəyə getməyən bir siyasət yürütdü. Bu vəziyyət onu, Nasist Almaniyasının zorla almış olduğu "Sudetenland" olaraq adlandırılan bölgəni qəbul etdiyi mənasına gəlirdi. Qısası, Çexoslovakiyanın bir hissəsinin Almaniyaya aid olduğu qəbul edilirdi.

 Nasistlər, bölgədəki pis rəftar görən xalqın Nasist Almaniyasına qatılması lazım olduğunu müdafiə edirdi. Chamberlain həm bu vəziyyətin cəfəngiyyatdan ibarət olduğunu bilir, həm də bu məsələdə mübarizə etmək istəmirdi. Nəticədə də Münhen sazişi Nasistlərə istədiklərini verdi və onları orada saxlaya bilmədilər. Hitler, Çexoslovakiyanın geri qalanını da tələb etdi və bu istəyini rədd edəndə güclərini işə saldı.

 Bir ölkənin lideri, ya da siyasətçiləri, o ölkənin gələcəyi və hətta dünyanın taleyi ilə oynayıb tarixin axarını bir anda dəyişə bilər. Ölkə üçün alınan qərarların demək olar ki, hamısı dünya və o oranın gələcək gedişini maraqlandırır. Bəzən kiçik səhvlər kimi gördüyümüz  səhvlər, dünyanı dəyişə və bizləri bir xaosun içərisinə sürükləyə bilər Bu səbəblə, yaşadığımız ölkəni idarə edəcək insanları yaxşı tanıyıb ona görə seçməli və alınan qərarları diqqətlə izləməliyik.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri