Sərt Diktatorların İçlərində Yatan Yumşaq İnsan Əlaməti 8 Maddədə
Tarixdəki hər bir insan ən heyranedici xüsusiyyətləri və etdikləri ilə xatırlanır. Ancaq, onlar haqqında bilmədiyimiz şeylər də var. =)

Hər şeydən əvvəl, nə bu insanların şeytani əməllərini müdafiə edirik, nə də yumşaq tərəflərinin digər əməllərini kompensasiya etmək üçün kifayət olduğunu deyirik. Amma insanların tez-tez ağ-qara şeylərə baxdıqları bir dünyada, qatı pisliyin əslində insanlarda mövcud olmadığını xatırlatmağa dəyər. =)

Səddam Hüseyn

Səddam Hüseyn

Səddam Hüseyn, İraqda on illərlə davam etdirdiyi amansız mövqeyi ilə tanınır. Bütün ölkəni bir polis dövlətinə çevirdi və onun haqqında zarafat edən və ya onu tənqid edən hər kəs cəzalandırıldı. Səddam Hüseynin yumşaq bir cəhəti də vardı. Onun sağlamlığından cavabdeh tibb bacısı diktatorun göstərişi ilə quşları bəsləmək üçün çörək qalıqlarını və suyu hər gün bağçaya qoyardı.

Müəmmər Qəddafi

Müəmmər Qəddafi

Qəddafi arvadı, səkkiz doğma uşağı və övladlığa götürdüyü iki uşağı tərəfindən çox sevilirdi. Yaxın ətrafına qarşı son dərəcə nəzakətli olduğu deyilir.

Pol Pot

Pol Pot

Pol Pot Kambocanın populyasiyası sayılan yeddi milyon insanın kobud şəkildə dörd milyonunu öldürən şəxs kimi tanınır. İnsanları ac buraxaraq, xəstəlik yoluxduraraq və işgəncə edərək öldürdü. Terror səltənəti qurmamışdan əvvəl Pol Pot, bir universitetdə dərs demiş və tələbələri tərəfindən çox nəzakətli bir insan kimi sevilmişdir.

Francisco Franco

Francisco Franco

Fransisko Franko İspaniyada son dərəcə vəhşi bir diktator idi. Frankonun yüz minlərlə insanı öldürdüyü məlumdur. Ölümündən sonra bir həvəskar üçün çox yaxşı sayıla biləcək bir çox rəsmi ortaya çıxdı. Kaş sənətkarlıqla məşğul olsaymış dedirdən başqa bir diktator daha...

Robert Mugabe

Robert Mugabe

Zimbabve və Afrikanın çox hissəsi ağların müstəmləkəsi altında idi. Mugabe, bu zülmü sona çatdırmağa çalışdı. Əsl problem, hədəfinə çatmaq üçün müraciət etdiyi yol idi. Ağ torpaq sahiblərini torpaqlarından uzaqlaşdırıb, kənd təsərrüfatında kütləvi dağıntı yaratdı və ən azından dolayı olaraq hər il on minlərlə insanın ölümünə səbəb oldu. Qurtuluş planlarına sadiq qalmayanların aclıqdan ölməsinə üstünlük verirdi, çünki ölkənin bunlara ehtiyacı olmadığını deyirdi.

 Bir vaxtlar Mugabenin düşməni olan David Coltart, keçmişdəki fərqliliklərinə və Mugabenin özünə düşmən kimi baxmasına baxmayaraq, onun insani tərəflərini də gördüyünü söylədi. Qızı yaralananda Coltarta lazım olan bütün yardımları etdiyini də sözlərinə əlavə edir.

Augusto Pinochet

Augusto Pinochet

Augusto Pinochet təxminən iyirmi ildir ki, Çilinin diktatoru idi və o zaman minlərlə insanı öldürdü və işgəncə etdi. Ancaq, sudan və teatrda hərəkət edən rəsmlərdən çox qorxan biri idi.

Mao Tse-tung

Mao Tse-tung

Mao Tse-tung, Çin Xalq Respublikasının qurucusudur. Bir çox cəhətdən, ölkə bu gün olduğu qədər yaxşı vəziyyətdə olmayacaqdı, amma Çindəki rejimi həyata keçirmək üsulu son dərəcə amansız idi. Mao Tse-tung da şair ruhlu digər bir diktator kimi tarixə keçdi.

Adolf Hitler

Adolf Hitler

Mübahisəsiz müasir tarixin ən şeytani xadimidir o. Qadınlara qarşı son dərəcə centlmen olduğu deyilir. Bundan başqa sənət məktəbinə getməyə qərar veribsə də, qəbul edilməmişdi. Həvəskar bir rəssamdır. Kaş rəssam qalsaydın, Adolf!

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri