Sadəcə Güclü Qadınların Sahib Olduğu 5 Rəfiqə Tipi
Əgər özünüzü güclü qadın hesab edirsinizsə oxuyun və yoxlayın:

1. Vəfalı

Vəfalı

Həyatınızda sahib olduğunuz hər şeyi itirsəniz belə bu dost  nikbinliyi ilə sizin itirdiyiniz inamınızı geri qaytaracaq və sizi dəstəkləyəcək. Dost seçərkən həddindən artıq qısqanclığa malik olmamasına diqqət edin. Çünki bu bir növ özünə inamsızlığının əksidir. Qısqanc bir şəxs sizə qarşı olan vəfa duyğusunu da itirə bilər. Belə ki, vəfa duyğusu, insan olmağın mühüm şərtlərindən biridir. Dostluq isə vəfanın nəticəsidir.

2. Ağıllı

Ağıllı

Bu dostlar bəzən sizin nöqsanlarınızı tamamlayaraq sizə dəstək olurlar. Qarşılıqlı  fayda səmərəyə gətirib çıxarır. Onu da qeyd edək ki, bunu mənafeyini düşünmək kimi qiymətləndirmək doğru olmaz.  Sizə ağıllı təkliflər edəcək birinin olması çox vacibdir. Həyatınızda hər hansı bir problemlə qarşılaşdıqda bu dost sizi vəziyyətdən çıxara biləcək. Belə dostlara sahibsinizsə, xoşbəxt birisiniz!

3. Fərqli

Fərqli

Fərqlilik gözəldir, fərqli olmaq bir lütfdür. Hamımızın ətrafında fərqli olan bir dostumuz var və bu bizi  xoşbəxt edir. Bizə fərqli bir mühit qazandırır. Sanki ilham mənbəyidir!

4. Yalan dedektivi

Yalan dedektivi

Mütləq insanları sizdən daha yaxşı tanıyan bir dostunuz olmalıdır.  Dostlar bir-birini tamamlamalıdır, elə deyilmi? Hadisələri, insanları yaxşı təhlil edə bilən bir dosta sahib olmaq güclü bir qadının olmazsa olmazıdır =)

5. Zarafatcıl

Zarafatcıl

Elə gözəl bir enerjiyə sahibdir ki, sizin enerjinizi artıraraq rahatlıq verir. Pessimizmi bir qəhqəhə ilə belə apara biləcək xüsusiyyətə malikdir.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri