Bəli, başa düşürük, yeni qalstuklar alırıq, yaxud işlətdiyimiz bir qalstuk açılıb yuyulmalıdır, yaxud hər hansı bir səbəbdən düyünü xoşagəlməz hala düşüb. Bu cür hallarda qalstukunuzu asanlıqla bağlamaq üçün bir neçə metod deyəcəyik.

1. Sadə Düyün Metodu (Four In Hand)

Sadə Düyün Metodu (Four In Hand)

Qalstuk düyünləri arasında ən klassik və ən çox istifadə edilən tip olan sadə düyünün, ingliscəsi "four in hand" olaraq da tanınır.  Ən klassik üsullardan biri olduğu üçün sadə düyün sistemi ilə bağlanılan qalstuklar bütün növ köynək yaxalıqlarında istifdə edilə bilər. Uzun və konik bir quruluşa sahib olan sadə düyün metodu ilə bağlanmış qalstuklar nazik parça materiallarda dar, qalın parça materiallarında isə gen olaraq istifadə edilir. 

2. Cüt Düyün Metodu (Victoria)

Cüt Düyün Metodu (Victoria)

Victoria adıyla da tanınan cüt düyün metodu sadə düyün üsuluna son dərəcə bənzərlik göstərən, ancaq yenidən təkrarlanma tələb edən qalstuk bağlama yoludur. Cüt düyün ilə qalstuk bağlamaq üçün ilk olaraq qalstukun gen olan tərəfi, dar olan tərəfin ətrafına iki dəfə dolandırılmalıdır. Cüt düyün metodu ilə bağlanılan qasltuklar sadə düyün ilə bağlanılan qalstuklara nisbətən daha qalın bir görünüşə sahib olur. Əgər qalstukun parçası həddindən artıq qalın deyilsə, cüt düyün metodundan istifadə edə bilərsiniz.

3. Yarım Windsor Metodu (Half Windsor)

Yarım Windsor Metodu (Half Windsor)

Windsor düyünləri yarım windsor və tam windsor olmaqla iki yerə ayrılır. Alt tərəfdə də baxa biləcəyiniz tam windsor düyününə bənzərlik göstərən, ancaq metodu daha asan və quruluşu  daha qalın olan yarım windsor düyünü daha çox incə ya da xəfif materiallı qalstuklar üçün uyğundur. Üçbucaq şəkilli kip görünüşə sahib olan yarım windsor düyümü ümumilikdə açıq yaxalı ya da klassik yaxalı köynəklərə daha uyğundur.

4. Tam Windsor Metodu (Full Windsor)

Tam Windsor Metodu (Full Windsor)

Tam windsor düyünü isə xüsusi günlərin düyünü olaraq bilinən qalstuk bağlama metodudur. İngiltərə stilli bir düyün olaraq qarşımıza çıxan tam windsor düyünü adını Windsor Dükü'dən götürür. Full windsor metodu ilə bağlanan qalstuklar həcmli bir quruluşa sahib olduqları üçün ümumilikdə italyan yaxalıqlı, Windsor yaxalıqlı köynəklərdə məsləhət görülür. Tam windsor düyünü ilə qalstuk bağlamaq ir az çətin görünsə də, uğurlu bir bağlama üçün qalstuk köynəyin son düyməsini gizlətməlidir.

5. Kiçik Düyün Metodu (Oriental)

Kiçik Düyün Metodu (Oriental)

Adından da göründüyü kimi kiçik düyün metodu ilə bağlanan qalstukların düyünü balaca olur. Sıx yaxalıqlı köynəklərdə ya da çox qalın parçadan olan qalstuklarda tövsiyyə edilən kiçik düyün texnikası uzun yaxalıqlı ya da açıq yaxalı köynəklərdə istifadə edilməməlidir. Bu tip yaxalıqlarda kiçik düyünlü qalstuklar xoş bir görüntü yaratmaya bilər. Kiçik düyün texnikası da qalstuk bağlamaq üçün ən asan yollardan bir dənəsidir.

6. Cafe Düyün Metodu

Cafe Düyün Metodu

Azərbaycanda çox da rast gəlmədiyimiz qalstuk bağlama metodudur cafe düyünü. Əsasən toyu olan insanlar istifadə edir deyə bilərik bizim ölkədə. 11 addımdan ibarət və qarmaqarışıq bir metoddur. Şəkilli izahdan da anlaşılacaq ki, qalstukun ucunu min dənə yerdən keçirib fərqli bir görüntü əldə etmək üçün istifadə edilir. Cafe düyünü ilə qonaqlıqlarda diqqət çəkə bilərsiniz.

7. Christensen Metodu

Christensen Metodu

Christensen metodu ilə bağlanan qalstuklar ümumilikdə qalın bir düyün quruluşuna sahib olurlar. Bu səbəbdən Christensen düyünü ilə bağladığınız qalstukları daha açıq yaxalı, uzun yaxaya sahib olan köynəklərdə istifadə etməyiniz daha məntiqli olacaq. Kiçik yaxalıqlı köynəklər isə Christensen düyün metodu ilə düzəldilmiş qalstuklarla elə də yaxşı görünməyəcək.

8. Grantchester Metodu

Grantchester Metodu

Grantchester metodu kip və zərif görüntüsü ilə diqqət çəkən düyünlərdəndir. Özəlliklə qalstuk düyününün sadə düyün və cüt düyün metodlarının əksinə, düz bir görüntü əldə etmək üçün Grantchester  metodu qalstuk bağlma texnikaları arasında bir addım öndə olan üsullardandır. Şəkilli izahlardakı addımları uğurlu bir şəkildə tətbiq etsəniz, bu metodlar bağlayacağınız qalstukları hər köynək yaxasına uyğun olaraq taxmaq mümkündür. 

9. Keenquru Metodu

Keenquru Metodu

Bu qalstuk bağlama metodu ilə yuxarıda göstərdiyimiz bütün üsulların çətinliyindən asanlıqla azad ola bilərsiniz.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri