Penis Qızartması, Adam Ətindən Hamburger və Başqa Saykodelik Kannibalizm Hekayələri 6 Maddədə
Kannibalizm öz növündən olanı yemək deməkdir. Sözün kökü olan “Caniba”nın məşhur səyyah Kolumbun Amerikada qeyd etdiyi ilk vəhşi qəbilənin adından gəldiyi güman olunur. İnsanlarda qədim dövrlərdən mövcud olan bu xüsusiyyət zamanla unudulmuşdur. Müasir dövrümzüdə isə müxtəlif psixoloji pozuntuları olan insanların müxtəlif şəkillərdə insan yeməsi haqqında xəbərlər yayılır. Bu yazımızda həmin insanların bəziləri haqqında danışacağıq.

1. Omaima Nelson

Omaima Nelson

Əvvəllər model kimi işləmiş Omaima Nelson 1993-cü ildə öz ərini öldürərək bədənini parçalamışdır. Nelson məhkəmədə özünü müdafiə edərkən "qanı görəndə özümü saxlaya bilmədim " -deyə açıqlama verib.

2. Tamara Samsonova

Tamara Samsonova

71 yaşlı Tamara nənə Rusiyada ən az 11 insanın ölümündə təqsirkar bilinir.  O, hətta öz dostunu  öldürüb. Yeməyinə yuxu dərmanı atıb, sonra da yatmış qadını diri-diri baltayla parçalayıb.

3. Tsutomu Miyazaki

Tsutomu Miyazaki

Miyazaki1988-1989-cu illər arasında dörd gənc qızı öldürdüyü üçün Yaponiyada edam edildi. O, yuxuya getmiş qurbanlarının bədənlərini parçalayaraq onların qanlarını içirmiş. Bir neçə gün meyitlərin yanında yatan qatil, bu etdiklərindən heç vaxt peşmanlıq duymayıb. Psixoloqa “mən yaxşı bir şey etdiyimi düşünürdüm” -deyə açıqlama da verib.

4. Armin Meiwes

Armin Meiwes

Armin 2001-ci ildə internetdə yemək üçün gözəl bədəni olan kişi axtardığını qeyd edən elan verib. Bundan sonra bir kişi elanla maraqlanaraq müraciət edib.Qurban könüllü olaraq yuxu gətirici narkotik vasitələr qəbul etdikdən sonra Armin onun cinsiyyət orqanını kəsərək qızardıb. Bu hadisədən sonra adam ölüb, Armin isə ömürlük həbs cəzası alıb.

5. Albert Fish

Albert Fish

Albert 1928-ci ildə Edward Budd adlı adamı öldürüb yeməklə bağlı planlar qursa da, onun 10 yaşlı bacısı olduğunu öyrənəndən sonra fikrini dəyişib. Balaca qızı bir daha görən olmayıb. Gənc yaşlarından qeyri-sağlam həyat tərzi yaşayan Albet uşaq yeməklə yanaşı gənc oğlanlara təcavüz etməkdə də təkzib olunurdu. Balaca qızı yedikdən sonra 6 il sonra ailəsinə qızlarını necə bişirdiyini və yediyini məktubla yazıb göndərən Albert, bunu etməsinə bəhanə kimi qızın çox dadlı olmasını gətirib.

Polis axtarışlar nəticəsində onu tutur və onun ABŞ-ın müxtəlif ştatlarında 8-9 az yaşlını yediyi ortaya çıxdı. Albert 1936-cıil New Yorkda elektrikli masaya bağlaaraq edam edilib.

6. Joe Metheny

Joe Metheny

8 cinayət hadisəsi ilə günahlandırılan Joe öz metodu ilə digər qatillərdən fərqlənirdi. O öldürdüyü insanların ətini heyvan əti ilə qarışdırıb, hamburger düzəldərək başqa insanlara satırdı. Polisə verdiyi açıqlama da xeyli maraqlıdır: -“ Özünüz gördünüz ki, insan və heyvan əti arasındakı fərqi digərləri də anlamadı. Siz mənim ağzımdan peşmanam sözünü heç vaxt eşitməyəcəksiniz.”

7. Bonus: Mövzu maraqlı gəldisə bu filmi ziləyə bilərsiniz, ancaq heç kimi yeməyin :D

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri