Öyrəndikdə Ağlınızı Başınızdan Alacaq Seks Fəlsəfələri 9  Maddədə
Sevişmək, bir ibadətdir? Kimisinə görə elədir. Dünyanın mühüm bir qismində sevişmək həyatın tarazlı, keyfiyyətli və harmoniya içində yaşanması üçün olmazsa olmaz bir şərtdir.

1. Çox yaxın və çox xüsusi münasibətlərin az qala yüzdə 60-ı, insanlar arasındakı qarşılıqlı cinsi elektrikin uyğunluğuna bağlıdır desək şişirtmiş olmarıq.

Çox yaxın və çox xüsusi münasibətlərin az qala yüzdə 60-ı, insanlar arasındakı qarşılıqlı cinsi elektrikin uyğunluğuna bağlıdır desək şişirtmiş olmarıq.

Amma bu uyğunluq olmasa, münasibətlərin hamısı yeriməz də deyə bilmərik əlbəttə ki. Çünki geri qalan 40% münasibət, eyş-işrət olmadan da hörmət, sevgi, anlayış və dözümlülük üzərində qurulur. Amma seksuallıq məsələsinin özündə də bunlar onsuz da ayrıca mövcuddur və olmalıdır da.

 Bundan ən az 2000 il əvvəl, Çinli Taoçu həkimlər, sevişmə və seksuallıq məsələsində asan başa düşülən izahedici kitablar yazıblar. Bu həkimlər, şəhvət düşgünü olmadıqları kimi, özlərini həddən artıq nəzarət altında saxlayan asketik insanlar da deyildilər. Onlar həm qadın, həm də kişinin bir-birini sevməyini, bədən və ruh sağlamlığı baxımından zəruri bir akt kimi görürdülər və bu baxımdan seksdə əldə edilmiş təcrübələrə və bacarıqlara böyük əhəmiyyət verirdilər. Onlara görə; Bir insanın sevişmə iştahanı və gücünü artıracaq hər şeyə icazə var idi. Taoçu həkimlər, bir-birini sevməyi təbii quruluşun ayrılmaz bir hissəsi kimi qəbul etmişdilər. Buna görə də insanların sevişmək mövzusundakı bilik və bacarıqlarını artırmaq üçün bir çox üsul inkişaf etdirdilər. Taoçu seks üsullarının, zövq verən, xoşa gələn hərəkətlər olmasıyla yanaşı, sağlam və uzunömürlü olmaq üçün nə dərəcə əhəmiyyətli olduğu bu gün elmi olaraq da araşdırma və tədqiqat mövzusudur. Aşağıda keçmişdən günümüzə, standartlardan kənar, yaxud standartların üstündə  deyəcəyimiz bir neçə seks fəlsəfəsiylə tanış olacaqsınız. Başlayaq. =)

2. Kişi Kontinansı

Kişi Kontinansı

Xristianlığı tamamilə başqa bir baxış bucağı ilə analiz etdiyi üçün azğınlıqla günahlandıraraq Yale İlahiyyat Fakültəsindən qovulan Con Hemfri Noyes, 1848-də 87 nəfər ilə başlayan və 1878-də 306 nəfərə çatacaq olan "Oneida İcması"-nı qurur. Hər şeyin bölüşdürülməsi lazım olduğuna inanan Noyes, insanın mükəmməl və günahlarından təmizlənmiş olduğuna inanır, ənənəvi seks qəliblərindən imtina edir, cinsi əlaqənin məhdudlaşdırılması üçün heç bir səbəb olmadığını müdafiə edirdi. Məsələn, Oneida cəmiyyətində "kompleks evlilik" tətbiq edilirdi. İnsanların evlənərək bir-birilərinə yiyələnməsi absurddur deyilirdi. Yəni cəmiyyətdəki bütün qadınlar, bütün kişilərlə evli idi, hamısı ilə sekslə məşğul olurdu. Birlikdə olmuş bir cütlük, bir-birilərinin digər şəxslərlə əlaqəyə girməsini əngəlləyə və ya qadağa qoya bilməzdi. 19-cu əsrin Nyu-York Şəhərində, Oneida cəmiyyətinə daxil olan kişilər "kontinans" həyata keçirməyə təşviq edilirdi. Bəs nə idi bu? Sadə, boşalmadan seks etmək. Bunun hamiləliyin qarşısını alacaq bir şeydən başqa, qadınların seksdən aldığı zövqün səviyyəsini artıracağı düşünürdülər. Gənc kişilərin menopauza dövrünü keçirmiş qadınlarla birlikdə olaraq "kontinans" ı öyrənmələri lazım idi. Bütün əxlaq qəliblərini yıxan bir sistem qurduğu üçün daha əvvəl də bir neçə dəfə həbs olunan Noyes, yetkinliyə çatmayan bir qızı, cinsi olaraq istismar etməklə günahlandırandan sonra 1879-da Kanadaya qaçdı. Bundan sonra 1881-də Oneida icması özünü ləğv edərək dağıldı.

3. Karezza

Karezza

1896-da ginekoloq Alisa Bunker Stockhamın icad etdiyi Karezza, orqazm olmağı qarşısına məqsəd qoymayan bir seks tətbiqidir. "Evliliyin Etikası" olaraq da adlanır. Yəni orqazm olursunuzsa super, amma Karezzada məqsəd bu deyil. Stockhama görə, özünü kontrol edə bilməkdən başqa, tərəfdaşların qarşılıqlı nəzarət təmin etməklə bir-birinə kömək etməyi əsasdır. Bu əsnada, tərəfdaşlar fərdi olaraq öz seksuallıq-larının xaricə vurmağına nəzarət etməyə çalışarkən, bir çox problemin də öhdəsindən gələ biləcəklər. Bəziləri bu üsulu, orqazm olmadan aylarla davam etdirir və hətta cinsi əlaqənin artması və uzanmasına qarşı olaraq həyatı boyu orqazmn qarşısını almağa cəhd edənlər də olur.

 Deyəcəksiniz bəs məqsəd nəidr? Məqsəd, orqazm ilə gələn həm yüksək, həm az miqdardakı hormonları ölçülü bir şəkildə istifadə edərək, tərəfdaşlar arasındakı romantik əlaqəni inkişaf etdirməkdir. Bunun üçün, hər iki cinsin də boşalma prosesinə nəzarət etməsi lazımdır. Nəticə yox, proses yönümlü bir tətbiqdir bu anlayacağınız. Bu tətbiq bir az qaribə görünür, amma bəzi insanlar üçün faydası ola bilər. Ginekoloq və müəllif Doktor Diana Hoppe, orqazma verilən önəmin ortadan qalxmasının, tərəfdaşlar arasındakı bağın güclənməsini təşviq etdiyini deyir. Karezza, xüsusilə romantik mənada bir-birindən qopuq tərəfdaşların, öz aldıqları cinsi həzzdən çox, bir-birilərinə fokuslanmalarına yardımçı olur. Hoppe, sosial medianın 7/24 bombardmanı sayəsində bu təcrübənin çəkisinin artacağını düşünür. Karezzanın, keçmişin, gələcəyin, ya da Twitterda nələr olduğunu müzakirə etməkdənsə, həmin anda olmağı və anı yaşamağı öyrənmək baxımından bunun "dalğınlığa qarşı cinsi bir təcrübə" olduğunu deyir. Ancaq Hoppe, orqazm olmaqda heç bir maneə olmadığını və əgər tərəfdaşlardan biri cinsi arzularını itiribsə, Karezzanın problemlərə səbəb ola biləcəyini də qeyd edir. Kanadalı bir psixiatr olan Riçard M. Buckein "Kosmik Şüur" adlı kitabında, öz təcrübəsini izah edən istifadəçilərdən J. Uilyam Loyd görə; Karezza, bir növ doğumun idarə üsulu ola biləcəyi kimi; mistik bir narkotiksayağı, alınan cinsi həzzin müddətini də uzadan bir tətbiqdir. Hər kəsin o kosmik şüur içində "öz" kosmik şüur təcrübəsini yaşadığı Karezzada orqazm, cinsi boşalmadan öz xüsusiyyəti ilə ayrılır. Bu, yəni boşalma baş vermədən, uzun müddət orqazmda olmağa davam etməyə bənzəyir.

4. Seks Cadusu

Seks Cadusu

Seks cüdusunda, dini, ruhi və ya mənəvi bir inanca görə; Sehrli və ya ayinlərdəki rituallardan tətbiq edərək, cinsi fəallığının hər hansı bir növü həyata keçirilir. Bu tətbiqlərdə arzu edilən nəticəyə çata bilmək üçün, ehtiraslanma, yaxud orqazm enerjisindən istifadə edilir. Seks Cadusu termini, seksual enerjinin, qəbul edilən həqiqətin sərhədini aşmaq üçün istifadə oluna biləcək təsirli bir güc olduğu anlayışına əsaslanır. Tarix boyu, bir neçə mistik və bəzi mütəfəkkirlərə görə seks məsələsinə bir növ sehrli güc verilmişdir. 19-cu əsr müəlliflərindən Paschal Beverly Randolph, cütlüklərin cinsi birləşməsi zamanı bir növ öncəgörümə sahib olacaqlarına və hətta arzularının həqiqət ola biləcəyinə inanırdı. Amma bütün bunların həyata keçməsi üçün hər iki tərəfin da orqazm olması lazım idi və bu məsələdə fahişələrlə sekslə məşğul olmaq etibarlı deyildi. Məşhur okkultist Aleister Crowley də seks sehrinə inanan adamlardandı və Şeytana məxsus xüsusi simvolun üzərinə boşalmanın, onunla ünsiyyətə keçməyin yolunu aça biləcəyini yazmışdı. Aktları hələ yaşayarkən "Dünyanın Ən Pis Görkəmə Malik Adamı" olaraq adlandırılan Crowley üçün, Ozzy Osbourne "Mr. Crowley" adlı bir mahnı yazdı. Crowley, 20-ci əsrin əvvəllərində qurulan beynəlxalq dini bir təşkilat olan və qardaşlıq əsasına söykənən Ordo Templi Orientis'in  ən məşhur üzvlərindən biri idi. Avropa Hürmasonluğunu model olara götürən bu gizli təşkilat, eynilə onun kimi dərəcələrini müəyyənləşdirmə sisteminə əsaslanırdı. Hər dərəcənin müəyyən ritualları, seremoniləri və fəlsəfi təlimləri vardı. 12 dərəcəlik bu sistemdə, 8-ci dərəcədən başlayaraq təşkilat üzvlərinin seks cadusu edə bilmək üçün müəyyən cinsi tədbirlər keçirdiklərini qeyd edək. Bu arada, bu tip yerlərdə nə kimi hadisələrin olduğunun təsvirlərini verən təklifimiz də var: Stenli Kubrickin rejissorluğu ilə çəkilmiş Nicole Kidman və Tom Kruzun yer aldığı "Eyes Wide Shut" filmi.

5. Orgon Enerjisi

Orgon Enerjisi

Orgon, Avstriyalı psixiatr və psixoanaltik Vilhelm Reyxin 1930-cu illərdən başlayaraq ortaya qoyduğu, xərçəngin inkişafından, göy üzünün rənginə qədər hər şeyi təsir göstərdiyinə inanılan və "ibtidai kosmik enerji" olaraq tərif etdiyi nəzəriyyə. Psixiatriya tarixinin ən radikal adlardan biri olan Reyx, Ziqmund Freydin tələbələrindəndir və Karl Gustav Jung və Alfred Adlerin əksinə, Ziqmund Freydin eyş-işrətlə bağlı tezislərini önə çəkmək istəyən biri idi. Həyatının böyük hissəsində hörmət edilən bir analitik kimi tanınsa da, sonrakı dövrlərində həm heyranlıq duyulan həm tənqid edilən mübahisəli fiqur halına gəldi. Çox insanın "Allah" dediyi, bu "orgon" adını verdiyi ibtidai kosmik enerjinin orqazm zamanı yayıldığını kəşf etmişdi. Bəşəriyyətin bütün ictimai xəstəliklərinə səbəb olan psixoloji narahatlıqların, məhdud orqazmdan qaynaqlandığını müdafiə edir və bu enerjinin zamanla toplanacağını söyləyirdi. Sağlam bir həyat üçün lazımlı olduğunu düşündüyü bu enerjinin, atmosferdən toplanaraq yığılması məqsədilə telefon daxması səviyyələrindəki "Orgon Enerji Akumlyatoru"-nu icad etmişdi. İnsanların içinə girib oturanda soyuqdəymə, gücsüzlük və xərçəng kimi xəstəliklərini müalicə etdiyini düşündüyü bu kəşfi, qəzetlərdə "seks qutuları" adı ilə dərc olundu. Reyxin bütün bu fikirləri sonradan çürüdüldü, amma hələ də Orgon enerjisinə inanan davamçıları var. Prinston yaxınlığında "The American College of Orgonomy" bu cür tədbirlərə ev sahibliyi edir. Öz Orgon Akumlyatorunuzu necə yaradacağınıza dair internetdən öyrənə bilərsiniz. Ancaq bir qədər polad hissələrə ehtiyac duyacağınızı indidən deyək. Bundan əlavə yazıçı Vilhelm Reyx bu haqda öz "Dinlə, Kiçik Adam" əsərində də söz açıb.

6. Chuluaqui-Quodoushka

 Chuluaqui-Quodoushka

New Age dini hərəkatı olaraq Harley Reyqan və Diana Reyqan tərəfindən 1986-da qurulan Maral Qəbiləsi Tibb Dərnəyi tərəfindən inkişaf etdirilib, təşviq edilən cinsi texniki və nəzəriyyələrdən yaradılmış bir kolleksiyadır. Chuluaqui-Quodoushka (qısası, Q)-nın insanların seks yoluyla çatacağı "güclü bir şəfa və enerji" olduğu iddia edilir. Burada bədəninizi, arzularınızı və enerjinizi anlamaq üçün zövq alacağınız yeni bir yol öyrədiləcəyi sözü verilir. Amma bu gücün ləzzətini daha yaxşı ala bilməniz üçün günah, təhqir və təzyiq kimi hisslərinizi azad buraxmağınız lazımdır. Daha təcrübəli icraçılar, "seksual həyat enerjinizi istifadə edərək, yaratmağı seçdiyiniz dünyanı tanıya və yarada bilərsiniz" deyirlər. Harley Reyqan, bu əməliyyatların Olmaq, Maya, Toltek, Cherokee kimi antik və müasir çox müxtəlif mədəniyyətlərdən ilhamını aldığını söyləsə də; Bu iddiaları səbəbiylə ağır tənqidlərə məruz qaldı və Reyqanın bu təlimləri müxtəlif qəbilələr tərəfindən şiddətlə pisləndi.

7. Tantra Seksi

Tantra Seksi

Neotantra, ya da Navatantra adı ilə də tanınan bu tətbiq, tez-tez yeni bir dini hərəkatla da əlaqələndirilən müasir, Qərb metodudur. Hindu və Buddist intizamlara və ənənəvi mətnlərinə əsaslanan tantrik seksin əsası, onun seksual fəallığının, ruhu qane edən masaj, dalğınlıq, yoqa kimi tətbiqlərlə birləşdirilməsidir. Neotantrada, Hindu Tantrasının bütün intizamları deyil, yalnız "müqəddəs seksuallıq" deyilən və qeyri-adi üsullar əks etdirən bir hissəsi istifadə edilir və xüsusilə bu mövzunun orijinalından təlim almaq lazımdır. Tantrik müəllimlərindən Margot Anandın "Sky Spor Tantra" adı ilə tanınan tətbiqi, "hicran duyğularını aşaraq özünüzlə, başqaları və dünya ilə bir bütünlük hissi yaratmaq" kimi tərif edilir. Bu tətbiqdə "fiziki və duyğusal məmnuniyyətin qəlb və ruhun coşqunluğuna çevrildiyi ruhi və seksual bir təcrübə" də iştirak edir. Daha konkret ifadəsi, onun təlimləri, daha güclü orqazmın, ümumi olaraq daha sağlam bir həyat və daha yaxşı bir ortaq ünsiyyətin təminatını verir. Populyarlığı artdıqca, Qərbin seksə qarşı mürtəce mövqeyini düzəltmək səbəbiylə mənəvilik və seksuallığı doğru şəkildə birləşdirən bu üsul "coşqunluq kultu" olaraq ifadə edilməyə başlandı. Bu səbəblə bir çox müasir Navatantra davamçısı üçün, yüksək bir mənəvi müstəviyə yüksəltmə imkanı bəxş edən "mənəvi seks" və ya "müqəddəs seksuallıq" adı müqəddəs bir əməl olaraq qəbul edilməsi lazım olan bir inanc növü ilə bağlıdır. Məşhur müğənni Sting, 1990-da həyat yoldaşılya 7 saat ərzində tantrik sekslə məşğul olduğunu açıqlamış, həyat yoldaşı isə daha sonra verdiyi bəyanatda bunun şişirtmə olduğunu söyləmişdi. 2014-də Sting bu məsələni  aydınlığa qovuşdurdu: "Əgər 7 saat davam edibsə, mən şou yaratmışam." deyərək zarafat edən Sting, axşam yeməyi və izlədikləri filmin bu müddətə daxil olduğunu, 7 saat davam etmədiyini, lakin planın bu olduğunu demişdi.

8. Expanded Sexual Orgasm-ESO (Uzadılmış-Genişlədilmiş-Artırılmış Orqazm)

Expanded Sexual Orgasm-ESO (Uzadılmış-Genişlədilmiş-Artırılmış Orqazm)

Psixoloq Patricia Teylorun 2000-ci ildəki doktorluq dissertasiyası olan ESO; Fiziki, zehni, emosional və ruhi təbəqələrin tamamilə; genital yolla əldə edilmiş enerji yayma tətbiqidir. Teylorun təcrübə apardığı bu tətbiqi həyata keçirən 44 nəfər, qısaca ESO zamanı "İlahi" və "psixospiritual ölüm və doğum" əlaqəsində təcrübə topladıqlarını deyiblər. Bəzi ESO mütəxəssisləri bunun saatlarla davam etdiyini bildirmişdir. Teylor vəziyyəti belə təsvir edir: "ESO, genital olaraq ehtiraslandırma və ehtiraslandırma yolu ilə həm fiziki şüurun həm də şəhvətə aid fokuslanmanın genişləndirilməsi elmi və sənətidir. ESO, maksimum dərəcədə genişləndirilmiş imkanlar yaratmaq üçün birinin bədən-zehin-duyğu-ruhundakı özünə aid yolları istifadə etməsidir. Məqsəd sadə, amma mümkün qədər çox həzz potensialını hiss etmək üçün bunu lazımı yerə yönəltməkdir". Bu təcrübənin gətirdiyi üstünlüklər çoxdur. Ənənəvi seksdə yaşanılan orqazmı ən çox 30 saniyə davam edərkən ESO ilə 30-40 dəqiqə və hətta daha uzun sürən orqazm baş verə bilər. Bu cür fiziki bir vəziyyətdə olmanın necə bir hiss olduğunun başa düşülməsi üçün yaşanmış olmağı lazımdır. Hisslər haqqında yazan və danışan şəxslərin birləşdiyi bir nöqtə vardır ki; O da, "anlayışın" ancaq "hiss etdikdən" sonra gəlməsidir. Bunları oxumaq da insanın ürək döyüntüsünü sürətləndirir, bunu yoxlamağın isə həzz almaq məsələsindəki hisslərimizi tamamilə dəyişəcəyi aşkardır.

9. Kama Sutra

Kama Sutra

Eramızın 2-ci əsrdə yaşamış Vedic ənənəyə sadiq filosof Vātsyāyana tərəfindən yazılan Kama Sutra, Sanskritcə ədəbiyyatında insanın seksual davranışları üzərində "standart" bir iş kimi qəbul edilir. "Kama" Hindu fəlsəfəsinin dörd əsas məqsədindən biri olan cinsi arzunun da daxil olduğu "zövq" deməkdir, "Sutra" isə lüğətdəki mənası ip, cizgi, zaman kimi mənalar daşıyır və burada "cisimləri bir arada tutan bir bağ" kimi izah olunur. "Bir qayda, ya da formul üçün aforizmlər toplusu" mənasına qovuşur. Qərbin populyar qavrayışının əksinə, yalnız bir seks materialı deyil. Bu sevgi, ailə həyatı və insan həyatının digər istiqamətlərinin təbiətinə dair fəzilətli və zərif bir həyatın necə qurulacağı mövzusunda bir kitabça xarakteri daşıyır. Dünyanın böyük bir hissəsində yaradıcı cinsi mövqelərin rəhbəri sayılsa da Kama Sutranın yalnız yüzdə 20 faizi seks pozaları ilə bağlıdır. Kama Sutra üzərində tədqiqat aparan marketoloq Yakob Levynin qeydlərinə görə; Kitabın böyük bir hissəsi, məhəbbət nəzəriyyəsi və fəlsəfəsidir və arzuya nəyin təkan verdiyi və onu nəyin yaşatdığı, necə və nə vaxt yaxşı olduğu, ya da pis ola biləcəyi barədədir. Bundan başqa, Mira Nair rejissorluğundakı 1996-cı ildə Hind-İngilis birgə istehsalı "Kama Sutra: A Tala of Lav" filmi mövzu haqqında fikir sahibi olmağınıza köməkçi ola bilər.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri