Necə Ortaya Çıxdığı Hələ Də Sirli Qalan Tikililər 5 Maddədə
Vaxt ötür, tarix dəyişir, texnoloji yeniliklər bir-birinin ardınca həyatımızın ayrılmaz hissəsinə çevrilir. Okeanın dərinliklərindən kosmosa uzanan səyahətində müasir dövrün insanları hələ də, bu tikililərin necə inşa olunduğu məlum deyil.

1. Göbeklitepe, Türkiyə

Göbeklitepe, Türkiyə

Türkiyənin cənub-şərqində Şanlıurfa şəhərindən 15 km şimalşərqdə yerləşən Göbeklitepe dünyada ən qədim məbəd kompleksi hesab olunur. Arxeoloji qazıntılar nəticəsində ərazinin hətta, daş dövrünə aid olduğu müəyən edilib. Qəribə də olsa ərazidə o dövrə aid olmayan əhəndaşı sütünları aşkar edilmişdir.Qədim məbəd vəya məzarlıq olduğu güman edilən Göbeklitepe Neolit dövrünə aid edilir. Sütün və divarlarında öküz, qaban, tülkü, ilan və digər sürünənlər, cüyür, həşərat,hörümçək, quş təsvirləri aşkar edilmişdir. Müxtəlif qatlardan ibarətolan bu məbəd daş dövrü insanları haqqında düşüncələrimizin tamam əksinə olduğunu sübut edir.

2. Naska xətləri, Peru

Naska xətləri, Peru

Naska xətləri  Perunun cənub hissəsində yerləşən dağ yamacında nəhəng heroqrif və rəsmlərdir. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında müxtəlif quş və heyvan rəsmləri təsvir olunub.1926-cı ildə kəşf olunan xətlərin hətta, İnk sivilizasiyasından da qədim tarixə malik oluğu bilinir. Lakin, onların kimvə nə məqsədlə çəkildiyi məlum deyil.

3. Stonehenge, İngiltərə

Stonehenge, İngiltərə

UNESCO tərəfindən “Dünyanın Mədəni İrsləri” siyahısına daxil edilmiş ərazinin 1500-2500 il öncə tikildiyi təxmin edilir. Pagan tayfalarının ibadət etmək üçün qurduğu fərz olunan ərazi böyük ehtimal ki, əvvəllər məbəd olub. Başqa fikirlərə görə isə o, günəş şüalarının düşmə bucağını ölçmək üçün istifadə olunurdu. Lakin, onun necə inşa olunması haqqında dəqiq sübut və ya nəzəriyyə yoxdur. 

4. Maoilər, Peru

Maoilər, Peru

Moai Çilinin Pasxa adasında tapılmış nəhəng ölçülü daş heykəllərə verilən addır. Qadın və kişi heykəllərinin adları bir-birindən fərqlənir. Ən böyük moainin hündürlüyü 10-12 metrdir. Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur. Onların ağırlığı 1-50 ton arasında dəyişir və alimlər bu heykəlləri adi insanların daşıya bilməyəcəyini təsdiqləyir. Müxtəlif fikirlərə görə onlar bu adaya dini mərasimlərdə istifadə olunmaq üçün gətirilib. Adada 1000-ə yaxın moai heykəli var.

5. Misir piramidaları, Misir

Misir piramidaları, Misir

Misir fironlarının şərəfinə tikilən bu piramidalar insanlıq tarixinin ən möhkəm tikililərindəndir. Hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmiş ehramların necə tikilməsi hələ də sual doğurur. Bu qaya parçalarının yonulduğu karxanalar ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda onlarla absurd fərziyyələr irəli sürülüb. Piramidaların sirli tərəfləri bununla bitmir. Piramidanın sahibi olan fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs və radar kimi cihazlar işləmir.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri