Mirabal Bacıları: Kəpənəyin Qanad Çırpmasıyla Yıxılan Diktatura
Dominikan Respublikasının 35-ci prezidenti Horacio Vasquezi 1930-da hərbi çevrilişlə devirən Rafael Trujillo, Dominikan Respublikasını 31 il ərzində diktatura ilə idarə etdi. Yüksək vəzifələrə yaxınlarını gətirdi, siyasi əleyhdarlarının çoxunu öldürdü. Ta ki Mirabal bacıları müqaviməti başlayana qədər.

Kəpənəklərin qanad çırpması ilə yıxılan diktatura: Qadına Yönəlik Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü

Kəpənəklərin qanad çırpması ilə yıxılan diktatura: Qadına Yönəlik Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü

Dominikan Respublikasının 35-ci preizdenti Horacio Vasquezi 1930-da hərbi çevrilişlə devirərək hakimiyyəti ələ keçirdi. 31 il ərzində Dominikan Respublikasının mütləq hakimi oldu. Yüksək məqamlara yaxınlarını gətirdi, siyasi əleyhdarlarının çoxunu öldürdü. Kimdir bu? Dominikan Respublikasının 36-cı Prezidenti Rafael Trujillo.

Rafael Trujillo diktaturasına qarşı mübarizə aparan Mirabal Bacıları

Rafael Trujillo diktaturasına qarşı mübarizə aparan Mirabal Bacıları

Ölkəni diktatorluqla idarə edən Rafael Trujilloya qarşı olduğu məlum olan Mirabal Bacıları; Patria, Minerva və Maria Teresa, 1930-dan 1961-ə qədər Dominikan Respublikasını idarə edən Rafael Trujillo diktaturasına qarşı mübarizə aparırdı. 1960-cı ildə diktatura əleyhinə mübarizələri ölkə miqyasında geniş şəkildə yayıldı.

"Ölkədə iki təhlükə var: Kilsə və Mirabal Bacıları"

"Ölkədə iki təhlükə var: Kilsə və Mirabal Bacıları"

Rafael Trujillonun "Ölkədə iki təhlükə var: Kilsə və Mirabal Bacıları" şəklində verdiyi açıqlamadan günlər sonra 25 Noyabr 1960-cı ildə diktatura əsgərləri tərəfindən təcavüz edilərək vəhşicəsinə öldürülən Mirabal bacılarının cəsədləri Dominikan Respublikasının şimal bölgəsində bir uçurumun dibində tapıldı. Öldürülmələri isə ictimaiyyətə avtomobil qəzası olaraq çatdırıldı.

 Mirabal bacılarının yaratdıqları Clandestine Hərəkatı, onlar öldürüləndən bir il sonra diktatorluğun dağıdılmasında mühüm rol oynadı.

 Rafael Trujillonun diktaturasına qarşı mübarizə aparan Mirabal bacılarının ağır təzyiqlərə məruz qalmış və həbs cəzalarına məhkum edilmişdilər. Ancaq öldürülmələri Dominikan Respublikasında böyük reaksiya doğurmuşdu.  

Trujillonun hakimiyyətini qorumaq üçün istifadə etdiyi sərt tədbirlərə qarşı müxalifətin getdikcə güclənməsi birlikdə ölkə xaricində də Dominikin liberallaşdırılması istiqamətində intensiv təzyiqlər gəlmiş və müqavimət hərəkatı güclənmişdi, bir il sonra isə diktatura, Anti-Trujillo hərəkatı tərəfindən məhv edilmişdi.

Mirabal Bacılarının dedikləri

Mirabal Bacılarının dedikləri

"Bəlkə də bizə ən yaxın şey ölümdür, lakin bu, məni qorxutmur, haqlı olan hər şey üçün döyüşməyə davam edəcəyik" (Mariya Tereza Mirabal)

  "Bu qədər əzab-əziyyətlə dolu ölkəmiz üçün hər şeyi etmək bir xoşbəxtlik qaynağıdır, qollarını çarpazlayıb oturmaq isə çox kədərlidir" (Minerva Argentina Mirabal)

 ''Uşaqlarımızın, bu korrupsioner və zalım sistemdə yetişməsinə imkan verməyəcəyik. Bu sistemə qarşı müharibə aparmaq məcburiyyətindəyik. Mən öz adımdan hər şeyimi verməyə hazıram. Lazım gəlsə həyatımı da" (Patria Mercedes Mirabal)

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri