Minlərlə Müsəlmanın  Həyatını Itirdiyi Srebrenitsa Qətliamı 8 Maddədə
Əhalisinin əsasını müsəlman bosniyalılar, pravoslav serblər və katolik xorvatlar təşkil edən Bosniya və Hersoqovina keçən əsrin son on illiyində olduqca çətin günlər keçirib. Belə ki, 1986-1992-ci illər arasında baş vermiş qanlı vətəndaş müharibəsinin sonunda Yuqoslaviya parçalandı. 1992-ci ilin fevralında müstəqilliyini elan edən Bosniya – Hersoqovina üçün isə çətin dövrlər hələ yeni başlayırdı...

1. Müharibə başlayır

Müharibə başlayır

Serb lideri Slobodan Miloshevich  Böyük Serbiya qurmaq uğruna minlərlə müsəlman bosniyalını qətl etməyə başladı. Onların məqsədi boşnak və xorvatları ərazidən təmizləyərək serb dövləti qurmaq idi. Serblərin başda Sarayevo olmaqla şəhərləri bombalamasına, günahsız vətəndaşları öldürməsinə,  ziyalılardan seçilmiş xüsusi insanların həbs düşərgələrində öldürülməsi ilə aparılan etnik təmizlik siyasətinə qərb ölkələri uzun müddət heç bir reaksiya vermədi. 

Birləşmiş Millətlər Təşkilatı 1993-cü ildə məsələyə əl atdı, lakin nəticələr uğurlu alınmadı. Onlar burada etibarlı bölgələr yaratmaq istəyirdilər.  Srebrenitsa şəhəri bu 6 bölgədən biri idi. Başqa yerlərdən köçənlərin hesabına şəhərin əhalisi iki dəfədən çox artmışdı. Bu da ərzaq qıtlığı və xəstəliklərin yayılmasına yol açmışdı. Serblər isə işğal və soyqırımlara davam edirdi.1995-ci il NATO serblərə qarşı hava hücumu təşkil etdi. Buna qarşılı qolaraq sərblər də etibarlı bölgələri bombalayaraq 300 Birləşmiş Millətlərəsgərini girov götürdü.  Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilirdi..

3. Təxminən 25,000 boşnak serb vəhşiliklərindən qaçmaq üçün yaşadıqları yerləri tərk etdi.

Təxminən 25,000 boşnak serb vəhşiliklərindən qaçmaq üçün yaşadıqları yerləri tərk etdi.

5000 mühacirin "etibarlı" ərazidəki düşərgəyə girməsindən sonra hollandiyalı  “sülhməramlı” əsgərlər düşərgənin dolduğunu bildirərək girişi bağladı. Hətta, müsəlmanların əlindəki silahlar da BMT sülhməramlıları tərəfindən yığılmışdı.  Bu hadisə, düşərgənin yaxınlığındakı onlarla bosniyalının ölümlə üz-üzə qalmasına səbəb oldu.  Holland hərbi qüvvələri məsələyə müdaxilə etmədi, hətta əməliyyatların  reallaşdırılması üçün serblərə kömək belə etdi. Qadın və uşaqlar ayrıldıqdan sonra əsgərlik yaşına çatmış olan kişilər avtobuslarla düşərgənin yaxınlığına aparılaraq güllələndi. Cəsədlərin sayı və kimliyi sonradan açıqlana bilməsin deyə onları parçalayıb, toplu məzarlarda basdırdılar. İkinci Dünya Müharibəsindən sonra Avropada baş vermiş ən böyük soyqırımda 8 min Boşnakın qətl edildiyi iddia edilir. Beynəlxalq Qırmızı Xaç cəmiyyəti isə bu soyqırımda 7.500-ə yaxın adamın itkin düşdüyünü bildirib.

4. 1995-ci il Parisdə imzalanan müqavilə ilə soyqırım dayandırılır.

1995-ci il Parisdə imzalanan müqavilə ilə soyqırım dayandırılır.

Sazişin bir hissəsi, Bosniya-Herseqovina dövlətinin son dərəcə mürəkkəb və çox laylı konstitusiya quruluşunu da ortaya qoyur. Razılaşmanın nəticəsində  ölkə Bosniya-Herseqovina Federasiyası və Serb Respublikası adlanan iki hissəyə ayrılır. Ölkə 14 parlament, 136 nazir və nəhayət 3 prezident  tərəfindən idrə edilir. Hər üç etnik qrupun hüquqları bərabər qorunsun deyə onları təmsil edəcək prezidentlər ayrı-ayrılıqda seçilir. Beynəlxalq məsələlərdə onların hər üçünün fikirləri nəzərə alınır, ortaq qərar çıxarılır.

5. Soyqırımın nəticələri

Soyqırımın nəticələri

Qətliamla bağlı 1993 və 2003-cü illərdə Beynəlxalq ədalət məhkəməsinə müraciət edilib. Nəhayət, 2003-cü ildə nəticələnən məhkəmədə soyqırımın əsas təşkilatçıları və icraediciləri günahsız elan edildi. Bu da zərərçəkənlərin maddi təzminat alması məsələsini mümkünsüz etmişdir. Serb lideri Miloshevich isə məhkəmə baş tutan müddətdə öldü.

6. Srebrenitsa Soyqırım Abidəsi

Srebrenitsa Soyqırım Abidəsi

2003-cü ildə böyük bir hissəsi xorvat və boşnak kişiləri olan soyqırımın qurbanları üçün məzarlıq hazırlandı. DNA testləri nəticəsində şəxsiyyəti məlum olan 6,241 nəfər burada dəfn edildi. Memorial məzarlığın xərclərinin böyük bir hissəsini sabiq ABŞ prezidenti Bill Klinton qarşıladı. O, həmçinin sülh müqaviləsinin imzalanması prosesinə də liderlik etmişdi.

7. Məzardan gələn qışqırıq

1999-cu il BBC soyqırımla bağlı sənədli film hazırladı. Hadisə ilə bağlı bir çox başqa filmlər də çəkilmişdir.

8. Aleksandra Kavelius "Leyla"

Aleksandra Kavelius "Leyla"

Soyqırımın əsas qurbanları kişilər olsa da, əziyyət çəkmiş qadın və uşaqların sayı da az deyildi. Alman yazıçısı Aleksandra Kavelius qələmə aldığı “Leyla” romanında serblər tərəfindən əsir götürülmüş 16 yaşlı Leylanın iki il müddətində əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən yazır. Kitab real həyat hekayəsi əsasında yazılmışdır. Yetkinlik yaşına çatmamış və psixoloji baxımdan dözümsüz şəxslərə kəslərə kitabı oxumaq məsləhət görülmür.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri