Məşhur Sənət Əsərlərinin İçində Gizlənmiş Sirlər - 8 Maddədə
Bəzi sənətkarlar yaratdıqları əsərlərdə bizə tapmağımız üçün gizli mesajlar qoyublar...

1. İtmiş Balina

İtmiş Balina

Rəsmin yaradıcısı Handirck Van Anthonissen, şəklin ölü bir balina olmadan daha gözəl görünəcəyini və daha populyar olacağını düşünərək balinanı rəsmdən çıxarmışdır.

2. Da Vinçi Şifrəsi

Da Vinçi Şifrəsi

İtaliya Mədəni İrs Milli Komitəsinin araşdırmaları nəticəsində Mona Lizanın sağ gözündə Leonardo da Vinçi imzası olduğu düşünülən "LV'' hərfləri olduğunu aşkar olundu. Bundan başqa, şəkildəki qadının sağ çiyininin arxasındakı körpüdə gözə çarpan 72 rəqəminin də 1472-ci ildə dağıdılan İtaliyanın Bobbio şəhərindəki bir körpüyə işarə olduğu təsdiqləndi.

3. Kişi yoxsa qadın?

Kişi yoxsa qadın?

Caravaggio-nun bu əsərində olan insanın əvvəllər qadın olduğu hesab edilirdi. 20-ci əsrin əvvəllərində tənqidçilər şəkildəki adamın tütək çalan kişi olduğu fikrini ortaya atdı. Daha sonra yeni fikirlər ortaya çıxdı.  Rəsmdəkinin kişi olduğu təsdiqləndi və o dövrdə tütək və kamanın kişilərə məxsus alətlər olduqları ortaya çıxdı.

4. Van Qok Burulğanı

Van Qok Burulğanı

Van Qok  fizika  sahəsinin ən mürəkkəb məsələlərindən biri olan burulğanı portretində işləmişdir

5. Sistine Kapellası Tablosu

Sistine Kapellası Tablosu

6. Fərqli Aspektlərdən Ölüm və Həyat

Fərqli Aspektlərdən Ölüm və Həyat

The Ambassadors'da yerdə tapılan maraqlı obyekt əslində bir kəllədir. Əgər portretə dik bir şəkildə baxsaq, normal iki insan görərkən, sağ tərəfindən baxanda yerdəki qəribə cismin bir  kəllə olduğu ortaya çıxır.

7. Gəlinciksiz Qadın

Gəlinciksiz Qadın

Gəlincikli Qadın tablosunun  orijinalında əslində gəlincik yox idi. Da Vinçi heyvanı və mavi örpəyi şəkilə sonradan əlavə etmişdir. Şəklin axırına yaxın heyvanı daha da böyüdərək ağ rəngə boyamışdır. Şəkildəki qadının Hersoq Ludovico Sforzanın məşuqəsi olduğu düşünülür və gəlincik Sforza ailəsinin simvoludur.

8. Dolçadakı Üz

Dolçadakı Üz

Caravaggionun ən məşhur rəsmlərindən biri olan Bacchus-da şəklin tam ortasında yerləşən dolçanın içərisində rəssamın öz surəti var.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri