Məşhur Narkobaron  Pablo Escobar Haqqında Sizi Təəccübləndirəcək Şeylər 35 Maddədə
1980-ci illərdə dünya narkotik dövriyyənin təqribən 90%-nə nəzarət edən Pablo Escobarı az çox tanıyırsınız. Hələ də məşhur Netflix serialı Narcosdan sonra Pablo Escobar adını eşitməmiş olmağınız mümkün deyil. Bəs, məşhur narkotik baronu haqqında daha çox öyrənməyə nə deyirsiz? ;)

Tam adı Pablo Emilio Escobar Gaviria olan Kolumbiyalı narkotik qaçaqmalçısı; Ölümünün üstündən illər keçməsinə baxmayaraq hələ də maraqlı olan adlar arasındadır.

 Çünki o bir dövrə damğasını vurmuş, 1980-ci illərdə az qala bütün dünyanın narkotik dövriyyəsini idarə edən biri hala gəlmişdir. Avtomobil oğurluğu ilə cinayət dünyasına giriş edən Escobar, əvvəl öz bölgəsindəki narkotik kartelini məhv etmiş, daha sonra da qarşısına çıxan bütün maneələri bir-bir ortadan qaldırmışdır.

1989-da Forbes jurnalı tərəfindən dünyanın ən zəngin 7-ci adamı kimi qiymətləndirilən Escobar, bir narkotik baronu olmasına baxmayaraq, gördüyü xeyriyyə işləri də xalqın gözündə bir qəhrəman olmağı bacarmışdır. Amma yaratdığı bu obrazı çox uzun müddət qoruya bilməmiş, dövlətə qarşı savaş açan Escobar sonunda güllələnərək öldürülüb.

Pablo Escobar Kimdir?

Pablo Escobar Kimdir?

Bütün dünya tərəfindən tanınan Kolumbiyalı narkotik qaçaqmalçısı, həm nifrət edilən, həm də sevilən bir şəxsiyyət olmuşdur. Və hiss edilənlər fərqli olsa belə o daim diqqət çəkmiş, hər zaman maraqla izlənilmişdir. Tam adı Pablo Emilio Escobar Gaviria olan baron, 1949-cu ildə Rionegroda dünyaya gəlib. Xırda cinayətlərə hələ kiçik bir uşaq ikən başlamış, qara bazar məhsullardan sonra alver etməyin daha çox pul gətirdiyini anlayaraq bu sahəyə yönəlmişdir. Sürətlə yüksələn ambisiyalı gənc, qısa müddətdə adını tanıtmağa nail olmuş, rəqiblərini bir-bir ortadan qaldıraraq narkotik yolunun nəzarətini əlinə keçirmişdir

  24 yaşında gələcəkdə arvadı olan 13 yaşlı Mariya Viktoriya Henao ilə tanış olan Escobar, ailəsinin bütün qarşı çıxmalarına baxmayaraq, 2 il sonra 1976-da Mariya ilə evlənmişdi. Bir il sonra cütlüyün ilk övladı Xuan Pablo dünyaya gəlmiş, 1984-də də qızları Manuela anadan olub. Həm uşaqlarına həm də xanımına çox qayğıkeş olan Pablo Escobar, qızının ad günündə bir unicorn istəyir deyə aldığı ata qanad və buynuz əlavə etdirmişdir. Yəni Pablo Escobar 1980-ci illərdə bir tərəfdən narkotik qaçırma işindən çəngə-çəngə pul qazanarkən, digər bir tərəfdən də yaxşı bir ata olmuşdur.

 Bundan başqa, gördüyü xeyriyyə işləri də xalqın gözündə bir qəhrəman obrazı yaratmağı bacarmışdı. 1991-ci ildə həbs olunanda Escobara özünün tikdirdiyi La Catedral adlı lüks həbsxanada qalması üçün icazə verilib. Amma başqa bir həbsxanaya göndərilmək tələb olunduqda buradan qaçmışdı. Və 16 ay boyunca qaçmağa davam edən Pablo Escobar, 2 Dekabr 1993-də tutulduğu damda vurularaq öldürülüb. Polislərin onun cəsədinin yanında gülümsəyərək poza verdiyi Escobar, minlərlə adamın iştirak etdiyi bir dəfn mərasimiylə son mənzilə göndərilmişdi.

Qısaca Pablo Escobar kimdir sualını cavabladığımıza görə, indi narkotik baronu haqqındakı qəribə həqiqətlərə keçə bilərik.

Qısaca Pablo Escobar kimdir sualını cavabladığımıza görə, indi narkotik baronu haqqındakı qəribə həqiqətlərə keçə bilərik.

Baxaq; Escobarı yalnız Narcosdan tanıyanlar, onun haqqındakı bu həqiqətləri öyrəndikdən sonra da serialı eyni baxış bucağından seyr edə biləcəklərmi?

Pablo Escobar Nə Zaman Doğulub?

Pablo Escobar Nə Zaman Doğulub?

Pablo Escobar, 1 Dekabr 1949-da əkinçilik edən atası ilə kənd müəllimi olan ananın 7 uşağından biri olaraq dünyaya gəlmişdir. Yoxsulluğu heç vaxt sevməyən Escobarın gələcəkdə nə qədər zəngin olacağı hələ o zamanlardan məlumdur.

Escobarın Uşaqlığı

Escobarın Uşaqlığı

Escobarın uşaqlığından bəri ehtiraslı bir şəxsiyyətə sahib olduğu məlumdur. Çünki Escobar, gələcəkdə bir milyonçu olacağına, daha yoldaşları ilə oyun oynaması lazım olan yaşlarında qərar vermişdi. Hətta, deyilənlərə görə Escobarın xəyallarından biri də Kolumbiya Prezidenti olmaq idi.

Escobar Cinayət Dünyasına Nə Zaman Təşrif Buyurub?

Escobar Cinayət Dünyasına Nə Zaman Təşrif Buyurub?

Escobarın cinayətkar həyatına olduqca kiçik bir yaşda, məzar daşları oğurlayıb başqa kəndlərə satması ilə başladığı söylənilir. Daha sonra isə Escobar; Qaçaq siqaret və saxta lotereya biletləri satışı edərək, cinayət dünyasında adını eşitdirməyə başladı.

Escobarın Yüksəlişi

Escobarın Yüksəlişi

Cinayət aləminə girdikdən sonra sürətlə yüksələn Escobar, ABŞ xaricində bir çox ölkəyə satış etmiş, hətta ticarəti üçün bir okean adasına hava limanı inşa etdirmişdir.

Pablo Escobar Bu Qədər Pul Rezini İlə Nə Etmişdi?

Pablo Escobar Bu Qədər Pul Rezini İlə Nə Etmişdi?

Escobarın o vaxtlar nə qədər zəngin olduğunu, sahib olduğu nağd pulu aylıq olaraq rezinləmək üçün istifadə etdiyi 2.500 ədəd pul rezinindən anlaya bilərsiniz.

Escobarın Pulunun Gizlədildiyi Yerlər

Escobarın Pulunun Gizlədildiyi Yerlər

Escobar malik olduğu milyardlarla pulu; divarların içərisində, anbarlarda, zirzəmi qatlarında və s. saxlamışdır. Pulların saxlandığı yerdə çıxan bir yanğın, sel, ya da siçanların olması nəticəsində, Escobarın itirdiyi pul miqdarı 100 milyon dollara çatmışdı. Və hər il baronun 10 faizlik sərvəti siçanlar tərəfindən yeyilmişdir.

Evindəki Dekorasiya

Evindəki Dekorasiya

Pablo Escobar, ilk narkotik ticarəti etdiyi təyyarəni, böyük malikanəsinə bir xatirə olaraq abidə kimi qoydurmuşdu.

Escobar Hər Nə qədər Günahkar da Olsa, Eyni Zamanda Fədakar və Yaxşı Atadır!

Escobar Hər Nə qədər Günahkar da Olsa, Eyni Zamanda Fədakar və Yaxşı Atadır!

Escobar məhbus olduğu həbsxanadan qaçmağı bacarmış, ancaq Kolumbiya meşələrini keçmək Escobar və ailəsi üçün heç də asan olmayıb. Əlavə olaraq, rəvayət edilir ki, ailəsiylə birlikdə sığınmış olduğu dağ evində soyuqdan titrəyən qızını isitmək üçün 2 milyon dollar nağd pulu bir an belə tərəddüd etmədən yandırmışdı.

Escobarın Ən Böyük Qorxusu

Escobarın Ən Böyük Qorxusu

Escobarın ən böyük qorxusu, cinayətkarların ekstradisiya edilməsi sistemi idi. Məhz buna görə də Kolumbiyanın 10 milyard dollar dəyərində olan dövlət borcunu ödəməyi sevə-sevə qəbul etmişdi.

Red: Ekstradisiya (cinayətkarların təhvil verilməsi) —cinayət törədən şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə yaxud da cinayətkarın vətəndaşı olduğu dövlətə verilməsidir. 

Escobarın Gücü

Escobarın Gücü

Escobarın qurduğu narkotik imperatorluğu, Kolumbiya hökumətindən çox daha güclü və böyük idi.

1993 İlindəki Böyük Hücumun Şübhəlisi

1993 İlindəki Böyük Hücumun Şübhəlisi

1993-cü ildə Dünya Ticarət Mərkəzinin zirzəmisinə yerləşdirilən bombanın partlaması nəticəsində binada böyük zədə əmələ gəlmiş, 6 nəfər həyatını itirmiş və 1000-dən çox adam da yaralanmışdı. Nəticədə, Pablo Escobar bu hücumun arxasındakı şübhəli adlar arasında da qarşımıza çıxır.

Pablo Escobarın Learjeti

Pablo Escobarın Learjeti

Escobar, narkotik qaçaqmalçılığından əldə etmiş olduğu pulları Kolumbiyaya salmaq üçün Learjet markalı xüsusi bir təyyarə satın alıb. Bu təyyarə, hər uçuşu zamanı Kolumbiyaya 100 milyon dollar həcmində nağd pul daşıyırdı.

Suyun Altından Narkotik Satışı

Suyun Altından Narkotik Satışı

Escobar  narkotik şəbəkəsini o qədər genişləndirmişdi ki, təyyarələrin, vertolyotların, tırların və gəmilərin çatmadığı hallarda sualtı gəmilərdən də istifadə edilirdi.

Müasir Robin Hood

Müasir Robin Hood

Bəli, saysız-hesabsız insanı qətlə yetirən və narkotik tacirliui edən bu adam eyni zamanda müasir Robin Hood olaraq da məşhurlaşmışdı. Belə ki, Escobar, kasıb insanlara yardım edir və onlar üçün; Evlər, məktəblər, xəstəxanalar və s. inşa etdirirdi.

Xalqın Dəstəyini İtirən Escobar

Xalqın Dəstəyini İtirən Escobar

Axtarıldığı dövrdə həm Amerikaya, həm də Kolumbiyaya qarşı müharibə elan etmiş, öldürüləcək hər bir polis üçün pul mükafatı qoymuşdur. Həmçinin arasının pozulduğu bürokrat Cesar Gavirianın minəcəyi təyyarəni də partlatmış, 110 nəfərin ölümünə səbəb olmuşdur.

Uşaq Oğurluğu

Uşaq Oğurluğu

Pablo Escobar, Kolumbiyanın ən böyük 2-ci şəhəri olan Medellinin rəhbərlərindən birinin uşağını qaçırmış və bunun nəticəsində pul kimi 100.000 dollar əldə etmişdir.

Pablo Həyatı Boyunca Neçə İnsan Ölüdürüb ? - Təxmin edin.

Pablo Həyatı Boyunca Neçə İnsan Ölüdürüb ? - Təxmin edin.

Pablo Escobarın 200 hakim və 1000 polis, jurnalist, ictimai-siyasi xadimlərlə birlikdə ümumi 4000-dən artıq insanın ölümündən məsul olduğu güman edilir.

Xatirə

Xatirə

ABŞ tərəfindən hər yerdə axtarıldığı dövrdə Escobar, oğuluyla birlikdə Ağ Evin qarşısında fotoşəkil çəkdirərək anı əbədiləşdirib.

Escobarın Sərvəti

Escobarın Sərvəti

Escobarın oğlu olan Xuan Pablo Escobarın verdiyi bir bəyanat; Forbesin yalan məlumat verdiyini, çünki sərvətinin nə qədər olduğunu heç kəsin bilməyəcəyini açıq şəkildə bildirmişdir. Vəliəhd Pablonun etmiş olduğu bu açıqlama bizə çox məntiqli görünür.

Escobarın istifadə etdiyi avtobus

Escobarın istifadə etdiyi avtobus

Yenə bir qaçış zamanı Escobar və ordusu, etibarlı bir yerə sığınmaq üçün sükanda Escobarın oturduğu bir  avtobus ilə gediblər

Pablo Escobarın İnanılmaz Açıqlaması

Pablo Escobarın İnanılmaz Açıqlaması

"Mən çiçək ixracı edən yaxşı ürəkli və dürüst bir adam" şəklində açıqlama verən Escobar, bu cümləsi ilə bütün dünyanı şok etmişdir.

Escobar’ın Bonny&Clyde Avtomobili

Escobar’ın Bonny&Clyde Avtomobili

Bütün böyük cinayətkarları romantik bir şəklə salmağı sevən Escobar, Bonny Elizabeth Parker ilə Clyde Chestnus Barrow adlı dünyaca məşhur cinayətkarların polis qüvvələrdən qaçarkən istifadə etdiyi avtomobili satın almışdır.

Escobar ilə xanımı

Escobar ilə xanımı

Pablo Escobar, gələcəkdə həyat yoldaşı olacaq sevgilisiylə görüşməyə başlayanda 24 yaşı vardı. Qızın isə 13!

Escobarı Mövzu Edən Mükəmməl Film

Escobarı Mövzu Edən Mükəmməl Film

Orijinal adı Escobar: Paradise Lost kimi tanınan 2014-cü il filmini əgər hələ izləməmisinizsə, çox şey qaçırmısınız deməkdir. Bu ecazkar filmi bir an əvvəl izləməlisiniz.

Escobarın Zarafatları

Escobarın Zarafatları

Dünyanın ən böyük və güclü cinayətkarları arasında göstərilən Escobarın qəribə zarafatlar etməkdən xoşlandığını bilirdinizmi? Bəli, qulağa bir az qəribə gəlir, amma vəziyyət budur! Məsələn; Escobar bir adamından qəhvə gətirməsini istəmiş və daha sonra ağızda köpüklənmə yaradan bir dərman atmışdır. Bunun nəticəsində, qəhvə gətirəni onu zəhərləməyə çalışdığını söyləyərək günahlandıran Escobar, yazığın üzünə 10 dəqiqə ərzində silahını doğruldaraq, bu zarafatla onun həyatı boyu unutmayacağı dəqiqələr yaşamasına səbəb olmuşdur.

Uşaqların Ad Günündəki Qəribə Ənənə

Uşaqların Ad Günündəki Qəribə Ənənə

Bir Meksika ənənəsi kimi tanınan və xüsusi mərasimlərdə içi şirniyyat ya da oyuncaqla doldurulan Pinatas adlı əşyalar, Escobarın uşaqlarının doğum günlərində şirniyyat əvəzinə pulla doldurulmuşdur.

Escobar və Malikanəsi

Escobar və Malikanəsi

Escobarın özü və ailəsi üçün satın aldığı 20 kvadrat kilometr böyüklüyündəki ev (Morroquin), içərisində heyvanxanası belə olan saray kimi bir malikanədə - zürafələrin, su ayğırlarının, fillərin və daha başqa bir çox növün olduğu heyvanxana xaricində, tennis kortu, hava limanı və futbol meydançası kimi müəssisələr də yerləşmişdi.

Öləndən Sonra Malikanəsinə Nə Oldu?

Öləndən Sonra Malikanəsinə Nə Oldu?

Don Pablo və El Baron adları ilə də tanınan Escobarın malikanəsi ölümündən sonra bir növ park halına gətirilmişdir.

Escobarın Qaçaqmalçılıq Metodu

Escobarın Qaçaqmalçılıq Metodu

Dünyaca məşhur cinayətkarın hazırlamış olduğu metod, güman edirik ki o zamanlar kimsənin ağlına gəlməzdi. Çünki Escobar, bu narkotiki Amerikaya salmaq üçün maye kokainə batırılmış şalvarları istifadə edirmiş. Həmçinin təyyarələrin təkərlərində də narkotik daşıyırmış.

“Pablo Escobar My Father” - adlı kitab haqqında nə bilirsiniz?

“Pablo Escobar My Father”  - adlı kitab haqqında nə bilirsiniz?

Bu kitab, onu ən yaxşı tanıyan adamlardan biri olan Escobarın oğlu Xuan Pablo Escobar tərəfindən yazılıb.

Escobarın Ölümü

Escobarın Ölümü

Belə ki, Pablo Escobar, 1993-cü ildə girmiş olduğu silahlı münaqişədə vurularaq öldürülmüşdür. Bununla yanaşı; Amerika, Escobarın ölümünü tarixdəki ən böyük insan ovu kimi səciyyələndirmişdir.

Escobarın Tutulma Səbəbi

Escobarın Tutulma Səbəbi

Ailəsinə çox bağlı olan Kolumbiyalı narkotik baron tutmasının səbəbi, oğulu apardığı uzun telefon danışığı olub.

Escobardan Sonra Nizamı Pozulan Ölkə

Escobardan Sonra Nizamı Pozulan Ölkə

Escobarın ölümündən sonra Kolumbiyadakı kartellər bir-biriylə müharibəyə başlamış və illərdir qorunan nizam pozulmuşdur. Hətta 1994-cü ildəki FIFA Dünya Kubokunda öz qapısına qol atan futbolçu Andres Escobarın öldürülməsi də yeraltı dünyanın nizamının nə qədər pozulmuş olduğu nümunələri arasında göstərilir.

Escobar və Ailəsi

Escobar  və Ailəsi

Pablo Escobar-ın oğlu Sebastyan Morroquin, atasının həyatından danışan Narcos serialını tənqid edərək, həqiqətlərin təhrif edildiyini deyib. Çünki Escobar və ailəsi, son illərdə bir çox maddi sıxıntı çəkmişdi. Atasının axtarıldığı illərdə, yanında kimsənin qalmadığını söyləyən Morroquin, milyonlarla dolları olduğu halda evdən çıxmadıqları üçün ac qaldıqlarını bildirmişdi.

Pablo Escobar İntihar Edib?

Pablo Escobar İntihar Edib?

Oğlunun dediyinə görə atası, ailəsini xilas etmək üçün bilə-bilə ölümə getmişdi. Çünki həyatının heç bir dövründə telefon istifadə etməyən və telefonun ölüm olduğunu deyən Escobar, o gün oğluna 7 dəfə zəng edib. Əlavə olaraq; Escobar oğluna həmişə əgər bir gün tutulacaqsa silahında 14 güllə düşmənlərinə, son güllə də özünə atacağını deyirmiş.
Bundan başqa, intihar etmək üçün sağ qulağa atəş edilməsi lazım olduğunun üstünə basan Escobarın ekspertiza hesabatında da ölüm səbəbinin sağ qulaqdan girən güllə olduğu bildirilmişdir. Bir sözlə; Bir dövrə damğasını vuran məşhur narkotik qaçaqmalçısı, oğlunun dediyinə görə ailəsini qorumaq üçün ölməyi üstün tutmuşdur.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri