Yaşadığımız anı daha əvvəl də yaşadığımız hissini verən Deja Vu hadisəsi necə baş verir? Oxuyaq.

Neçə cür yaddaş var?

Neçə cür yaddaş var?

Təməl olaraq insan beynində 3 cür yaddaş vadır: Duyğu yaddaşı, qısamüddətli yaddaş və uzunmüddətli yaddaş.

Duyğu yaddaşı

Duyğu yaddaşı

Duyğu yaddaşı - görmə, toxunma, dadına baxma, eşitmə kimi duyğu orqanlarımızla dərk etdiyimiz şeylərin saxlanıldığı yaddaş formasıdır. Ancaq buraya saxlanılan informasiyalar sadəcə 1-3 saniyə qalır və sonra silinir. Duyduğumuz bir səsin bir neçə saniyə beynimizin içində əks olunması, ya da gördüyümüz bir görüntü dəyişdikdən bir neçə saniyə sonra hələ də gözümüzün önünə gəlməsi buna misal ola bilər.

Qısamüddətli yaddaş

Qısamüddətli yaddaş

Qısamüddətli yaddaşın vəzifəsi informasiyalar uzunmüddətli yaddaşda saxlanılmadan və ya tamamilə unudulmadan öncə hardasa 30 saniyəyə qədər saxlanmasıdır. Məsələn bəzən bir telefon nömrəsini ağlımızda tutub onu bir yerə qeyd etmədən öncə tələsməyə və bu arada da başqa bir şey düşünməməyə çalışırıq ki, nömrələri unutmayaq. Bu zaman telefon nömrəsini beynimizin qısamüddətli yaddaş deyilən qismində saxlayırıq.

Uzunmüddətli yaddaş

Uzunmüddətli yaddaş

Uzunmüddətli yaddaşın vəzifəsi isə bizə hər zaman lazım olan və heç bir zaman unutmadığımız, sadəcə bəzən xatırlamaqda çətinlik çəkdiyimiz informasiyaları saxlamaqdır. Məsələn öz adınız, qohumlaınızın adı, anadili və sair şeylər uzunmüddətli yaddaşa aiddirlər.

Bəs Deja Vu necə ortaya çıxır?

Bəs Deja Vu necə ortaya çıxır?

Normalda o an gördüyümüz görüntülər 1-2 saniyəliyinə sadəcə duyğu yaddaşında saxlanılıb o həmin an silinir, ancaq bir cür o  an gördüyümüz görüntü həm duyğu yaddaşımıza, həm də qısamüddətli yaddaşımıza eyni anda yazılır. Beynimiz 1-2 saniyə öncə gördüyü bu görüntünü həm duyğu, həm də qısa müddətli yaddaşda eyni anda görüncə təəccüblənir, çünki bu hadisənin 1-2 saniyəliyinə duyğu yaddaşına yazılıb silinməsi lazım idi, ancaq qısamüddətli yaddaşda da olduğuna görə bu daha əvvəl də gördüyüm bir şeydir deyə fikirləşir. Bu zaman da bu anı daha əvvəl yaşamış olduğumuzu hiss edirik.

Presque Vu

Presque Vu

Presque vu - "dilimin ucunda, amma xatırlamıram" dediyimiz vəziyyətdir. Normalda yaxşı bildiyimiz bir şeyi bəzən xatırlamırıq, ancaq xatırlamadığımız sözə yaxın sinonimlər ağlımızdan keçir. Məsələn, xatırlamadığımız bir ada Eldar demək istəsək də, bu cür olmadığını da düşünməyə başlayıb əsl adın dilimizin ucunda olub yadımıza düşmədiyini deyirik.

Jamais Vu

Jamais Vu

Jamais Vu isə Deja Vu-nun tam tərsidir. Yəni hər zaman yaşadığımız şeyləri sanki ilk dəfədir yaşayırıq kimi hiss etmək. Deja Vu-ya görə bu hal daha az yaşanır. Bu hadisəni yaşamağımızın səbəbi isə beynimizin uzun müddətli yaddaşından xatırlamalı olduğumuz informasiyanı qısa bir müddətliyə gətirmədiyi halda belə bir informasiyanın sanki heç olmadığı hissinə qapılırıq. Hər gün önündən keçdiyimiz mağazanın yeni düzəldildiyi kimi hiss etməyi misal çəkə bilərik.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri