Mayalılar Səhv Etmədi ! 21 Dekabr 2012 Doğru idi Sadəcə Biz Bunu Səhv Hesabladıq !
Arxeloji bir qazıntıda tapılan maya təqvimlərindən biri zaman olaraq 5 il əvvəl, yəni 21 Dekabr 2012 tarixində sona çatırdı. Uzun araşdırma və çalışmaların nəticəsində demək olar ki, bütün arxeoloqlar və alimlər eyni nəticəyə gəlmiş və təqvimin 21 Dekabr 2012 tarixində sona çatdığını, bu tarixin də mayalılarda qiymət günü olaraq bildirildiyini açıqlamışdı.

Bildirilən tarixdən aylar öncə edilən bu açıqlamadan sonra isə demək olar ki, bütün dünyada 21 Dekabrda qiyamət olacağı mövzusu hakim olmuş, hətta bir rəvayətə görə mümkün ola biləcək qiyamət ssenarisində Türkiyənin Şirince kəndində olanlar qurtulmuş olacaq deyə bildirilmişdi. Qiymətin baş vermə səbəbi olaraq hər nə qədər NASA'nın belə bir şey yoxdur, panika yaratmayın xəbərdarlıqları yayımlansa da, dünyamız ilə toqquşacaq böyük bir asteroid olacağı sürətlə yayılırdı.

Bütün bu məlumatların hər birində təqvimlər yalnız bir tarixi - 21 Dekabr 2012'ni göstərdi. Lakin deyildiyi kimi dünyaya nə bir asteroid dəydi, nə də başqa bir təbii fəlakət və ya zəlzələ oldu. Bildirilən tarixin ertəsi günündə artıq hər kəs eyni şeyi deyirdi: "Mayalılar səhv etdi..." Amma minlərlə arxeoloq, alimə və dilçilərə görə mayalılar yanılmamışdı!

Dünyanın ən tanınmış dilçiləri və arxeoloqları illərdir bir şey üzərində çalışırlardı və bu çalışma insanlıq tarixi üçün çox vacib olan Şumer Daş Kitabələri idi. Toplamda 22 mindən çox və 6000 illik olan Şumer Daş Kitabələri ilk olaraq 1849'cu ildə İraqda İngilis arxeoloq Austin Henry Layard tərəfindən kəşf edildi. Kəşfdən sonra yüzlərlə arxeoloq və dilçi böyük dövlətlərin də dəstəyini arxasına alaraq kitabələr üzərində gərgin bir işə başladı. Təqribən 150 il davam edən və minlərlə arxeoloq və dilçinin çalışmalarından sonra əlifba öyrənildi və günümüzün dilinə çevrildi. 1976'cı ildə Zecharia Sitchin tam 30 ilini verərək hazırladığı ilk "Şumer Daş Kitabələri Tərcümələri"ni bir kitab halında yayımladı. Daha sonra fərqli dilçilər də tərcümələrini yayımladılar. Zecharia'nın tərcüməsi ilə digərlərinki arasında kiçik fərqliliklər olmasına baxmayaraq ümumi olaraq hekayə eyni idi. 

Əlifbası tapılan və tərcüməsi bitən Şumer Daş Kitabələrinə görə insan övladı, günəş sistemindən kənarda olan planet - Nibiru'dan Dünyaya gələn yüksək sivilizasiyalı xalq tərəfindən genetik mühəndisliklə öz soyları və meymunların birləşdirilməsindən yaradılmışdı. Həmçinin kitabələrdə olan məlumatların içərisində 4 müqəddəs kitabda da danışılan; Adəm ilə Həvvanın qadağan olunmuş meyvə hekayəsi, Habil və Qabil hekayəsi, Nuh Tufanı, Dünyanın yeddi gündə yaradılması, İbrahim peyğəmbər hekayələri və kişilərin sünnət edilməsi kimi bir çox hekayələr vardır. Kitabələrdə olan bu yaradılış hekayələri elm adamlarını iki yerə ayırdı. Bəziləri insanların bir Tanrı tərəfindən yaradıldığını və bunun sorğulanmamasının lazım olduğunu, bəziləri isə bu məlumatların doğru olduğunu, təkamül nəzəriyyəsinin də bu kitabələrdə danışılanlarla bağlı olduğunu müdafiə edirdi. Lakin həmfikir olduqları bir mövzu var idi. Ən qədim müqəddəs kitab olan Tövratdan belə 3000 il öncə yazılmış olan Şumer Kitabələrində bütün müqəddəs kitablarda olan hekayələrin detalları ilə danışılmış olması olduqca maraqlı idi.

Siz hazırda bu yuxarıda yazdıqlarımızın 21 Dekabr və Mayalılar ilə nə əlaqəsi vardır düşünürsünüz. Əslində çox əlaqəsi var, çünki yuxarıdakı məlumatları vermədən 21 Dekabrda bitən təqvim haqqında danışmamız mümkün deyil.

Siz hazırda bu yuxarıda yazdıqlarımızın 21 Dekabr və Mayalılar ilə nə əlaqəsi vardır düşünürsünüz. Əslində çox əlaqəsi var, çünki yuxarıdakı məlumatları vermədən 21 Dekabrda bitən təqvim haqqında danışmamız mümkün deyil.

Mayalılardan qalan arxeoloji məlumatlar Mayalıların o zamanlarda astronomiya və kosmos elmləri sahəsində çox üstün məlumatlara sahib olduğunu açıqca ortaya qoyur. Hətta belə ki, günəş sistemimizdə olan bütün planetləri o zamanlarda kəşf etmiş, bir günəş sistemi xəritəsini çıxarmış və maraqlısı odur ki, planetlərin böyüklüyünü belə hesablaya bilmişlər. Hətta daha da irəli gedərək günəş sistemimizdə olmayan, lakin müəyyən zamanlarda günəş sistemimizin içindən keçən bir planeti kəşf etmişlə və o planet haqqında olduqca maraqlı məlumatlar yazıblar.

Mayalıların günəş sistemi qeydlərinə görə sistemin çölündən gələn bir planet günəş sistemindən keçərkən bəzi planetlərin orbit üzrə hərəkət istiqamətini pozmuş, yaxın qonşumuz olan Mars planetinin də atmosferini məhv etmişdi .(6000 il öncə yazılan Şumer Kitabələrində bu mövzudan açıq olaraq bəhs edilmişdir. Keçdiyimiz illərdə NASA tərəfindən Marsa göndərilən insansız kosmik gəminin məlumatlarına görə də çox qədim zamanlarda Marsda atmosfer olduğu və bilinməyən bir səbəbdən anidən yox olduğu bilinmişdir.)

Günəş sistemimizin çölündən gələn bu planetə Şumerlər Nibiru adını veriblər. Astronomiya sahəsində olduqca bilikli olan Mayalılar da bu planeti izləyərək qeydlər aparıblar. Bir birindən çox uzaq bölgələrdə yaşamış olan və aralarında demək olar ki 3000 il olan iki mədəniyyətin verdiyi bu məlumatlar demək olar ki, bir-birinin eynisidir. Mayalılar üstün astronomiya bilikləri sayəsində bir ilin 365 gün olduğunu hesablayıb, 1 ili də 12 ay olaraq qeyd ediblər. Təqvimlərini də bu zaman qaydalarına görə hazırlamış olduqları bilinməkdədir. Hazırladıqları təqvimdə minlərlə il heç bir kənara çıxma olmadan hər bir şeyi doğru olaraq göstərmiş və 21 Dekabr 2012 tarixinə qədər gün, ay və il məumatını doğru olaraq məlumat vermişdir. Astronomlar, arxeoloqlar və dilçilər illər boyu təqvimin niyə 21 Dekabr günü bitdiyini araşdırdılar. Bu vəziyyəti illərlə qiyamət ssenarisi olaraq bildirdilər, lakin doğru olan əslində o deyildi.

Bunun fərqinə isə, bir neçə il öncə gəlindi. Nizamlı dövretmə ilə Günəş sistemimizə girən Nibiru planeti minlərlə il öncə günəş sistemimizdə böyük dəyişikliklər edərək sistemimizi tərk etmişdi. Planetin nizamlı dövretmə müddəti isə tam olaraq 3600 il idi. Bu nəticəyə gələn və bir təqvim hazırlayan Mayalılar yaşadıqları tarixdən irəlisini hesablayaraq planetin Günəş sisteminə təkrar girəcəyi günü 21 Dekabr 2012 olaraq hesablamış və təqvimi o tarixdə anidən sonlandırıblar. Bu hal onlar üçün əslində bir qiyamət deyil, insanlıq üçün yeni bir həyat tsikinin başlağıcı idi. Çünki Nibiru planeti ən son Günəş sisteminə girdikdə planetlər ilə əlaqəyə keçmiş və insan irqini yaratmış, yaratdığı insan irqini Dünyada olan və Nibiru Planetinin atmosferi üçün önəmli olan qızılı çıxartmaqda istifadə etmişdi. O zamanlardan bu günə qədər qızıl insan irqi üçün çox dəyərli bir metaldır. Heç düşündünüz ki, Dünyada bu qədər metal varkən, niyə qızıl ən dəyərli olanıdır ?!

İşin maraqlı yanı isə NASA 2012'ci ilin sonunda günəş sisteminin xarici çevrəsində bir obyekt kəşf etmiş və yaxın planetlərin orbitdən çıxmalarını da hesablayaraq haqqında danışılan obyektin yeni bir planet olduğunu açıqlamış və planetin adını isə X Planet olaraq adlandırmışdır. Bu X Planet planeti Şumer və Maya kitabələrində olan Nibiru planetidir və günəş sistemimizə tam olaraq 21 Dekabr 2012 tarixində daxil olmuşdur. Yəni, Mayalılar əslində heç də səhv etməmişdi, onların gözlədiyi bir qiyamət ya da asteroid deyil, Nibiru Planeti idi. Nibiru günəş sistemində girdikdə dövr sıfırlanacaq və günəş sistemi çox yaxın bir zamanda böyük bir dəyişikliyə məruz qalacaqdı.

Mayalıların bildirdiyi tarixdə günəş sistemimizə girən Nibiru planeti kəşf edildikdən sonra illərdir dövlətlərə səsini çatdıra bilməyən ya da söylədikləri çox uçuq nəzəriyyələr olduğu üçün ciddiyə alınmayan arxeoloqlar və dilçilərin haqlı olduqları isbat edilmiş oldu. Dərhal hərəkətə keçən Nasa və Amerika əldə olan bütün məlumatları topladı və bir dəyərləndirmə etdi. Edilən dəyərləndirmədən sonra ilk iş olaraq İraq işğalı zamanı qərargahları olan Nasiriyah şəhərindəki Şumer Məbədini nəzarəti altına aldı və çox güclü və funksiyalı X-Ray cihazları ilə işə başladı. Nasiriyah şəhəri İbrahim peyğəmbərin yaşadığı və bütün tək tanrılı dinlərin başladığı şəhər olan qədim Ur şəhəridir. Bögəyə xüsusi təyinatlı qüvvələr ezam edildi və hələ də edilən araşdırmalarla bağlı dünyaya geniş əhatəli məlumat verilmir.

Daha çoxu var...

Daha çoxu var...

2012-ci ilin ortalarında Suriyanın Şam şəhəri yaxınlıqlarındakı antik bir şəhər kəşf edildi. Suriya Stonhenge... Suriya Stonhenge olaraq adlandırılan tikilinin tarixi 10.000 il öncəsinə qədər gedir. Şumerlərin Ur şəhəri ilə demək olar ki, eyni yaşdadır. Böyük ehtimalla eyni illərdə bölgəyə məskunlaşılıb. Suriyada baş verən müharibədən sonra bölgəyə Rus əsgərləri gəldi və Rusiya şəhəri və bölgəni nəzarəti altına aldı. Günümüzdə də bölgəyə giriş və çıxış qadağan olmaqla yanaşı, bölgə əhalisi olan xalq buradan tamamilə təxliyyə edilmişdir. Suriyadakı bu şəhər Şamın Bakha Kəndinə yaxın bir yerdədir. Bu bölgədə daha öncə Rusiyaya aid olan bir təyyarə bilinməyən bir səbəbdən qəzaya uğrayıb. Təyyarəni müxalifətçilərin vurduğu söylənildi, lakin müxalifətçilərin əlində belə bir imkanın olmadığını daha sonra Rus səlahiyyətliləri də qəbul etildi və hadisənin üzəri dərhal örtüldü.

Və son olaraq qarşımıza yenə eyni formatda tikilmiş çox qədim bir məbəd olan, 1995-ci ildən bu günə qədər araşdırılan lakin bir neçə il öncə anidən diqqətləri üzərinə yönəldən, Türkiyədə yerləşən Göbeklitepe Şəhəri çıxır. Digər iki şəhərdəki məbəddən daha qədim, lakin quruluş olaraq eyni xüsusiyyətləri olan Göbeklitepe Şəhəri insanlığa aid tapılan ən qədim məbəd adını alıb. Hazırda bölgədə tapılan üç bir-birinə oxşar şəhəri xəritədə işarələdiyimiz zaman qarşımıza bu üçbucaq çıxır. Üstəlik bu üçbucaq illərdir burda idi və heç kim fərqinə varmamışdı. Təsadüfən (!) bunların hamısı da X Planet planeti göründükdən sonra araşdırılmağa başlandı və ortaya çıxarıldı.

Yəni qarşımıza; həm Şumer həm Maya kitabələrində tapılan və bütün dinlərdə haqqında danışılan, ilk insanların yaşamağa başladığı ərazi olan və mədəniyyətin beşiyi olaraq adlandırılan Mesopotamiya çıxır.

Üstəlik bu üçbucaq içərisində qalan Mesopotamiya hər iki mədəniyyə aid olan kitabələrdə də Nibiruda yaşan Anunnaki irqinin Dünya ilə təmas etdiyini və təkrar gəldiyi zaman təmas edəcəyi ərazi olaraq bildirilir.

Qeyd: Burada yazılanlar hazırda elm adamlarının üzərində mübahisə etdiyi bir nəzəriyyədir. Yəni dəqiqliyi isbat edilmiş məlumatlar deyil.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri