Kariyeranızda Etməməli Olduğunuz 4 Hərəkət
Karyera addımlarınızı daha da möhkəm edəcək və bədən dilinizin verdiyi mesajların iş həyatina kölgə salmaması üçün bəzi məsləhətləri oxusanız sizin üçün faydalı ola bilər:

1.

İş həyatınızda başınızı önə əyərək danışmağınız bir növ özünə inam çatışmazlığını ifadə edir. Bəli, utancaq  ya da gərgin bir insan ola bilərsiniz, amma iş həyatınızda buna diqqət etməyiniz lazımdır. İş həyatınızda insanlarla baş və çiyinlər dik bir formada danışmağınız özünüzə olan güvəni göstərir və çoxu zaman bu ünsiyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

2.

Nə qədər şən bir insan olsanız belə iş həyatına bu sevinci olduğu kimi əks etdirmək o qədər də yaxşı fikir deyil. İş həyatınızda insanlara qarşı daim şən davranıb səmimi olsanız, ciddiliyinizin olmadığı düşünülə və bu neqativ bir dönüş kimi sizə qayıda bilər. Yəni, o tarazlığı iş həyatında qurmaq lazımdır. Bu olduqca mühüm məsələdir. Diqqətli olsanız qazanan tərəf siz olacaqsınız.

3.

Əl verəcəyiniz zaman zəif bir əl sıxması yerinə daha güclü, özünüzdən daha əmin formada bunu  etsəniz daha yaxşı olar.  Bu qarşı tərəfdə də yaxşı təəssürat yaradacaqdır.

4.

 Bizə həmişə ünsiyyət zamanı qarşımızdakı insanın gözlərinin içinə baxaraq danışmağımız  lazım olduğu öyrədildi ancaq bu heç də elə deyil və artıq keçmişdə qalıb.. Əslində baxmağımız lazım olan yer qarşı insanın gözləri deyil, üzüdür.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri