İdman həvəskarları üçün idmanı daha etik bir səviyyəyə qaldıracaq qalereya hazırladıq. Buyurun. =)

1. Tərinizi Alətlərdən Silin

Tərinizi Alətlərdən Silin

Məşq zamanı tərləmə ilə bağlı yanlış bir şey olmamasına rəğmən bir dəsmaldan istifadə etmək, normal idman salonlarının etik qaydalarının önəmli bir parçasıdır. Və istifadə etdikdən sonra tərinizi alətlərdən silin. Alətlərin çoxunun dəri ilə örtülmüş olduğunu və tüklərinizi, tərinizi silmədikcə oradan təmizlənmədiyini unutmayın.

2. Alətlərdən İstifadə Etmədiyiniz Müddətdə Onları Məşğul Etməyin

Alətlərdən İstifadə Etmədiyiniz Müddətdə Onları Məşğul Etməyin

Alətləri məşğul edən insanlar var. Telefonlarda mesaj yazırlar, e-maillərinə baxırlar, eqoist davranırlar, ya da başqaları o alətdən istifadə etmək üçün gözləyərkən onlar alətin üzərində yatırlar. Əgər idman salonundasınızsa, məşq etmək üçün ordasınız. Unutmayın.

3. Yüksək Səsli Nələrsə Etməyin

Yüksək Səsli Nələrsə Etməyin

İdman salonunda ən əsəb insanlardan biri məşq zamanı telefonlarında çox uzun və yüksək səslə söhbət edənlərdir. Digər əsəb pozanlar isə yüksək səsdə musiqiyə qulaq asanlardır.

4. Alətlər Hər Kəs Üçündür

Alətlər Hər Kəs Üçündür

Bağçada oyuncaqların bütün uşaqlar üçün olduğunu necə öyrəndiyimizi xatırlayırsız? İdman salonunda da belə davranmalısınız. Bir səfərdə tək bir alətə yapışıb qalmayın. Bundan istifadə etməyi gözləyən insanların olduğunu görsəniz, qaçış qurğusunun üstündə iki saat qalmasınız.

5. Uşaqlıq Vərdişləri

Uşaqlıq Vərdişləri

Uşaqlıqda öyrəndiyiniz başqa bir şey isə oyuncaqlarınızı hər yerə dağıdıb getməkdir. İdman salonunda da eyni qayda keçərlidir: ağırlıqları aid olduqları yerə geri qoyun. İdman salonunun ortasında qoyub getmək, kiminsə yaralanmasına, onun üzərinə yıxılmasına səbəb ola bilər.

6. İdmançılara Təyziq Göstərməyin

İdmançılara Təyziq Göstərməyin

60 dəqiqə boyunca bir alətdən istifadə etmək kobudca ola bilər, amma onların önlərində gözləyərək məşq edən insanların narahatlığına səbəb olmayın.

7. Dərsə Gecikməyin, Nə Də Dərsin Nizamını Pozmayın

Dərsə Gecikməyin, Nə Də Dərsin Nizamını Pozmayın

İdmana gec qalmayın. Qrup şəklində fitness dərsi, ya da fərdi bir məşğələ olub olmadığı önəmli deyil.   Bu müəllimin və digər qrup üzvləri üçün diqqət dağıdıcı ola bilər. Əgər gec gəlmisinizsə, ən azından dərsi mümkün olduqca kəsintiyə uğratmadığınızdan əmin olun.

8. İdman Salonlarının Soyunma Otaqları Və Hamamları Şəxsi Deyil

İdman Salonlarının Soyunma Otaqları Və Hamamları Şəxsi Deyil

Otağın ətrafında çılpaq gəzən və başqalarını narahat edən bir insan var. Duşda təraş olan və köpüklə, saçla dolu olan hər şeyi təmizləməyən insanlar var.

Çılpaqlığa fikir verməsəniz belə, çılpaq bir şəkildə gəzən insanlardan narahat olan insanların  mövcudluğunu unutmayın. Başqalarına, zamanlarına və düüncələrinə hörmət edin. İdman salononun soyunma otağının şəxsi hamam olmadığını unutmayın və özünüzdən sonra təmizlədiyinizdən əmin olun.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri