Gündəlik həyatda hər zaman gördüyümüz,amma nə mənaya gəldiyini bilmədiyimiz şeyləri sizlərə təqdim edirik.

1. Meyvə Etiketləri

Meyvə Etiketləri

Meyvə etiketləri ölkəni və istehsalıçını göstərir, ancaq etiketdəki rəqəmlərin nə mənaya gəldiyini bilən adamlar demək olar barmaqla sayılacaq qədərdi. Əgər etiket dörd rəqəmlidirsə və ilk rəqəmi 4-dürsə, meyvə həşərat dərmanları ilə yetişdirilib deməkdir. Əgər 5 rəqəmli və ilk rəqəm 8-dirsə, həmin meyvədə GMO (genetik dəyişiklik) vardır.

2. Şüşənin Yuxarı Hissəsindəki Rəng Və Nöqtələr

Şüşənin Yuxarı Hissəsindəki Rəng Və Nöqtələr

Ön şüşənin kənaları boyunca uzanan tünd bir xəttdir. Əsasını sobada bişirilmiş keramik boya təşkil edir. İlk olaraq şüşəni yerində tutuan etiluretan sızdırmazlığını ultrabənövşəyi şüalardan qoruyur. İkincisi, şüşənin kənarları boyunca yığılan kiri gizlədir. Nöqtlər isə, tünd bir rəngdən şəffaf bir şüşəyə göz keçidini daha rahat şəkildə təmin etmək üçündür ki, bu da gözlərinizin yorulmamasına səbəb olur. Və ön şüşə üzərində temperaturun eyni səviyyədə qalmağına kömək edir.

3. Günəş Eynəkləri

Günəş Eynəkləri

Göründüyünə görə bu cismin öz adıyla bizə dediyi tək bir şey var - günəşə qarşı. Amma bu qədər sadə deyil.

Tünd eynəklər məhkəmədə öz duyğularını şahidlərdən gizlətmək üçün 12-ci əsrdə Çindəki hakimlər arasında xüsusi olaraq istifadə edilirdi.

4. Dəftərdəkı Kənar Boşluqlar

Dəftərdəkı Kənar Boşluqlar

Həqiqət budur ki, keçmişdə siçovullar və digər gəmiricilər tərəfindən dəftər və kitabların yeyilməsi yazıların bir qisminin itməsinə səbəb olurdu. Ona görə bu qədər boşluq qoyulmuşdu ki, yeyilsə yazılara zərər gəlməsin.

5. Golf Topları Üzərindəki Oyuqlar

Golf Topları Üzərindəki Oyuqlar

İlk golf topları tamamilə düz səthli idi. Ancaq zamanla golf oyunçularının təcrübələri sayəsində ən yaxşı topların köhnə, qabarıq və qırıq olduğunun fərqinə vardılar. Beləcə illərlə eyni köhnə topları istifadə etməyə davam edirdilər. Şirkətlər yeni topların böyük miqdarda satılmaması hallarının fərqinə vardıqda bunu süni şəkildə qabarıq toplar istehsal etməklə aradan qaldırmağa çalışdırlar və alındı. Onlar yenə satmağa başladılar. =)

6. Yarım Qurşaq

Yarım Qurşaq

Yarım qurşaq yüz illər öncə hərbi paltolarda istifadə edilirdi. O zamanlar paltolar standart və  həddindən artıq geniş tikilirdi və bu cür parçalarla daraltmağa ehtiyac duyurdular. 

7. Kilidlər

Kilidlər

Kilidlər qapıları kilidləmək üçün tez-tez istifadə edilən əşyalardandır. Həm bağlı, həm də açıq yerlərdə. Amma açıq yerlərdəki kilidlər yağış sularına məruz qaldıqda paslanırlar. Bunun üçün bu dəliklər var. Həm kilidin içinin paslanmaması üçün suyu çölə atmaq həm də kilidi lazım olanda yağlamaq üçün.

8. Qulaqlıq Başlıqlarındakı Xətlər

Qulaqlıq Başlıqlarındakı Xətlər

Bütün qulaqlıq başlıqlarının üzərində 2 və ya 3 xətt olur. Sadəcə bəzək üçün deyillər. Hər iki xətdən də iki qulaqlığa gedən xətlər var və əgər orada olmasalar, sədəcə qulaqlıqlardan birindən gələn səsləri eşidərik.

9. R simvolu

R simvolu

Niyə bəzi markaların yanında bir dairə içində olan R hərfi var? 

Cavab olduqca sadədir. Bu sadəcə öncəki markanın rəsmi olaraq ABŞ Patent və Satış Markası Ofisinə qeydiyyatda olduğu mənasına gəlir. Təməl olaraq bu qeydiyyat satış markası sahibinə məhsullarında sadəcə ®-dən istifadə hüququnu deyil, eyni zamanda markanı təhdid etməyə çalışan hər kəsi məhkəməyə vermə haqqını təmin edir. 

10. Maket Bıçağı

Maket Bıçağı


Maket bıçağının arxasındakı qara hissə itiliyini itirmiş bıçağın hissələrini bıçaqdan ayırmaq üçündür.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri