Gündəlik Həyatımızda Tez-Tez Qarşılaşdığımız Simvolların Mənaları 8 Maddədə
Qədim insanların ruhsal dünyaya daha çox inanması aydın məsələdir. Onların inanclarına görə ruh və maddə eyni özün iki zidd hissəsini təşkil edir. Bu inanclar zəmnində onlar bir çox simvol və işarələr yaradıblar ki, bəziləri hələ də müxtəlif məqsədlər üçün istifadə olunur. Bəs siz bu simvolların əslində nə məna ifadə etdiyi haqqında heç düşünmüsünüzmü?

1. Həyat Ağacı

Həyat Ağacı

Bir çox qədim inanclarda yer alsa da onun kökü qədim kelt tayfalarının inanclarına bağlanılır. Qədim inanclarda bu ağac yerlə göyü bir-birinə bağlayır və həyatı simvolizə edir. Ağacın kökləri yeraltı dünyaya, budaqları isə səmaya doğru yönəlmişdir. İnanclara görə o, təbiətin əsas dörd ünsürünü bir-birinə bağlayır. Xristianlar Adəm və Həvvanın onları cənnətdən qovduran meyvəni məhz bu ağacdan qopardığna inanırlar.Eyni zamanda qədim türk inanclarında da həyatın mənbəyi ağac olaraq görülmüş, zamanla o ağac ilahiləşdirilmişdir. Hələ də bir çox türk xalqlarında niyyət edib, ağaca parça bağlanılması adəti davam etdirilir. Bu da qədim kelt və türk xalqlarının kökləri arasında bağlılıq olması ideyasını təsdiqləyir.

2. Pentagram

Pentagram

Pentaqram düzgün beşbucaqlıdır. Bu beşbucaqlının, tərəfləri kəsişmə nöqtələrinə qədər uzadılmışdır və bu uzantılar bərabəryanlı üçbucaqlar yaradır. O, adətən masonlarla əlaqələndirilən beş güşəli ulduzdur. Lakin, simvol qədim dövrlərdən müxtəlif mədəniyyətlər tərəfindən istifadə edilmişdir. Qədim Babil inanclarında o, Venera planetinin səmada hərəkətinin əmələ gətirdiyi forma kimi ehtiva olunurdu. Pentagram insanın təbiətini simvolizə edir. Onun təpəsində ruh, digər dörd tərəfində isə əsas elementlər (hava,su,od,torpaq) dayanır. Qədimdə əsasən pagan tayfalarının inanclarında yer alsa da, hal-hazırda satan və mason qruplaşmalar tərəfindən istifadə edilir. Kənardan dairəyə alınmış pantaqrama pentakl da deyirlər.

3. Xəmsə

Xəmsə

Xəmsə ərəblər və yəhudilərin işlətdiyi əl formalı həmayil olub, mənası beşlik deməkdir. Onun bir digər adı isə Allahın əlidir.Cənub-qərbi Asiya və Şimali Afrikada geniş yayılmış inanclara görə bu əl insanları bəd nəzərdən qoruyur. Hal-hazırda səmavi dinlərdə rast gəlinən bu simvoun tarixi isə qədim finikyalıların Ay ilahəsinə qədər gedib çıxır. Xristianlıq və İudaizimdə Müqəddəs Məryəmin, İslam dinində isə Həzrəti Fatimənin əli adlandırırlar.

4. Caduceus

Caduceus

Bir çoxumuz adını bilməsək də onunla hər gün müxtəlif sağlamlıq mərkəzlərinin üzərində və ya müxtəlif apteklərdə qarşılaşırıq. Yunan mifologiyasında tanrı Hermesin qızıldan əsası olan caduceus zənginlik və sərvətin rəmzidir. Rəvayətə görə Apollon qardaşı Hermesə bu əsanı hədiyyə edir. Hansı ki, bu əsa təbiətən bir-birinə zidd olanları birləşdirmək gücünə sahib idi. Hermes əsanı sınamaq üçün dalaşan ilanlara tuşlayır və ilanlar bir-birinə sarılaraq əsaya dolanır və sonsuza qədər elə qalırlar. Bu simvol  Asclepius əsası ilə səhv salınaraq tibb mərkəzlərində sağlamlığın rəmzi kimi istifadə olunur. Asclepius qədim yunan mifologiyasında sağlamlıq tanrısı idi və onun əsasında isə tez-tez xəstəliklərin müalicəsində istifadə olunan tək ilan var idi.

5. Müqayisə üçün Asclepiusun əsası

Müqayisə üçün  Asclepiusun əsası

6. İn və Yan

İn və Yan

İn və Yan Taosizim fəlsəfəsinin əsas anlayışlarıdır. İn və Yan əks qütblərin sonsuz birlikdəliyinin simvoludur. BütovlükdəTaicitu adlanan simvolu çox vaxt elə İn və Yan adlandırırlar. Onun əsasında həyatın kişi və qadın, kölgə və işıq, yaxşı və pis və s. kimi təzadlar və ikiliklərdən ibarət olduğu fikri dayanır. Bu ikiliklər bir-birindən asılıdır və ayrılıqda mövcud ola bilməz. Şəkilinə diqqət yetirsəniz görərsiniz ki, ağ rəngin içərisindəə qara, qara rəngin içərisində isə ağ dairə vardır. Bu da hər xeyirdə bir şər və hər şərdə bir xeyir vardır deməkdir.

7. Hər şeyi görən göz

Hər şeyi görən göz

Tanrının və ya bütün kainatın memarının gözü olaraq tanınır. Bu göz tanrının hər şeyi görməsi və hamıdan xəbərdar olmasını simvolizə edir. Amerika dollarının üzərində də yer alan bu simvol hadisələri sadəcə kənardan izləməyi yox, həm də insanların daxilində baş verənləri də görməyə işarədir. Daha sonralar masonlar dünyaya təsir güclərini göstərmək üçün bu simvoldan istifadə etməyə başladılar.

8. Ouroboros

Ouroboros

Ouroboros öz quyruğunu yeyən ilan və ya əjdaha şəkilində göstərilən və özünü yaratmağı ifadə edən simvoldur. Sözün özü qədim yunan və latın (uroborus) dillərindən gəlir və tərcümədə "quyruğunu öldürən" və ya "quyruğunu yeyən" mənasına gəlir. Qədim inanclarda və miflərdə təbiətin əbədi dövrülüyünü ifadə edən quyruğunu yeyən ilan sonsuzluğun işarəsidir. Bu simvola görə təbiətin başlanğıcı və sonu yoxdur, kosmos boyunca ölüm və həyat təkrar olunan prosesdir.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri