Consciousness and Cognition adlı jurnalın anadangəlmə görmə əngəli köhnə bir LSD istifadəçisi olan musiqiçi üzərində apardığı araşdırmaya birlikdə nəzər salaq.

Yazımıza başlamazdan əvvəl bir xəbərdarlıq etmək istəyirik: Hər növ narkotik maddə təhlükəli və sağlamlığa zərərlidir.

Bugünün mövzusu görmə əngəlli bir insan hallüsinasiya təsirləriylə tanınan LSD istifadə edərsə bədəni nə kimi reaksiyalar verər? Hazırsınızsa, başlayaq.

 LSD ilk olaraq 1938-ci ildə İsveçrədə istehsal edilmiş, insanların həqiqət hissiylə oynayan və insanın hallüsinasiya görməsinə səbəb olan kimyəvi bir maddədir. İlk istehsal məqsədi psixiatrik xəstəliklərin müalicəsi olan bu maddə, "Delysid adı ilə dərman olaraq bazara çıxarılmasının ardından, pis məqsədlə istifadə edilməyə açıq bir maddə olduğu üçün sürətlə bazardan geri çəkilmiş və bütün dünyada qadağan olunmuşdur. Bəs anadangəlmə görmə əngəlli bir insan, insanın gerçəklik hissiyləi bu qədər oynayan bir maddə qəbul etsə nə olar? Nə görər, nə hiss edər?

Consciousness and Cognition adlı jurnalda dərc olunan bir araşdırmaya görə LSD, görmə əngəlli insanların görmək xaricindəki digər hisslərini son dərəcə gücləndirir və həssas bir sinesteziya yaşamasına səbəb olur.

Consciousness and Cognition adlı jurnalda dərc olunan bir araşdırmaya görə LSD, görmə əngəlli insanların görmək xaricindəki digər hisslərini son dərəcə gücləndirir və həssas bir sinesteziya yaşamasına səbəb olur.

Jurnalda dərc olunan araşdırma, doğumundan bu yana gözləri görməyən 70 yaşlı LSD istifadəçisinin gənclik macəralərına söykənir. Gəncliyində bir rok musiqiçisi olan Blue Pentagon (BP), 70-ci illəri sanki LSD sponsorluğunda keçirmiş bir insan olmaqla bərabər həyatı boyu işığın və qaranlığın necə bir şey olduğunu bilmədiyini deyərək sözlərinə başlayır.

BP, yüksək dozada LSD istifadə etdiyi təcrübəni:

BP, yüksək dozada LSD istifadə etdiyi təcrübəni:

 "Əllərimlə təmas etdiyim hər bir cisim çox daha yumşaq hiss etdirirdi, üzünə toxunduğum insanların sifətlərini görməyin necə bir şey olduğunu bilməsəm belə həddindən artıq onların necəliyini hiss edə bildim. İşin ən maraqlı tərəfi dəriləri yumşaq və gözəl olmasına baxmayaraq, gözləri, dodaqları və burunlarının forması pozulmuş kimiydi.'' - cümlələriylə təsvir etdi. Bu təcrübəsində ən maraqlı olanın isə LSD istifadə etdiyi əsnada musiqi dinlədiyi vaxtlarda özünü tamamilə başqa fiziki ölçülərdə hiss etdiyini deyib. BP-nin təsvir etdiyinə görə LSD təsiri altında Bach'ın Brandenburg konsertinə qulaq asdığı zaman özünü bir şəlalənin içində aşağıya doğru axırmış kimi hiss etdiyini bildirib.

Nəticə olaraq, görmə qüsurlu insanlar möcüzəvi bir şəkildə görməyə başlamır.

Nəticə olaraq, görmə qüsurlu insanlar möcüzəvi bir şəkildə görməyə başlamır.

 Ancaq sinesteziya başqa bir şəkildə insanın orqanizmində yer taparaq, görmək xaricində bütün duyğu üzvlərinin bir-birilə birləşməsinə səbəb ola bilər. Yəqin ki, görən insanlar da buna bənzər təcrübələr yaşayır, ancaq vizual hallüsinasiya çox daha dominant olduğu üçün digər qavrayış pozucu təsirləri kifayət qədər hiss etmirlər.

Yazımızda sizi yeni narkotik maddələrin yaxına buraxılmayacaq qədər təhlükəli maddələr olduğunu xatırladaraq son qoymaq istəyirik. Bu cür narkotiklər sağlamlığınıza qalıcızərərlər verə bilər. Bu cür hallüsinasiya təsirləri səbəbi ilə bu maddələrə asılı olmuş və reallıq-xəyal hissini itirərək şizofrenə dönmüş saysız-hesabsız insan var.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri