FBI'da Agentlərin İşə Qəbulu Zamanı Verilən Suallardan Neçəsini Biləcəksən? - 5 Sual
Bu sualların cavabını tapmaq üçün bir qədər düşünməli olacaqsınız. Cavabları ən iti zəkalar tapacaq. Və fikrinizi yayındırmasın deyə bütün düzgün cavabları məqalənin ən aşağısında yerləşdiririk. Uğurlar. =)

1. Uşağın Anası

Uşağın Anası

Bu rəsmdə bir otaqda bir-birinin qarşısında oturan iki qadın var, kiçik bir uşaq isə yerdə oynayır. Şəkilə yaxşı bax.

Səncə uşağın əsl anası kimdir?

2. İki Həb

İki Həb

Qatil bir qrup insan qaçırdı. Və onların qarşısına 2  həb qoydu. Bu həblərdən biri zəhərli, digəri isə zəhərsizdir. Hər kəs bu həblərdən birini su ilə içməyə məcburdur. Digər həbi isə seriyalı qatil içəcəkdi. Bu təhlükəli oyundan ya seriyalı qatil, ya da qurban öləcəkdi. Ancaq seriyalı qatilinin qarşısına kim gəlirsə, hamısı bir-bir öldü və qatil həyatda qaldı.

 Seriyalı qatil necə oldu ki, həyatda qalmağı bacardı? 

3. İçkilər

İçkilər

Bir kişi və bir qadın şam yeməyi üçün bir restorana getdilər. Əsas yemək üçün gözləyərkən, şəraitin çox isti olmasına görə 5 stəkan buzlu içki sifarişi veriblər. Kişi yalnız bir dənə içərkən qadın 4-ünü içdi. Qısa zaman sonra adam xəstələnib öldü. Həkimlər içkilərə zəhər qatıldığını dedilər. 

Kişi öldüyü halda qadın nə üçün həyatda qaldı? 

4. Cinayət Səhnəsi

Cinayət Səhnəsi

Bir səhnə təsəvvür et. Bir ölü adam, əlində bir tapança və yanında da pleyer  var. Detektiv "Play" düyməsinə basdı və mesaja qulaq asdı: "Bu həyatdan yorulmuşam və ağımı, dərdimi dayandırmağa qərar verdim." - deyildi və sonra bir atəş səsi eşdildi. Detektiv bunun intihar olduğuna inanmır.

 Sizcə, detektiv niyə bunun bir cinayət olduğunu düşünür?

5. Tənha Adam

Tənha Adam

Yaşlı bir adam şəhərə yaxın bir mənzildə tək yaşayırdı. Uzun müddət evindən çıxmamışdı. Yay ayında bir cümə günü qəzet paylayan poçtalyon yaşlı adamın evinə gəlib qapını döydü, ancaq heç kim açmadı. Sonra pəncərədən içəri baxanda adamı qanlı şəkildə yerdə görüb polisə xəbər verdi. Polis gələndə evdə çərşənbə axşamı gününə aid qəzet, 2 şüşə isti, 1 şüşə soyuq süd tapdı.

 Ertəsi gün polis qatili yaxaladı. Sizcə, polis qatili necə bu qədər sürətli tuta bildi? 

6. Cavab - 1

Cavab - 1 Uşağın Anası

Uşağın anası soldakı qadındır. Çünki diqqət etsəniz, ayaqları uşağa doğru bir şəkildə dayanıb.

- Bu cür dayanma bir ananın uşağını qorumaq üçün təbii arzusunu, hazır olduğunu əks etdirir.

- Soldakı qadının mövqeyi qoruyucudur, yüngülcə irəli meyllidir və rahatdır.

7. Cavab - 2

Cavab - 2 İki Həb

Həblərin ikisi də zəhərsizdir, ancaq qurbanların içdiyi suyun içində zəhər var. Bu səbəbdən hamısı bir-bir ölmüşdür.

8. Cavab - 3

Cavab - 3 İçkilər

Zəhər buzun tərkibində idi. Qadın buzlar ərimədən içmişdi, kişi isə yavaş-yavaş içdi və buzdakı zəhər içkisinə qarışdı.

9. Cavab - 4

Cavab - 4 Cinayət Səhnəsi

Həmin adam özünü öldürübsə, kaseti ən başa necə yığa bilib?

10. Cavab - 5

Cavab - 5

Qatil qəzetləri paylayan poçtalyondur. Çünki çərşənbə və cümə günü qəzetləri evdə heç kəs oxumayacağını bildiyi üçün evə gətirməmişdir.

Bu suallardan neçəsin doğru tapmışdın?

Bu suallardan  neçəsin doğru tapmışdın?

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri