Fahişəlikdən Başlayıb Dünyanın Ən Güclü Dəniz Qulduruna Çevrilən Ching Shih
Bütün zamanların ən böyük dəniz quldurunun kim olduğunu düşünürsünüz? Jack Sparrow və Qarasaqqalı unudun ! Dünyanın gəlib keçmiş ən güclü dəniz qulduru Çində yaşamış Ching Shih adlı qadın olmuşdur. Gəlin onun həyat hekayəsi ilə daha yaxından tanış olaq.

1. 1775-ci ildə Çinin Guangdong vilayətində doğulmuşdu.

1775-ci ildə Çinin Guangdong vilayətində doğulmuşdu.

Uşaqlığı və ailəsi haqqında çox da geniş məlumat olmayan Ching Shih gənc yaşlarından fahişəliklə məşğul olmağa başlamışdı. Gözəlliyi ilə hamının diqqət mərkəzində olan gənc qadının həyatı gələcək əri ilə tanış olandan sonra tamamilə dəyişdi. O dövrün ən güclü piratlarından olan Zheng Yi Chingi görən kimi ona aşiq olur. Bəzi mənbələrdə Chingi qaçıraraq onunla evlənməyə məcbur etdiyi yazılsa da, bir çoxları cütlüyün arasında qarşılıqlı sevgi olmasının tərəfdarıdır.

2. Shih gözəl olduğu qədər həm də çox ağıllı idi.

Shih gözəl olduğu qədər həm də çox ağıllı idi.

Zheng Yi ilə evləndikdən sonra onun sahib olduğu Qırmızı Bayraq donanmasını birlikdə idarə etməyə başladılar. Bu dövrdə donanma 200 gəmidən 600 gəmiyə qədər böyüdü. Daha sonralar 1600-1700 gəmiyə qədər artan donanma məğlubedilməz qüvvəyə çevrildi. Donanmanı Ağ, Qara, Mavi, Sarı rənglərə bölərək güclü sistem qurdular.

3. Evləndikdən 6 il sonra əri Zheng Yi öldü.

Evləndikdən 6 il sonra əri  Zheng Yi öldü.

Fahişəliyə geri qayıtmaq istəməyən Shih donanmanın idarəsini əlinə aldı. Wu Shier ilə birlikdə Kantonist  Dəniz Quldurları Birliyini qurur. İdarəsindəki quldurların sayı 50-70 minə qədər artdı. Çinin cənub sahillərini tamamilə əllərinə aldılar. Müstəqil bir dövlət kimi Quldur İmperiyasını idarə etməyə başladı. Dəniz quldurlarını himayə etməyə başladı. Qarətlərdən əldə edilən gəlirin 20% -ni quldurlara, 80%-ni isə xəzinəyə qalırdı. Bütün quldurların hüquqları qorunurdu.

4. Eyni zamanda əsirlərin də hüquqlarını qoruyurdu.

Eyni zamanda əsirlərin də hüquqlarını qoruyurdu.

Əsir götürülənlərin çirkin olanlarını azad edilirdi.Gözəl olanlara isə quldurlardan biri ilə evlənmə hüququ verilirdi.Bu qadınlarla evlənən quldurlara onlarla sərt davranmaq qadağan edilirdi. Əsir qadına təcavüz etməyin cəzası ölüm idi. Makaudan Kantona qədər olan ərazidəki kəndləri işğal etdi, kəndlərdən vergi alınmağa başlandı. Eyni zamanda bu kəndləri də kənar hərbi yürüyüşlərdən qoruyurdular.

5. Shih ilə müharibə edən Çin, İngilis və Portuqal gəmiləri həmişə məğlub oldu.

Shih ilə müharibə edən Çin, İngilis və Portuqal gəmiləri həmişə məğlub oldu.

Çin höküməti onu məğlub edə bilməyəcəyini anlayı, bütün quldurlar üçün əhv fərmanı imzaladı. Dövlət adaları ilə görüşlər oldu. Razılaşmaya görə dəniz quldurluğundan əl çəkdi və əlindəki xəzinə özünə qaldı. Razılaşmanın bütün bəndlərini özü hazırladı və təslim oldu. Təslim olduqdan sonra Chang Pao ilə evləndi və 1844-cü ildə ölənə qədər normal bir həyat yaşadı.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri