Düz Dünyaya İnananların İlk Elmi Nəzəriyyəsi Gəldi:  Biz Bir Pac-Man Dünyasında Yaşayırıq!
Bu ana qədər Dünyanın düz formasına dair hər hansı bir sübut tapa bilməyən düz dünyaçılar, şərqdən qərbə birbaşa səyahətləri açıqlamaq üçün hamımızın bir Pac-Man dünyasında yaşadığımızı iddia etdilər. Əvvəlcə gəlin Düz Dünyaya inancın arxasındakı fəlsəfi əsasları nəzərdən keçirək.

Xüsusən son illərdə olduqca populyar bir fikir halına gələn düz dünya, elmin təqdim etdiyi bütün dəlillərə baxmayaraq heç bir halda yanlışlığı qəbul edilməyən maraqlı bir mövzudur.

 Fizika, Coğrafiya, Astronomiya kimi bir çox elmi dəlilləri və çoxəsrlik məlumat bazasına baxmayaraq, dünyanın yuvarlaq olmadığına dair bir çox fərqli fikir mövcuddur. Bunlardan ən çox dəstək görünəni isə yəqin ki, Düz Dünya ideyasıdır. Xüsusilə son bir neçə ildir sürətlə böyüyən bir kütləyə malik olan və əslində hər hansı bir elmi arqument də təqdim etmədən buna nail olan bu nəzəriyyənin arxasında isə əslində olduqca məntiqli və sadə bir fəlsəfi əsas var.

Düz dünyaçılar, insanlara bu fikri sübut etmək üçün olduqca sadə bir sual verirlər; ''Dünyanın kürə formasında olduğunu SƏN sübut edə bilərsənmi?''

Cavablar isə təbii ki bir çox elmi arqumentə əsaslanır. Peyklərin kosmosdan bölüşdükləri görüntülər və bəzi fizika qanunları. Ancaq axtardıqları cavab bu deyil, çünki heç kəs yalnız öz məlumatıyla bunu sübut edəcək qədər mövzuya hakim deyil və yenə düz dünyaçılara görə bunu sübut edə bilməzsiniz, çünki siz dünyanın kürə formasında olduğunu gözlərinlə görməmisiniz.

Dünyanın kürə formasında olduğu fikri qəbul edilmiş və sübut olunmuş bir həqiqət olsa da və adətən üzərində çox düşünülmədiyi üçün, - ki, 2018-ci ildə olduğumuzu düşünsək, əslində sorğulanmaması olduqca normaldır - ümumiyyətlə, bu cür suallara verəcək yetərli cavabımız yoxdur. Ancaq əgər fəlsəfi bir gözlə baxsaq, düz dünyaçıların buna necə və niyə inandıqlarını anlamaq mümkündür.

Bunu etmək üçün isə ilk növbədə kontekst dəyişikliyi anlayışını dərk etməyimiz lazımdır.

Bunu etmək üçün isə ilk növbədə kontekst dəyişikliyi anlayışını dərk etməyimiz lazımdır.

Misalla açıqlamaq lazım gələrsə, uşaqlar ilə dolu bir parkda 1.70-lik boy uzun bir boydur və elə bir mühitdə özünüzə uzun dəyə bilərsiniz. Ancaq bir basketbol oyununda, uzun dediyiniz boyunuz sizə birdən qısa görünəcək, çünki ətrafınızda 2 metrlik nəhəng adamlar olacaq. Bu səbəblə də boyunuz uzun və ya qısa olduğunu mühakimə etmək mənasızdır, çünki məsələnin konteksti dəyişkəndir.

Düz dünyaçılar da tam olaraq bunu edirlər. Onların gözündə sizin dünyanın kürə formasında olduğunu bilmədiyiniz doğrudur.

Düz dünyaçılar da tam olaraq bunu edirlər. Onların gözündə sizin dünyanın kürə formasında olduğunu bilmədiyiniz doğrudur.

 Ancaq bu yalnız onların kontekstində belədir. Elm adamları ilə dolu bir otaqda isə belə bir iddia əsla məntiqli qarşılanmayacaq və anında çürüyəcək. Ancaq məsələ ilə bağlı məlumat tam deyilsə və şübhəçiliyə yaxınsınızsa, ''dünyanınn kürə olduğunu heç görməmisən, necə buna inana bilərsən?'' sualı sizi bir çıxılmaz vəziyyətə sürükləyə bilər və bu da düz dünyaçıların sayının necə gündən-günə artmasının sübutudur əslində.

Bu halda isə əsl verilməsi lazım olan sual budur; Elmin və texnologiyanın verdiyi məlumatları və inkişaflarını mühakimə edəcəyiksə, o zaman heç bir xəstəxanada müalicə olmağı da istəməməli və həkimlərin də biliklərini mühakimə etməliyik?

Bu halda isə əsl verilməsi lazım olan sual budur; Elmin və texnologiyanın verdiyi məlumatları və inkişaflarını mühakimə edəcəyiksə, o zaman heç bir xəstəxanada müalicə olmağı da istəməməli və həkimlərin də biliklərini mühakimə etməliyik?

Bunun məntiqsiz bir arqument olduğunu izah etmək üçün isə əslində daha sadə bir sual var. Peyklərlə çəkilmiş görüntülər, yüzlərlə il ərzində yığılmış artan məlumat toplusu və sübutlar mən gözlərim ilə görmədiyim üçün dünyanın kürə formasında olduğunu sübut etməyə yetmirsə, nə üçün əl ilə çəkilmiş bəzi şəkillərə və elmi olmayan arqumentlərə inanaraq dünyanın düz olduğunu deməliyəm? Dünyanın düz olduğunu da görmədiyimi düşünsək, bu da eyni dərəcədə məntiqsiz deyilmi?

Ötən həftə sonu dünyanın "dörd bir yanından İngiltərəyə gələn 200-ün üzərində düz dünyaçı, Düz Dünya Konqresi üçün bir araya toplaşdılar.

Ötən həftə sonu dünyanın "dörd bir yanından İngiltərəyə gələn 200-ün üzərində düz dünyaçı, Düz Dünya Konqresi üçün bir araya toplaşdılar.

 "İnsanlar ayılır.'' deyən tədbir təşkilatçısı Harri Con, "Düz dünya nəzəriyyələrinə qarşı maraq artır və insanlar hökumətlərdən şübhə edirlər'' - dedi.

''Hamımız Bir Pack-Man Dünyasında Yaşayırıq''

''Hamımız Bir Pack-Man Dünyasında Yaşayırıq''

2014-ci ildə çölə çıxıb baxanda Dünyanın fırlanmadığına və kürə formasındakı bir Dünyada Cənub Qütbünə gedənlərin başı aşağı dayanması lazım olduğunu düşünərək düz dünyanın varlığına inandığını deyən konqresdəki çıxışçılardan musiqiçi Darren Nesbit isə hamımızın bir Pac-Man dünyasında yaşadığımızı deyib.

Təxmin edəcəyiniz kimi Nesbit bu barədə əlində bir sübut göstərmir.

Təxmin edəcəyiniz kimi Nesbit bu barədə əlində bir sübut göstərmir.

Lakin mövcud sübutları qəbul etməyib öz sübutsuz nəzəriyyələrini qəbul etdirmək istəyən adamların nəzəriyyələrini rədd etmək üçün ona qarşı gələcək hər hansı bir dəlil təqdim etməyimiz də lazım deyil əslində, amma biz ən sadə dəlillərlə, mürəkkəbə getmədən bunu bir qədər izah etməyə çalışacağıq. Bütün fizika qanunlarını bir kənara atıb hamımızın bir Pac-Man oyununda olduğumuzu da söyləməsi, düz dünyaçıları nə səviyyədə ciddiyə almağımız lazım olduğunu da yəqin kifayət qədər açıqlayır. 

Dünyanın Düz Filan Olmadığına Dair 5 Dəlil

Dünyanın Düz Filan Olmadığına Dair 5 Dəlil

İllərdir ki, Qalileonun təqdim etdiyi sadə dəlillər ilə birlikdə Dünyanın ətrafından çəkilən şəkillərə baxmayaraq hələ də Dünyanın düz olduğunu düşünən insanlara təqdim edə biləcəyimiz ən asan dəlilləri bir araya gətirdik: 

1 - Ay

1 - Ay

Artıq Ayın metafiziki bir mənası olmadığını, mifoloji və kəhanət kimi mənalar ifadə etmədiyini hamımız bilirik. Aristotelin apardığı uzun müşahidələr nəticəsində Ay Tutulması əsnasında Ayın kölgəsi bildiyimiz dairəvi bir şəkildədir və bu da Dünyanın kürə formasında olduğuna bir sübutdur.

2 - Gəmilər və Üfüq

2 - Gəmilər və Üfüq

Bu dəlillə ibtidai sinifə gedəndən tanışıq. Əgər bir gəmiyə, gəmi gələndə üfüq xəttindən baxsaq, gəminin əvvəl dirəyi və sonra da yelkəni görünür. Gəmilər əgər bizdən gizli bir şəkildə suya batıb yenidən gəlmirsə, bu da dünyanın kürə formasında olduğuna bir sübutdur.

3 - Çubuqlar və Kölgələr

3 - Çubuqlar və Kölgələr

Əgər gün ərzində bir yerə çubuq batırsanız, günəş işıqları ilə əks olunan çubuq kölgəsi davamlı hərəkət halında olacaqdır. Dünya elliptik deyil də düz olsa idi bu cizginin sabit qalması lazım olacaqdı. Gün içərisində də kölgələrimizin ən qısa olduğu vaxtın günorta olması yaxud axşam vaxtlarında kölgələrimizin ən uzun şəklini alması, hər hansı bir torpağa çubuq batırmadan da müşahidə etdiyimiz bir şeydir.

4 - Bir Müstəvidə Gəzin

4 - Bir Müstəvidə Gəzin

Əgər daha əvvəl bir səyahətə çıxmısınızsa və bir təyyarə ilə bunu etmsinizsə, təyyarə qalxdıqdan bir müddət sonra əgər pəncərə kənarına kiçik qardaşınız oturmayıbsa, Dünyanın kənarlara əyilmiş formada olduğunu da görmüsünüz. Həmçinin minmiş olduğunuz təyyarə nə qədər gedərsə, getsin bir xətlə gedir və bir müddət sonra kosmos boşluğunun ucsuz-bucaqsız aləminə doğru yollanmır. Əgər hələ də təyyarəyə minməmiş biri isə özünüz isə dəniz kənarına gedib maddə 2-ni tətbiq etməyinizi tövsiyə edirik.

5- Digər planetləri müşahidə edin

5- Digər planetləri müşahidə edin

Müxtəlif şəraitdə fərqli xüsusiyyətlərə malik bir çox planet dairəvi isə və müxtəlif sayda eyni planet eyni orbiti göstərirsə digər planetlər kimi Dünyamızın da eyni xüsusiyyətləri daşıyır olması inkarolunmazdır.

 Daha ciddiləşəcək olsaq, 1610-da Qalileo tərəfindən aparılan müşahidələr nəticəsində Veneranın ətrafındakı peyklər müşahidə olundu və ətrafındakı peyklər də kiçik bir planet olaraq adlandırıldı. Yupiter hansı xüsusiyyətlərə sahib isə onu əhatə edən planetlər də eyni xüsusiyyətləri daşıyırdı. Günəş ətrafında fırlanan planetlər hər nə qədər kilsədəki məlum olan fikirlərə qarşı olsa da, Dünya və Günəş Sistemindəki planetlərin də eyni şəkildə olduğu bir həqiqət idi.

 Güman edirik ki, bu qədər arqumentdən sonra dünyanın düz olduğuna dair ibtidai fikirlərin ortaya atılmasına heç bir ehtiyac yoxdur. Dünya düz deyil və bunun davamlılığını təmin etmək üçün elmi dəlillər olduqca yetərlidir.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri