Dünyanın Ən Şirin Hörümçəyi Lucasın Hekayəsi 5 Maddədə
Lucas son zamanlar videoları ən çox izlənən və bəyənilən internet fenomenlərindən biridir. Qısa amma şirin videoları ilə minlərlə insanların hörümçəkləri qucaqlamaq istəməsinə səbəb olan Lucas dünyanın ən məşhur və şirin hörümçəyi adlanır. Onun hekayəsini birlikdə öyrənək. :)

1. Lucasın animasiyası həqiqi bir hörümçəkdən ilham alınaraq yaradılıb.

Lucas the Spider Joshua Slice adlı cizgi film rəssamı tərəfindən yaradılıb. Joshua peşəkar bir multiplikasiya rəssamıdır.O deyir ki, Lucası ilk dəfə yarpağın üzərində gördüyü hörümçəkdən ilham alaraq çəkib.“O balaca hörümçəyi görəndə düşündüm ki, çox şirindir. Ən çoxu nə qədər şirin bir hörümçək yarada bilərəm deyə düşündüm və Lucas ortaya çıxdı.”

2. Cizgi filmlə hörümçəklərdən qorxan insanları cəsarətlənirmək istədim.

Yaratdığı yeni qəhrəmanla insanların hörümçəklərə olan baxış bucağını dəyişdirməyi hədəfləyən Joshua ilk cizgi filmin yayımlanmasından sonra minlərlə insandan mesajlar alıb. 

3. “İnsanların onunla qarşılaşmaq imkanları olsa idi, necə davranacaqları mənə çox maraqlı idi.”

İlk videonun Youtube da yayınlanmasından sonra insanlar Lucası çox bəyəndi. Qısa zamanda kanal dünyada məşhurlaşdı və videoların baxış sayı  minləri ötüb keçdi. Xüsusiylə də arachnophobiası(hörümçək fobiyası) olan insanlar Lucasdan sonra hörümçəklər haqqındakı düşüncələrini yenidən dəyərləndirdiklərini dedilər.

4. Lucası Joshuanın balaca bacısı oğlu səsləndirir.

Lucasın ən çox sevilən tərəflərindən biri onun şirin səsidir. Joshua deyir ki, 5 yaşındakı uşaqla işləmək olduqca çətin və maraqlıdır. Ona sadəcə emosiyalarını səsində necə göstərməsi haqqında təlimatlar vermək lazımdır, belə danış, belə desən daha yaxşı olar və s. Qalanını isə özü həll edir.

5. O çoxxx şirindir və bəli o bir hörümçəkdir !

Joshua bütün dünyaya göstərdi ki, bir neçə saniyəlik kiçik bir animasiya milyonlarla insanın düşüncəsinə necə təsir göstərə bilər. Bundan sonra bir hörümçək gördükdə onu öldürməmişdən öncə iki dəfə düşünün çünki, o Lucas ola bilər.:D

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri