Tarix çuxur qazaraq davam edərkən öz səhifələrinə Dəyişən Cərəyanı kəşf edən və patent məmuru olsa da, işığın sürətini tapan insanlar kimi qeyri-adi davranışlar sərgiləyən bir çox dahini həkk edib. Bu insanlar sadəcə dəliydilər? Yoxsa yaradıcılıqlarını başqa bir şeyə borcludurlar? Bəlkə də hər ikisi...

Hans Asperger

 Hans Asperger

İlk olaraq 1944-cü ildə Hans Asperger adlı bir həkim tərəfindən tapılan Asperger sindromu haqqında araşdırmalar aparan psixoloqlar yaradıcı insanların psixoz və depressiyayla birbaşa əlaqəsi olan bir genə sahib olduqlarını kəşf etdilər. Əslində yüz illərdir nəzəriyyədən ibarət olan bu fikir kəşf edildikdən sonra inkişaf edən texnologiyayla paralel olaraq elmi baxımdan da dəstəklənmiş oldu. "Neuregulin 1" adı verilən genin təməldə bioloji beyin inkişafına fərqli variasiyalarda dəstəyi olsa da, eyni anda şizofreniya və bipolyar pozuntularla da bir bağlantısının olduğu, hətta onu inkişaf etdirdiyi sübut edildi.

Sindromla Bağlı Araşdırma

Sindromla Bağlı Araşdırma

2009-cu ildə Hollandiya - Semmelweis Universitetində həddindən artıq yaradıcı olduqları düşünülən bir qrup könüllü araşdırmaçılar tərəfindən Asperger sindromunun təsdiqlənməsində təcrübəçilər olaraq istifadə edilir. Yaradıcılığı ölçmək üçün könüllülərdən -  buludların zəncirlərlə bir-birinə bağlı olduğunu və gö  üzündən dünyaya atıldığını düşünün, sizcə nə olardı? - kimi qeyri-adi amma beyin fırtınası, mütləq yaradıcılıq istəyən bir neçə suala cavab verməkləri istənilir. Qiymətləndirmə də eyni şəkildə cavabın orjinallığına və estetikliyinə bağlıdır. Təcrübəçilər qan nümunələri alınmamışdan öncə eyni zamanda həyatlarındakı uğurlar haqqında suallar verən anketləri də cavablamalı idilər.

"Neuregulin 1" Geni

"Neuregulin 1" Geni

Təcrübənin nəticəsində "Neuregulin 1" geninin yaradıcılıq ilə olan əlaqəsini açıq şəkildə ortaya qoyduğu qeydə alındı. Hesabatda göstərildiyinə görə "Neuregulin 1" geninin özünəməxsus variantlarına sahib olan könüllülər genin fərqli formalarına sahib olan iştirakçılara nəzərən həm təcrübədə yüksək nəticələr göstərməyi bacarmış, həm də həyatları boyu bir çox fərqli sahədə yaradıcı uğurlar qazanmışlar. Baş araşdırmaçı Dr. Szabolcs Kerinin araşdırma nəticəsindəki cümlələri Asperger Sindromunun elmiləşdirilməsi baxımından atılan ilk addımın elm dünyası üçün cığır açacaq səviyyədə olduğunu göstərir: "Bir çox sağlam insanlarda olan və şiddətli mental narahatlıqlara yol aça biləcək molekulyar faktorlar daha yaradıcı düşünməyinizi təmin edə bilərlər."

Asperger sindromundan müalicə edilən insanlar sıx-sıx rast gəlinən və klassik psixologiyada pozuntu olaraq adlandırılan müəyyən davranış dəyişikliklərinə sahibdirlər. Autism Ireland-ın yayımladığı və klinik mənada təsdiqlənən hesabata görə bu sindrom ümumilikdə tək yaşayan, asosial, insan münasibətlərinin tək mərkəzli və az olduğu fərdlərdə ortaya çıxmaqla birlikdə güclü bir fantaziyaya və standart insanlardan fərqli olaraq riyaziyyat, musiqi və çox fərqli incəsənət sahələrində yaradıcı olmalarına imkan verir.

Klassik öyrənmə pozuntusu adı altında dəyərləndirəcək olsaq, Asperger Sindromu elmi baxımdan standart davranışlar çərçivəsindən fərqli olduğu üçün hər nə qədər psixoloji pozuntu olaraq bilinsə də, tarixin dahilərinə nəzər saldıqda əslində çox sonradan Asperger Sindromu diaqnozu qoyulmuş bir çox musiqiçi, rəssam, elm adamı - bu psixoloji pozuntu ifadəsinin xaricində gözəl əsərlər yaradaraq insalarla öz aralarında olan məhdud sayda əlaqələrini incəsənətə çevirmişlər. Psixiatr Professor Michael Fitzgeralda görə bütün psixoloji pozuntuların eyni zamanda pozitiv tərəfləri də var.

Bütün psixoloji hallar fərdə özəldir və Neuregulin 1 geninin sayına görə məktəb sisteminə uyğunlaşmayan və zəif sosial münasibətlərə sahib olan bu insanlar bir çox insanın eyni anda edə biləcəyi işləri tək olaraq bacara bilirlər və diqqət dağınıqlığı yaamdan 20-30 il boyunca sabit bir mövzuya fokuslana bilərlər. Albert Eynşteyn, Beethoven, Mozart, Hans Christian Andersen kimi bir çox dahiyə Asperger Sindromu diaqnozu qoyulmuşdu.

"Dəlilik və dahilik arasında çox incə bir xətt var. Və mən bu xətti sildim." - Oscar Levant

"Dəlilik və dahilik arasında çox incə bir xətt var. Və mən bu xətti sildim."  - Oscar Levant

Asperger Sindromu terminoloji mənada Psixiatr Professor Dr. Mark Olfson kimi yenilikçi həkimlərin araşdırmalarıyla Dyslexia kimi öyrənmə pozuntuları başlığı altında sinifləndirərək önəmini itirməyə başlasa da, Neuregulin 1 geninin sindroma sahib insanlarda müxtəliflik göstərməsi, gələcək texnoloji yeniliklərlə çox fərqli mənalar qazancaq.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri