Bakı Şəhərində Qorxmadan Öpüşmək Üçün Ən Münasib Yerlər 9 Maddədə
Gülməlidir? =) Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayışın pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə "panyatka" söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var...

Yəni bu aktın reallaşdırılması, görünən odur ki,  hardasa, mümkünsüzdür. Bəs bu insanlar bir-birilərinə sevgilərini necə ifadə etsinlər? 

Bunu böyük bir problem hesab etmirik, amma sevgili olanları da başa düşürük. Beləliklə, öpüşmək üçün Bakıda münasib yerlər. =)

Qırmızıya alınmış yaşıllıq ərazi. İzmir küçəsini keçəndə Bakıxanov küçəsində yerləşən körpünün sağında təpəlik kimi yer.

Qırmızıya alınmış yaşıllıq ərazi. İzmir küçəsini keçəndə Bakıxanov küçəsində yerləşən körpünün sağında təpəlik kimi yer.

Bu yerdə öpüşmək üçün bir qədər yuxarılara dırmanmalı olacaqsınız, amma problem yoxdur, sevgi hər şeyə qadirdir və sizi hər yerə dırmaşdıra bilər. Yolun qırağıdır deyə bilərsiniz, amma ağaclıqlar var və ayıq-sayıq sevgililər üçün kamuflyaj, maskalanma, gizlənmə elementlərini də bura əlavə etsək, artıq böyük bir problem yaratmaz. İkinci bir tərəfdən çəki baxımından hər hansı bir qanun keşiçsinin ora dırmaşması orta hesabla 1 dəqiqə 23 saniyə çəkir. Bu vaxt oradan buxarlanmağınız üçün sizə kifayətdir. Onu da qeyd edək ki, təpəliyin qarşı tərəfi birbaşa avtobus dayanacağına uzanır. 


Koordinatlar: 40.386657, 49.827102
Real öpüşmə saatları: 17:00-18:00, 21:00 - 04:00.


Qeyd: Verilən koordinatları copy+paste edib Google Maps-də həmin yeri asanlıqla tapa bilərsiniz.

İnşaatçılarda Məhsul Stadionundakı ümumi tualetin yanında bisetka.

İnşaatçılarda Məhsul Stadionundakı ümumi tualetin yanında bisetka.

Bu stadionun mitinqlərdə  şəkil çəkdirib xaricdə ev almaq kimi avantajları da var. Amma Bakı uşaqları üçün ən böyük avantaj axşam saatlarında yaşana biləcək ən maraqlı sevgi hekayələrinin yeri olmağıdır. Belə ki, orada axşam joggingi edən kök xalalar sizə heç gözünün ucu ilə də baxmayacaq. Onlar bir şeyə fokuslanıb: arıqlamaq, arıqlamaq, arıqlamaq!

Koordinatlar: 40.389982, 49.805315
Real öpüşmə saatları: 18:00 - 05:00

28 Maydan Türkiyə Səfirliyi istiqamətində uzanan Rəşid Behbudov küçəsinin sağındakı park.

28 Maydan Türkiyə Səfirliyi istiqamətində uzanan Rəşid Behbudov küçəsinin sağındakı park.

Bura ümumiyyətlə tərk edilmiş, hətta Allah babanın unutduğu bir parkdır. Ara-sıra orda-burda oturan sevgililər görə bilərsiniz, amma hətta onlar da bu parkı unudublar. Siz də ora gedin, siz də orda ola-ola o parkı unudun, bu dünyanı unudun!

Koordinatlar: 40.387379, 49.840543
Real öpüşmə saatları: 07:00 - 09:00 (səhər ağzından iyi gəlməyən sevgililər üçün) və 19:00 - 04:00

Nərimanov metrostansiyasının yaxınlığındakı Bakımartın yerləşdiyi küçədəki park.

Nərimanov metrostansiyasının yaxınlığındakı Bakımartın yerləşdiyi küçədəki park.

Bu parkda demək olar ki, ancaq pişiklər olur. Onlar da sevişməklə məşğuldurlar. Gedib məmnuniyyətlə onların ittifaqına qoşula bilərsiniz. 

Koordinatlar:  40.398975, 49.870148
Real öpüşmə saatları: 11:00-12:00, 21:00 - 04:00

Dərnəgül metrosu yaxınlığındakı dəmiryolunun kənarı.

Dərnəgül metrosu yaxınlığındakı dəmiryolunun kənarı.

Bura ara-sıra içib özünü itirən adamların səhvən gedib çıxdığı yerlərdəndir. Ərazidə dəmir yolu var və seyrək ağaclıqlar da mövcuddur. Bir az hündürlükdə yerləşir, amma çox deyil. Oturmağa, gəlib-gedən qatarlara, bir də zavodun uzaq ətraflarında işləyən narıncı paltarlı portağal ləkələrinə bənzər fəhlələrə tamaşa etməyə və ən əsası öpüşməyə uyğun yerdir. 

Koordinatlar: 40.426332, 49.863350
Real öpüşmə saatları: İstlənilən zaman

Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsi, İpək Yolunun yaxınlığındakı park.

Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsi, İpək Yolunun yaxınlığındakı park.

Bu park əsasən axşamlar kimsəsizləşir.  Yaxınlıqdakı kafedən şakka-şak domino çırpan və pivə içib yüksək frekanslı qəh-qəhələr atan dayıların səsləri fonunda maraqlı öpüş atmosferi yaşaya bilərsiniz. 

Koordinatlar: 40.394420, 49.789067
Real öpüşmə saatları: 19:00 - 04:00

Elmlər Akademiyasının Landau küçəsinə baxan həyəti.

Elmlər Akademiyasının Landau küçəsinə baxan həyəti.

Bura da maraqlı yerdir. Sıxıcı və köhnə, kağız qoxulu kabinetlərdə oturub aylıq maaşlarını gözləyən yaşlı alimlərin milli dəyərlər barədə düşüncələrinin elektrik enerjisi şəkilində ətrafı neqativləşdirdiyi həmin radiusda xoşbəxtlik hormonları saça bilərsiniz. İşdir, gəlib görsələr, elmi izahlar verməyə çalışın, məsələn, iki nəfər öpüşdüyü zaman orta hesabla 8 milyon bakteriya transferi gedir, bla, bla bla... Bu sizin haqqınızdır!

Koordinatlar: 40.372684, 49.814032 
Real öpüşmə saatları: 14:00 - 18:00 (hamının dərsdə olduğu vaxt), 21:00 - 04:00

Azneft Meydanı yaxınlığındakı İnturist Hotelinin arxasındakı təpəlik.

Azneft Meydanı yaxınlığındakı İnturist Hotelinin arxasındakı təpəlik.

Bura mənzərəli yerdir. Buradan öpüşdükdən sonra maraqlı selfie də edib anı əbədiləşdirə bilərsiniz. Amma burada deyək ki, bir qədər ayıq-sayıq olun, ara-sıra maşınlar keçir. 

Koordinatlar: 40.353909, 49.832113
Real öpüşmə vaxtları: Hər zaman


Ya da ümumiyyətlə şəhərin içində olmaq sizi sıxırsa: Xocasən Gölünün Qırağı

Ya da ümumiyyətlə şəhərin içində olmaq sizi sıxırsa: Xocasən Gölünün Qırağı

Bura isə bəşəriyyətlə əlaqəsini kəsmiş ölü ərazidir. Dünyayla əlaqənizi kəsib özünüzü Mars planetinin düzənliklərində hiss etmək üçün deyək ki, bu yer Yeni Yasamalın yaxınlığında yerləşir. 

Koordinatlar: 40.400573, 49.782176
Real öpüşmə vaxtları: Hər zaman


Xoş Öpüşmələr! :D 

İlk dəfə öpüşəcək olanlar üçün yaşaya biləcəyi ən faciəvi hallar haqqında buradan oxusun: Kontent 1

______________________________________________________________________________________________________________

Öpüşmək haqqında dünyagörüşünü iki qat artırmaq istəyənlər isə buradan oxusun: Kontent 2

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri