Azərbaycan İnsanlarının Hələ Də İzahını Tapmayan Qəribə Davranışları 17 Maddədə
Bunların niyə edildiyni düzü bilmirik, amma bəzilərinə ehtimallarla izahlar verməyə çalışacağıq. Gözlərinizin qarşısında bir Azərbaycan tablosu! Baxaq. =)

1. Armudu stəkan fetişizmi.

Armudu stəkan fetişizmi.

Azərbaycanlılar niyəsə armudu stəkana süzülmüş çayların daha dadlı olmasına inanır. Səbəbini aydınlaşdırmaq lazımdır.

2. Hətta bu çayın üzərindəki köpükləri başa sürtmək.

Hətta bu çayın üzərindəki köpükləri başa sürtmək. Deyilənə görə var-dövlət gətirir.

Əlavələr:
1. Yayın istisində qapqaynar çayı içməyə özünü məcbur hiss etmək.
2. Çaya salınmış limonu yemək.

3. Kişinin balkonu olar.

Kişinin balkonu olar.

Ələ fürsət keçən kimi evin balkonunu artırmaq. Bu bəlkə də həmin ailədə toyun gözlənildiyini, yaxud iqtisadi inkişafın olduğunu və yaxud yeni uşaqların doğulduğunu xəbər verən hadisədir. 

4. Sulu yeməyin içinə çörək doğramaq.

Sulu yeməyin içinə çörək doğramaq.

Hətta yeməyin dadına baxmadan duz əlavə etmək.

5. Şampun bitdikdə qabın içinə su tökmək

Şampun bitdikdə qabın içinə su tökmək

6. Yol özünün olsa da, piyada zolağından keçərkən maşını saxlayan adama təşəkkür etmək.

Yol özünün olsa da, piyada zolağından keçərkən maşını saxlayan adama təşəkkür etmək.

7. Bütün qohum qardaşların həyat fəaliyyətlərindən, ölkədəki xidmətlərin qiymətlərindən xəbərdar olmaq:

Bütün qohum qardaşların həyat fəaliyyətlərindən, ölkədəki xidmətlərin qiymətlərindən xəbərdar olmaq:

- Az, deyirəm bəlkə şkaf yığdıraq?
+ A kişi, Sürəyyagil yığdırıbdana 200 manata, görək kimə yığdırıb.

8. Hansısa məsələni həll etmək üçün saxta səmimiyyətin, şirin dilin vacib hesab edilməsi:

Hansısa məsələni həll etmək üçün saxta səmimiyyətin, şirin dilin vacib hesab edilməsi:

9. Qadınların yeməkdə hesab ödəməsini kişiliyə zərbə olaraq görmək.

Qadınların yeməkdə hesab ödəməsini kişiliyə zərbə olaraq görmək.

10. Mümkünsüz bir şeyin mümkünlüyünə inanmaq.

Mümkünsüz bir şeyin mümkünlüyünə inanmaq.

- Qaqa, o işi düz-qoş elə də...
+ Vallah mümkün deyil, əlim girmir.
- Sən canı gör neynirsən...

11. Nəyəsə inandırmaq üçün and içməyə məcbur hiss etmək.

Nəyəsə inandırmaq üçün and içməyə məcbur hiss etmək.

- Bax xala, mamamın canı, o göydəki işıq haqqı hələ ölməyəcəksən. Turp kimisən.

12. Universitetə daxil olmaq üçün çoxlu pul verib təhsil almamaq üçün də eynisini etmək.

Universitetə daxil olmaq  üçün çoxlu pul verib təhsil almamaq üçün də eynisini etmək.

13. Piyada olanda sürücünü, sürücü olanda piyadanı söymək.

Piyada olanda sürücünü, sürücü olanda piyadanı söymək.

14. Ekstra nihilizmə inanan insanlar.

Ekstra nihilizmə inanan insanlar.

- Bala, avakado var?
+ Yoxdu, dayı
- Heç yoxdur?
+ Bəli, heç yoxdur.
- Niyə yoxdur? 

(Fəlsəfə tarixi buradan başlayır!)

15. Uşaqlara söyüş öyrətmək.

Uşaqlara söyüş öyrətmək.

Babaya bir şeir de görüm, təzə nə öyrənmişdin?

- "Tikim,
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi".

16. Həyat yoldaşından danışarkən üzr istəmək.

Həyat yoldaşından danışarkən üzr istəmək.

17. 69 Nömrəli Avtobusda 69 formasında getməyə razı olmaq.

69 Nömrəli Avtobusda 69 formasında getməyə razı olmaq.

18. Bonus: F1 "My Way"

Bonus: F1 "My Way"

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri