Arxeoloqları Təəccüblər İçində Qoyan Tapıntılar 6 Maddədə
Arxeoloji qazıntılar nəticəsində tarixin tozlu səhifələrində itib-batmış sirlər aşkara çıxır. Ancaq bu tapıntılar alimləri hələ də cavabsız suallarla qarşı-qarşıya qoymuşdur.

1. La Venta adamı, Meksika

La Venta adamı, Meksika

Ərazidə 17 ədəd bu formada nəhəng üzlər tapılmışdır. Alimlər hələ də o dövrdə insanların hansı vasitələrlə bu cür nəhəng üzləri dəqiqliklə düzəldə bilməsini aşkara çıxara bilməyiblər.

2. Tüfəng, ABŞ

Tüfəng, ABŞ

Böyük Hövzə yaxınlığında tapılmış Winchester markalı tüfəng arxeoloqları çox təəccübləndirmişdi. Maraqlıdır ki, həmin dövrdə ərazidə bir çox insan qızıl axtarmış və mədənlərdə çalışmışdır, ancaq heç kim tüfəngə toxunmayıb.

3. Pomorie məzarlığı, Bulqarıstan

Pomorie məzarlığı, Bulqarıstan

Özündə trak və roma mədəniyyətlərinin izlərini saxlayan məzarlıq Bolqarıstanın Qara dəniz sahillərinə yaxın ərazidə aşkar edilmişdir. Tikilinin o dövrün hansısa qəhramanına həsr edildiyi güman edilsə də, əsas məqsadi hələ də aşkar edilməmişdir.

4. İtmiş şəhər, Cənubi Afrika

İtmiş şəhər, Cənubi Afrika

1885-ci il William Hunt kalaxarı səhrasında qədim şəhər qalıqları tapması haqqında məlumat verir. Daha sonra ərazidə araşdırmalar aparılır. Böyük Britaniyanın  Royal Coğrafiya Cəmiyyəti şəhər haqqında yazılar dərc edir. Ancaq sonraki dövrlərdə şəhərin yeri unudulur və hələ də tapılmayıb. 

5. Böyük İsgəndərin məzarı

Böyük İsgəndərin məzarı

Tarixi mənbələrdə ölümü qədər məzarının yeri də mübahisəli olan Böyük İsgəndərin qızdırma xəstəliyi və ya zəhərlənərək vəfat etməsi qeyd olunur. Ölümündən sonra bədəni balla doldurulmuş qızıl tabuta qoyularaq Memfisə ordan da İsgəndəriyyə şəhərinə aparılır. Daha sonralar onun məzarı şüşə tabutla dəyişdirilir və tabutdan qızıl sikkələr kəsmək üçün istifadə olunur.  Zaman keçdikcə məzarın yeri unudulur. Şimali Yunanistanda tapılmış məzarın ona məxsus olması iddiaları yayılan dövrdə Livanda daha bir nəhəng məzar aşkar edilir. Bunun üstünə Makedoniyada aşkar edilmiş skelet üzərində də araşdırmalar aparılır ki, hələ də onun Böyük İsgəndərə məxsus olub olmaması sual altındadır.

6. Çingiz Xanın məzarı, Monqolustan

Çingiz Xanın məzarı, Monqolustan

Növbəti mübahisəli məzar isə Çingiz Xana məxsusdur. Çingiz sözünün mənası bütün xalqların böyük xaqanı deməkdir. Həvəskar arxeoloq Maury Kravitz araşdırmalarında Çingiz Xanın döyüşlərdən birini qazandığı ərazini çox sevməsi və məhz orada dəfn olunmaq istəməsi haqqında yazı oxuyur. Axtarıb həmin yeri tapaq istəyən arxeoloq Bruçi çayı sahilinə gəlib çıxır. Araşdırmalar zamanı burada qəbir və bəzi divar qalıqları aşkar edilir. Sümük qalıqlarının aşkarlanmasından sonra ekspedisiyanın bir neçə üzvünün bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi məzarın lənətli olması iddialarını gücləndirir və ekspedisiya dayandırılır.

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri