(18+) Artıq Bir Tabu Deyil: Hamiləlik Dövründə Cinsi Əlaqədə Olmaq
Hər nə qədər hamiləlikdə cinsi əlaqəyə girmək olsa və bu normal vəziyyət kimi qəbul olunsa da bir çox valideynliyə namizəd insan bu məsələyə tərəddüdlə yanaşır. Uşağın zərər görə biləcəyi, səhhətində bir problem ola biləcəyini düşünərək hamiləlik dövründə seksə ara verməyi üstün hesab edirlər. Bəzi nadir hallar istisna olmaqla, hamiləlikdə cinsi əlaqə son dərəcə normaldır.

1. Hamiləliyin ilk dönəmlərində

Hamiləliyin ilk dönəmlərində

İlk növbədə hamiləlik boyunca cinsi həyatın gedişatı anaya, onun istəklərinə, sağlamlığına və hamiləliyin təsirlərinə bağlıdır. Hamiləliyin ilk 3 ayında hormonların dəyişməsi ilə analığa namizədlərdə cinsi meyl artır. Bununla bərabər baş verəcək digər hamiləlik əlamətləri zamanı analığa namizədlər bundan uzaqlaşır . Bu dəyişikliklərin hamısının hamiləliyin təsiri ilə ortaya çıxdığını və müvəqqəti olduğunu unutmayın.

2. Hamiləliyin davamında

Hamiləliyin davamında

İlk 3 aydan sonra ana hamiləliyə adaptasiya olmağa başlayır. Bu səbəblə cinsi həyat normal axarına qayıda bilir. Lakin hamiləliyin sonlarına doğru fiziki mənada çətinliklər yaşamağa başlayan qadın üçün cinsi əlaqə böyük bir yükə çevrilməyə başlayır. Hamiləlik boyunca qadın cinsi əlaqə ilə bağlı nə istəyirsə o istiqamətdə hərəkət etməlidir.

3. Həkiminizi dinləyin

Həkiminizi dinləyin

Bu məsələni dilə gətirməkdən çəkinməyin. Qadın xəstəlikləri və doğum mütəxəssisinizə bu barədə danışın və suallarınızı verin. Körpə və ana  üçün nəyin təhlükəsiz nəyin təhlükəli olduğunu öyrənin və hamiləlik boyunca cinsi həyatınızı bu məlumatlar işığında istiqamətləndirin. Yalnız hamilə olduğunuz üçün özünüzü seksdən uzaqlaşdırmaq lazımmış kimi hiss etməyin.

4. Hamiləlikdə cinsi əlaqənin riskli ola biləcəyi vəziyyətlər

Hamiləlikdə cinsi əlaqənin riskli ola biləcəyi vəziyyətlər

Hər hansı bir risk daxilində həkiminiz sizi xəbərdar edər, amma yenə də daha əvvəldən əgər yaşadığınız uşaq düşürmə kimi təcrübələriniz varsa, həkimlə bölüşün. Təkrar belə bir risk olduğunu öyrənin. Əgər süni mayalanma üsulu ilə hamilə qalmısınızsa cinsi əlaqə ilə bağlı həkiminizlə məsləhətləşin. Erkən doğuş riski, qanaxma, ağrı, düşürmə riski kimi məsələlər əsas mövzudursa, hamiləlikdə cinsi əlaqə yaşayarkən tədbirli olmalı və mütləq bir mütəxəssis həkimlə məsləhətləşməlisiniz.

5. Sağlam bir hamiləlik prosesində

Sağlam bir hamiləlik prosesində

Əgər ginekoloqunuz razılıq verirsə, hamiləlik boyunca cinsi həyatınıza ara verməyinizə ehtiyac yoxdur. Qadın özünü rahat və sağlam hiss etdiyi müddətcə fiziki olaraq çətinlik çəkmədən cinsi əlaqəyə girmək mümkündür. Üstəlik, çox qadının hamiləlikdə dəyişən hormon səviyyələri səbəbiylə cinsi istəyi artır, yəni çəkinəcəksiniz deyə bir şey yoxdur, sizin kimi bir çox qadın bunu yaşayır. Hamiləlikdə də sekslə məşğul olmağa davam edin.

6. Uşağın heç bir şeydən xəbəri olmayacağına əmin ola bilərsiniz. =)

Uşağın heç bir şeydən xəbəri olmayacağına əmin ola bilərsiniz. =)

Bir çox qadının hamiləlikdə ən çox dayandığı nöqtə cinsi əlaqə əsnasında körpəyə zərər gəlməsi və ya uşağın bu vəziyyətdən hər hansı bir şəkildə əziyyət çəkməsidir. Uşağınız bətnin içərisində mayelərlə dolu bir kisənin içərisində böyüyür və inkişaf edir. Bu səbəbdən həm yaxşı qorunduğu üçün həm də mövqe baxımından hamiləlikdə cinsi əlaqə uşağınızı narahat etməz. 

7. Hamiləlikdə cinsi əlaqə zamanı ən rahat pozanı seçin

Hamiləlikdə cinsi əlaqə zamanı ən rahat pozanı seçin

Hamiləliyin ilk dövrlərində qadının fiziki hərəkətlərində hələ bir məhdudiyyət olmayacağı üçün istədiyi şəkildə cinsi əlaqəyə girə bilər. Əhəmiyyətli olan rahat və sağlam olmasıdır. Sonrakı dövrlərdə isə qadın özünü Qaşıq Pozasındakı kimi uzandığı vəziyyətlərdə daha rahat hiss edə bilər. Bəzi qadınlar isə hamiləlikdə üstdə olduqları mövqelərdə daha xoşbəxt olurlar. Hər hansı bir ağrı,problem və ya qanaxma olmadığı müddətcə, ana namizədi istədiyi şəkildə cinsi həyatını davam etdirə bilər. Bu hallardan hər hansı birinin ortaya çıxması vəziyyətində ən qısa müddətdə həkiminizlə məsləhətləşin.

8. Hamiləlikdə prezervativə ehtiyac yoxdur deməyin

Hamiləlikdə prezervativə ehtiyac yoxdur deməyin

Körpənizin zərər çəkməsini istəmirsinizsə diqqət etməyiniz lazım olan ən önəmli məqamlardan biri prezervativ istifadə etmək olacaq. Partnyorun cinsi orqanında rast gəlinən kiçik infeksiyalar da körpə üçün təhlükə kəsb edə bilər. Bu səbəblə hamiləlik boyunca prezervativdən istifadə etməyə davam etməlisiniz.

9. Diqqət edilməsi gərəkənlər

Diqqət edilməsi gərəkənlər

Hamiləlik boyunca sürüşkənləşdirici krem, yubandıran sprey kimi heç bir kimyəvi tərkibin istifadə edilməməsi lazımdır. Hər hansı bir dərman, gel, sprey, krem istifadə edilməsi körpəyə çox ciddi zərər verə bilər.

10. Önəmli olan qadının rahatlığıdır

Önəmli olan qadının rahatlığıdır

Hamiləlikdə cinsi həyatın əslində çox sayda faydası da var. Məsələn, orqazm ilə rahatlayan qadın daha yaxşı bir yuxu yatır. Tətmin olmuş qadın hamiləlik stressindən uzaqlaşır, hamiləliyini daha xoşbəxt bir şəkildə keçirir.

11. Seks mükəmməl bir hamiləlik hərəkətləri ehtiva edir

Seks mükəmməl bir hamiləlik hərəkətləri ehtiva edir

Hamiləlik dövründə məşq etmək, həm uşaq, həm də ana üçün çox əhəmiyyətlidir. Əgər gündəlik olaraq məşq etməyə tənbəllik edirsinizsə seksuallıq bu məsələdə önəmli bir yardımçınız ola bilər.

12. Doğuma az qalmış

Doğuma az qalmış

Hamiləliyin sonlarına doğru cinsi əlaqə sayəsində doğum potensialınız inkişaf edə bilər və daha rahat bir doğuş edə bilərsiniz.

13. Orqazm zamanı gərilmələrə diqqət

Orqazm zamanı gərilmələrə diqqət

Hamiləlik ilə bərabər qadının orqazm gərilmələri şiddətlənə bilər. Bu qorxacaq bir vəziyyət deyil amma doğuş gərilmələri ilə qarışdırılmamaq baxımından əhəmiyyətlidir. 

Mənbə: Onedio.com

Bu məqaləyə emoji ilə reaksiya ver (ən çox 3 reaksiya)


Bunlara da baxmağın lazımdır!

Facebook Rəyləri